MMP Qadınlar Şurasına yeni sədr seçiləcək

img

16-04-2014 [18:27]



Bu gün Muasir Musavat Partiyasının Qadınlar Şurasının növbəti toplantısı keçirilib. Toplantıda MMP sədri Hafiz Hacıyev də iştirak edib.Tədbirin gündəliyində duran əsas məsələ MMP Qadınlar Şurasına yeni sədr seçmək məsələsi olub. Tədbirdə ,partiyanın ictimai-siyasi həyatında fəal iıtirak edən qadınlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan MMP sədri Hafiz Hacıyev ilk öncə gündəlikdə olan əsas məsələ ilə yığlncaq iştirakçılarını tanış edib. O,qadınların cəmiyyətin inkişafında rolundan söhbət açaraq ,MMP qadınlarının qarşısında duran vəzifələrdən bəhs edib. Partiyada görülən işlərin geniş təhlilı zamanı qadınların daha fərqli fəaliyyət və mübarizə apardığının şahidi olduğunu deyən Hafiz Hacıyev müəyyən səbəblər üzündən Qadınlar Şurasından yeni xaric edilmiş təşkilat sədrinin yerinə yenisinin seçilməsinin zəruriliyini vurğulayıb.Qadınlar şurasına yeni sədr seçmək üçün 6 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.Həmin qadınlara 15 gün vaxt verilib ki, bu müddətdə daha fəal ,partiyanın ictimai-siyasi həyatında akdiv iştirak etmiş qadınlar arasından seçim edilsin və həmin qadının sədr seçilməsi məsələsi Siyasi Şuranın təsdiqinə verilsin.

Bu işlərin sistemli həyata keçirilməsi üçün partiya üzvlərinin fəallığının daha da artırılması tapşırılıb

Toplantının sonunda MMP sədri Hafiz Hacıyevin tövsiyələri və tapşırıqları qadın üzvlərə çatdırılıb.Rayon təşkılatlarında işin səmərəliliyinin artırmaq mıqsədi ilə metodik göstərişlər və tövsiyələr verilib


Digər xəbərlər
SON XƏBƏRLƏR