Ramiz Mehdiyev AMEA-ya gedir

img

16-04-2014 [10:42]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dairəvi zalında aprelin 18-də Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncaq keçiriləcək. 

AMEA-dan SalamNews-a verilən məlumata görə, tədbirdə ötən il əldə olunmuş nailiyyətlərə dair hesabat dinləniləcək, qarşıda duran vəzifələr, problemlər və gələcək işlərə nəzər salınacaq. AMEA-nın elmi müəssisələrinin nailiyyətləri ilə əlaqədar sərgi təşkil olunacaq və bir neçə alimə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafatlar təqdim ediləcək. Yığıncaqda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və nazirliklərin rəhbərləri iştirak edəcəklər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR