Pərviz Həşimli aclıq aksiyasına başlayıb

img

15-04-2014 [16:52]


"Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimli aclıq aksiyasına başlayıb. Bu barədə P.Həşimlinin vəkili Elçin Sadıqov "Facebook” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, P. Həşimli saxlanıldığı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında bu gündən başlayaraq aclıq edir. Vəkil qeyd edib ki, P. Həşimli aclıq aksiyasına başlaması barədə təcridxana rəhbərliyinə məlumat da verib.

Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə məhkəmə prosesi davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR