Söyün Sadıqov soyundu - FOTO

img

15-04-2014 [22:45]


"AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təsisçisi, Rusiya prezidenti yanındaMillətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqov özünün Facebook səhifəsində yarıçılpaq şəklini paylaşıb.
Şəkildə Söyün Sadıqov qarlı havada yarıçılpaq gəzməklə bədəninin soyuğa davamlı və möhkəm olduğunu nümayiş etdirib.

İqtisad elmləri namizədi, biznesmen, "AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təsisçisi olan Söyün Sadıqov 1960-cı ildə Gürcüstanın Qarayazı, indiki Qardabani bölgəsində anadan olub. 1990-cı ildə Moskva Dövlət İdarəetmə İnstitutunu bitirib. SSRİ idman ustasıdır, sambo üzrə 1978-ci il SSRİ çempionatının qalibidir. 1980-1981-ci illərdə DTK orqanlarında işləyib. Söyün Sadıqov 1981-ci ildən Moskvanın "Qlavmosremont" tikinti şirkətində çalışıb. Tikintidə sahə ustası, sonra idarə rəisi, trest müdiri olub. Bu sahədə karyerasını inkişaf etdirib. 1986-cı ildən "Mosrekonstruksiya" şirkətinin direktor müavini vəzifəsində işləyib, 2000-ci ilə qədər isə həmin trestin rəhbəri olub. 1994-cü ildə fəxri memar adına layiq görülüb.

2002-ci ildən 2012-ci ildək "AzerRos" təşkilatının prezidenti olub.
Haqqındakı məlumatlara görə, 2005-ci ilin martında S.Sadıqova sui-qəsd olub, ofisinin yaxınlığında killer onun avtomobilinə avtomatdan atəş açıb. Nəticədə iş adamının sürücüsü yaralanıb, özünə heç nə olmayıb.
S.Sadıqov Rusiyaya və Putinə sədaqətini 2008-ci ilin avqustunda Gürcüstana qarşı hərbi müdaxilə zamanı da göstərib. Rusiya aviasiyasının Gürcüstan şəhərlərini bombaladığı bir vaxtda Sadıqov münaqişəyə görə Saakaşvilini günahkar elan edib və deyib ki, onun hakimiyyəti gürcü xalqını "zombiləşdirib və dezinformasiya içərisində saxlayır”.
Sadıqov Saakaşvili hakimiyyətinə qarşı sonralar da öz fikirlərini səsləndirib, deyib ki, Rusiyanın Gürcüstanla problemlərinin kökündə Saakaşvili dayanır və o, hakimiyyətdən getməlidir.
Hazırda Söyün Sadıqov Rusiya və digər ölkələrin xarici tikinti şirkətlərinin məsləhətçisidir.
S.Sadıqovun iki oğlu və iki qızı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR