İçərişəhərdə qarşıdurma (Fotolar)

img

15-04-2014 [16:41]


Aprelin 15-də İçərişəhərə giriş sürücülər üçün yalnız kartla həyata keçirildi. Bu da öz növbəsində narazılığa səbəb oldu. Mühafizəçilər İçərişəhərdəki restoranlara getmək istəyənləri Qoşa Qala qapılarından içəri buraxmayaraq onlardan giriş kartı tələb etdilər. Giriş kartı olmayanlarla mühafizəçilər arasında gərginlik yarandı. Sürücülər mühafizəçilərdən şlaqbaumu açmağı tələb edincə, az qala, onların arasında əlbəyaxa dava düşəcəkdi. Mühafizəçilər əraziyə polis çağırdılar.
Kartla girişin İçərişəhərdə yerləşən səfirliklərə gələnələrə də tətbiq olunması Qoşa Qala qapısının önündə uzun tıxacın yaranmasına səbəb oldu. Əraziyə gələn Dövlət Yol Polisinin Səbail rayon şöbəsinin əməkdaşları yolun bir hissəsini açaraq sürücüləri "Anzeft” dairəsinə doğru yönləndirdilər.

Polşa səfirliyə gələn Qabil Məmmədov "Yeni Müsavat”a bildirdi ki, bu səfər viza məsələsi ilə bağlı səfirliyə gələrkən sürpirizlə qarşılaşıb: "Səfirlikdən mənə dedilər ki, saat 11-də burda ol. Neçə saatdır mən maşınımla burda gözləyirəm. Deyirlər, təzə qaydadır, içəri yalnız giriş kartı olanları buraxa bilərik. Giriş kartını da 10 manata satırlar. Mən burda birinci dəfədir ki, maşınla gəlirəm. İndi bir dəfə gəlməyə görə 10 manat verib kart almalıyam? Özlərinə nə sərf edir, onu da edirlər”.
Paytaxt sakini giriş qapısının yanında onlarla kobud danlşan mühafizəçilərdən də şikayətləndilər: "Xarici tursilərin yanında da bizi biabır edilər. İnsanlarla çox kobud danışırlar. Qanundursa, hamı üçün olmalıdır. Nəyə görə bayaqdan "AA” seriyalı maşınları içəri buraxırlar, bizi yox? Onlar bura yemək-içməyə və gəzməyə gəlib, biz isə iş üçün. Bu qədər də haqsızlıq olmaz axı. 5 dəqiqə dayanmağa görə 3 manat alırlar. Bu soyğunçuluq deyil, bəs nədir?”.

Mühafizəçilər isə ittihamla razılaşmadıqlarını söylədilər. Onlar problemi buraxılış sistemində yaranan nasazlıqla əlaqələndirdilər. Əli adlı mühafizəçi bildirdi ki, yaxın saatlarda bu problem aradan qalxacaq və maşınların İçərişəhərə buraxılışı təmin ediləcək”.
Avtopark qiymtələrini nəyə görə baha olmasına isə mühafizəçi cavab vermədi.

Fərahim İLQAROĞLU
Fotolar müəllifindir






Digər xəbərlər
SON XƏBƏRLƏR