“Tariximiz Mədəni İrsimizdir” layihəsinin icrasına yekun vurulub

img

15-04-2014 [16:58]










Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi
ilə həyata keçirilən "Tariximiz Mədəni İrsimizdir” layihəsinin icrasına
yekun vurulub. 14.04.2014-cü il tarixində Şirvan şəhərində layihənin
Tariximiz Mədəni İrsimizdir adlı elmi praktiki konfransı və yazı inşa
müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi keçirildi. Seminarda
məktəbli və gənclər təşkilatlarından olan gənclər o cümlədən Şirvan şəhər
Təhsil Şöbəsinin  əməkdaşları iştirak edib. Tədbiri "Tariximiz Mədəni
İrsimizdir” layihəsinin rəhbəri Yusif Poladov açıq elan etdi. Yusif Poladov
gənclərə layihənin əsas məqsədi barədə məlumat verdi. Bildirdi ki, bu
layihənin əsəs məqsədi gəncləri Azərbaycanın tarixi-mədəni memarlıq
abidələri ilə tanış etmək ve onları maarifləndirməkdir. Gənclər tariximizi,
uzaq keçmişimizi, dünənimizi, bu günümüzü öyrənməli,  tarixi
şəxsiyyətlərimizə bələd olmalı və onların müsbət nümunələri əsasında
tərbiyyə edilməlidir. Hər bir xalqın, hər bir millətin ən böyük sərvəti
onun tarixi mədəni irsidir. Konfransda Şirvan şəhər Təhsil Şöbəsinin müdiri
Paşa Nəbiyev  çıxış etdi. Bildirdi ki, bir milləti millət kimi
formalaşdıran amillər o millətin tarixi keçmişi, memarlıq abidələri, milli
mənəvi dəyərləri və ədəbiyyatıdır. Hər bir gənc tarixi keçmişimiz,
mədəni-tarixi abidələrimiz haqqında geniş bilgiyə sahib olmalıdır. Paşa
Nəbiyev  nitqində tariximizlə, memarlıq abidələrimizlə, tarixi
şəxsiyyətlərimizlə bağlı olan  layihələrin daha çox həyata keçirilməsinin
vacibliyini də vurğuladı. Konfransın sonunda "Tariximiz mədəni irsimizdir”
yazı inşa müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə təltif olundular.


Digər xəbərlər
SON XƏBƏRLƏR