Nizami Yusifov: “Bəli, polisin buna ixtiyarı var, ancaq...”

img

16-04-2014 [13:30]


Artıq bir neçə vaxtdır ki, Sumqayıt şəhərinin taksi sürücüləri öz narahatçılığını redaksiyamıza bildirirlər.

Şikayət isə bundan ibarətdir ki, Sumqayıt şəhərinin Nəriman Nərimanov küçəsində (İcra Hakimiyyətinin Dairəsi) adlanan və park olunmasına icazə verilən yerdə taksi sürücüləri dayanaraq çörək pulu qazanırlar. Lakin buna Sumqayıt şəhər Yol Polislərinin işçiləri maneəçilik edirlər. Belə ki,Sumqayıt şəhər DYPişçiləri onları gözümçıxdıya salıblar. Yol Polis əməkdaşları sürücülərə yaxınlaşaraq, onlardan durduqları yeri tərk etməyi istəyirlər. Səbəb soruşulduqda, "bizə belə deyiblər, biz də icra edirik”. Sikayətçilər onların qanunsuz işləmədiyini bildirsələr də, DYP əməkdaşları buna məhəl qoymayaraq onlara ərazini tərk etmək əmrini verib.

Sürücülərdən biri, polis əməkdaşına bildirib ki, sən mənə sübut elə ki, mən burda durmamalıyam, mən də çıxım gedim. Yol polisi bu sözü eşitdikdə, həmin sürücüyə bildirib ki, nə mənə qanun dərsi keçirsən?! Sənə dedim ki, bizə belə deyiblər, biz də əməl edirik. Hətta iş o həddə çatılb ki, DYP əməkdaşları sürücülərdən onların sənədini alıb və bildirib ki, "Biz lotuyuq və bizi bura göndərən də lotudur. Nə istəsək, onu da edərik.”

Məsələni araşdırmaq üçün Sumqayıt şəhər DYPŞ-nın təbliğat inspektoru, poliskapitanı Nizami Yusifovla əlaqə saxladıq. Cənab Yusifov da XeberLent.az informasiya agentliyinə bildirdi ki, "Xeyr, bu cür addımlar polislərimiz tərəfindən edilə bilməz. Əgər sürücülər haqlıdırlarsa, qoy gəlib bizə yazılı şəkildə həmin polis əməkdaşlarından şikayət etsinlər.”

Nizami müəllim, ümumiyyətlə, DYP əməkdaşının park işarəsi olan yerdə taksi sürücüsündən hansısa sənəd alaraq, onu həmin ərazidən uzaqlaşdıra bilər? sualına müsahibimiz bu cür cavab verdi:

"Bəli, ancaq bir yerdə. O da Nəqliyyat nazirliyinin taksilərə nəzarət departamentinin işçiləri ilə bir yerdə. Bundan əlavə, yol polisi kimdənsə şübhələnərsə, o, həmin sürücünü həm hərəkət edərkən, həm də dayanarkən sənədlərini yoxlaya bilər. Əgər sənədlər düzgün olmazsa, onu cərimə meydançasına aparmaq ixtiyarındadır.”


Digər xəbərlər
SON XƏBƏRLƏR