6 aylıq hamilə qadını zorlayıb, sonra vəhşicəsinə döydülər

img

15-04-2014 [18:04]


Türkiyədə dəhşətli cinayətin üstü açılıb. 

ANS PRESS-in məlumatına görə, 16 yaşlı qadın polisə şikayət edərək zorlandığını və döyüldüyünü bildirib.

Polisə şikayət edən azyaşlı qadın, özündən 10 yaş böyük kişi tərəfindən qaçırılıb. 26 yaşlı Y.S. qadınla rəsmi nikah olmadan yaşayıb. Qızın razılığı olmadan onu özünə arvad edən kişi, qadını döyüb və dəfələrlə zorlayıb. Bir müddət sonra qaçırılan qadın hamilə olub.

Lakin hamilə qalmağı da qadına kömək olmayıb. Sevmədiyi kişidən 6 aylıq hamilə olan G.D. sonuncu dəfə kişi tərəfindən vəhşicəsinə döyülüb və zorlanıb. Gecə Y.S.-nin evindən qaçan azyaşlı gəlin polisə sığınıb.

Hazırda polis vəhşiliyi törədən şəxsi axtarır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR