İcra başçlıarı nədən qorxur? - Polislər cangüdən rolunda - FOTO

img

16-04-2014 [12:36]


   

Azərbaycanın bir çox rayonlarında İcra Hakimiyyəti başçısının yaşadığı evləri polis mühafizə edir.

 

"Axar.az” xəbər verir ki, rayon rəhbərləri polis rəislərinə evlərinin gün boyu, xüsusən də gecələr qorunması ilə bağlı göstəriş verirlər. Elə buna görə də əksər icra başçılarının evlərinin qarşısında mühafizə postu yaradılıb. Maraqlıdır ki, mühafizəni təşkil edən şəxslər qanunvericilikdə nəzərdə tutulduğu qaydada, yəni Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin əməkdaşları deyil, post patrul xidmətinin əməkdaşları olur.

 

Məsələn, təqdim etdiyimiz foto Ağcabədi Rayon İcra başçısı Şahin Məmmədovun evinin qarşında çəkilib. Şəkildən də göründüyü kimi, burada xüsusi yer düzəldilib. Məlumata görə, burada hər gün 3 polis əməkdaşı "xidmət” aparır.  

 

Görəsən, rayon rəhbərləri özlərini kimdən qoruyurlar? Hansı zərurətdən, sabitliyi, əhalinin təhlükəsizliyini təmin etməli olan polislər bir nəfərin - icra başçısının təhlükəsizliyi ilə məşğul edilir? DİN əməkdaşı niyə əslində, rayondakı işləri icrasına məsul olan şəxslərə xidmət edir?

 

Bu suallara cavab tapmaq çətin olsa da, mühafizənin hansı şəkildə təşkil olunması, post patrul xidməti əməkdaşının başçının evinin qarşısında qaravul çəkməsinin hansı qayda ilə tənzimlənməsini öyrənmək üçün DİN-nin mətbuat xidməti ilə dəfələrlə əlaqə saxlansa da, qurumdan bununla bağlı qanunvericilik bazası haqda müfəssəl məlumat öyrənmək mümkün olmayıb. Mətbuat xidmətinin rəisi Sadiq Gözəlov yalnız bunları bildirib:

 

"Bununla bağlı qaydalar haqda məlumatlı deyiləm. Lakin müqavilə yolu ilə Mühafizə Polisinin bu xidməti apardığını bilirəm. Ancaq bu xidmətin kimlərə və hansı status sahibləri üçün aparıla biləcəyini deyə bilməyəcəyəm”.

 

Mövzunu davam etdirəcəyik...

 

Digər xəbərlər
SON XƏBƏRLƏR