Rövnəq Abdullayevə qarşı üsyan ola bilər; ARDNŞ-in mühafizəçiləri maaşlarını ala bilmirlər

img

16-04-2014 [13:13]


ARDNŞ-ın Təhlükəsizlik İdarəsinin bazasında yaradılan "Etalon security" MMC - nin işçiləri maaşlarını ala bilmirlər.

Bu barədə Avropa.info-ya işçilər məlumat verib. Onlar bildiriblər ki, əvvəllər ayın 7- nə qədər maaşları alsalar da "Etalon security" yaranandan bu yana maaş üzünə həsrət qalıblar. İşçilər həmçinin bildiriblər ki, banka borclu olanlar daha da çıxılmaz vəziyyətdə qalıb.

Qeyd edək ki, bir müddət öncə, ARDNŞ təhlükəsizlik idarəsi ləğv olunmuşdu. Mart ayında onun yerinə "Etalon security" MMC yaranıb. İşçilər isə hələ də mart ayının maaşlarını ala bilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR