YAP-dan Fonda çevriliş ittihamı

img

15-04-2014 [17:55]


Corc Soros Fondu və bu kimi bir sıra beynəlxalq təşkilatların arxasında xüsusi qüvvələr dayanır və bu qüvvələr belə təşkilatların adı altında öz məqsədlərini həyata keçirməyə çalışırlar.

Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

S.Novruzov qeyd edib: "Corc Soros Fondunun Gürcüstanda, Ukraynada hansı işlər apardığının dəfələrlə şahidi olmuşuq. O cümlədən başqa-başqa bu yönlü qeyri-hökumət təşkilatlarının məqsədi insan hüquqlarının müdafiəsi adı altında bu və ya digər şəkildə stabil bir ölkədə qarışıqlıq yaratmaq, ara qarışdırmaq və öz məqsədlərinə çatmaq üçün burada olan bəzi qüvvələrdən istifadə etməkdir".

S.Novruzov deyib ki, bu baxımdan Milli Məclisdə də qanun qəbul olunub və bu qanunda QHT-lərin xaricdən maliyyələşməsi və digər məsələlər ciddi şəkildə qoyulub: "Azərbaycanda kimsə din pərdəsi altında, insan hüquqları adı altında və digər adlar altında hər hansı bir təxribat həyata keçirmək istəyərsə, bunun qarşısını almalıyıq və qəti şəkildə buna imkan verməməliyik".

S.Novruzov bu cür təşkilatların yerli QHT-lərə ayırdığı qrantları mənimsədiyini də diqqətə çatdırıb: "Bunlar Azərbaycanda da yerli QHT-lərə qrant ayırır, amma böyük hissəsini özlərinə götürürlər. Burada həm də bir pul silmə əməliyyatı var. Müəyyən QHT-lərə özlərinin tələbatına uyğun olaraq rəy yazmaq tapşırığı verirlər, yəni həqiqətdən uzaq, böhtan, yalan, Azərbaycanın imicini korlamaq üçün ortaya atılmış fikirlər və s. Bu tapşırıqları verdikdə QHT-lərə maliyyə də ayırırlar. Həm də hesabat verdikləri təşkilatların bilməməsi üçün QHT-lərlə bir yerdə bu pulların tamamilə mənimsənilməsinə şərait yaradırlar".

Millət vəkili əlavə edib ki, bu cür təşkilatlar bir neçə seçki ilə bağlı Azərbaycanda da yerli QHT-lərə külli miqdarda vəsait ayırmışdı: "Bu vəsaitlərlə bağlı həm vergidən yayınma, həm də bu vəsaitin düzgün xərclənməməsi istintaq orqanları tərəfindən müəyyənləşdirildi, indi iş məhkəmədədir. Bu da ondan irəli gəlir ki, bu təşkilatlar QHT-lərə ona görə göz yumurlar ki, o pulların bir hissəsini özləri mənimsəyirlər".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR