Azərbaycanda axtarışda olan 16 nəfər tutuldu

img

16-04-2014 [13:00]


Respublikanın daxili işlər orqanlarında aprelin 15-də gün ərzində 66 cinayət faktı qeydə alınıb, onların da 17-si "isti izlər”lə açılıb. 


MIA Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Məlumatda qeyd edilir ki, respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 34 nəfər tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR