Polis futbolçu Araz Abdullayevi saxladı - VİDEO

img

15-04-2014 [18:11]



Bir müddət öncə xoş olmayan avtoqəza hadisəsi ilə yadda qalan milli komandamızın və "Neftçi"nin gənc yarımmüdafiəçi Araz Abdullayev bu dəfə də oxşar hərəkət edib.

"Qafqazinfo" futbolinfo.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Araz maşını idarə edərkən hansısa hərəkəti üzündən polislərin qəzəbinə tuş gəlib. YPX işçiləri Abdullayevi maşını ilə birlikdə cərimə meydançasına aparıblar. Futbolçunun hansı qaydanı pozduğunu dəqiq bilmirik. Amma polislər onu cərimə meydançasına aparmağı lazım bilibsə, deməli, tez-tez avtoxuliqanlıq edən bu futbolçu ilə bağlı konkret səbəb var.

Videoda gördüyünüz "şou” isə bugünkü olayın təsviri deyil. Araz eyni maşınla çox hoqqalar törədib və bu, onlardan yalnız biridi.

***

"Qafqazinfo" yayılan məlumatla bağlı futbolçu ilə əlaqə saxlayıb. Araz ona ünvanladığımız sualı belə cavablandırıb: "Hamısı boş söhbətlərdi. Belə şey olmayıb"

Xatırladaq ki, Araz Abdullayev ötən il avtomabili ilə bir nəfərin ölümü və bir nəfərin isə yaralanmasına səbəb olan qəza törədib. Lakin "gözəgörünməz əl" onu bu cinayətdən üzüağ çıxara bilmişdi.




Digər xəbərlər
SON XƏBƏRLƏR