Ceyhun Osmanlının atası haqda xəbər yayıldı

img

15-04-2014 [15:33]


Prezident Administrasiyasının sabiq şöbə müdiri, hazırda Rabitə və Yüksək Texnologiyakar Nazirliyində şöbə müdiri olan Elnur Aslanov Milli Təhlükəsizlik Nazirliyində 6 saat dindirilib. Dindirmə zamanı E.Aslanov nurçu-fətullahçı şəbəkəsi ilə bağlı bütün bilgilərini bölüşüb. Bu haqda bizimyol.info məlumat yayıb.

İddiaya görə, E.Aslanovun verdiyi məlumatların nəticəsi olaraq bir çox Türkiyə təhsilli və son zamanlar hakimiyyət pillələrində sürətlə addımlayan gənclərlə bağlı araşdırmalara başlanıb. Bunlardan biri də Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 30 yaşlı müavini, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevdir. Belə ki, N.Həmzəyev də Türkiyə təhsilli sayıla bilər. O, 2009 - 2011-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən "Elektron Universitet” layihəsinə uyğun olaraq Türkiyə Respublikasının Atatürk, İstanbul və Fırat universitetlərində, həmçinin "Tubitak Ulakbim” təşkilatında "İT meneceri” üzrə ixtisasartırma kursları keçib. 2012-ci il 24 yanvar tarixində Türkiyə Respublikası Fırat Universiteti Sosial Elmlər İnstitutunun tarix bölməsində doktorantura pilləsinə qəbul olunub.

Mənbə, analoji araşdırmaların digər gənc kadrları da əhatə etdiyini və yaxın günlərdə nəticə ilə bağlı xəbərlərin yayılacağını vurğulayıb.

Hüquq müdafiəçisi Taleh Xasməmmədov isə özünün facebook profilində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mansur Məmmədovun müavini Yunus Osmanlıya məxsus villanın fotolarını paylaşaraq belə bir şərh yazıb:"Şəkillərdə görünən bağ evi və 60 ha torpaq sahəsi millət vəkili Ceyhun Osmanlının atası, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mansur Məmmədovun müavini Yunus Osmanlıya məxsusdur. Ağdaş rayonun Kükəl kəndində yerləşən bağ evindən nurçuların dərsxana kimi istifadə etdikləri bildirilir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub