İlham Əliyev 3 icra başçısını vəzifədən azad etdi, 2 yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

img

16-04-2014 [18:01]



Bu gün prezident İlham Əliyev Tərtər rayonu İcra hakimiyyətinin başçısı Ceyhun Cəfərovla Kürdəmir rayonu İcra hakimiyyətinin başçısı İrşad Əliyevin, həmçinin, Ağdam rayonu İcra hakimiyyətinin başçısı Nizami Sadıqovun vəzifələrindən azad edilməsi barədə sərəncam verib.

 Mia.az xəbər verir ki, prezidentin digər sərəncamı ilə  Raqub Allahverdi oğlu Məmmədov Ağdam rayonu İcra hakimiyyətinin başçısı, Tərtərin sabiq başçısı Ceyhun Cəfərov isə Kürdəmirin başçısı təyin ediliblər. Hələlik Tərtərə yeni başçı təyin olunmayıb.

Xatırladaq ki, dünən Mia.az 12 icra başçısı ilə bağlı belə bir sərəncam veriləcəyi ilə bağlı xəbər yaymışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR