Prezident İlham Əliyev sərəncam verdi; Elmar Məmmədyarov əvəzləndi

img

15-04-2014 [14:48]



"Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 1993 nömrəli Sərəncamında dəyişiklik edilib.

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla komissiyanın yeni tərkibini təsdiq edib.

Komissiyanın həmsədri

Şahin Mustafayev — Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

Komissiyanın üzvləri:

Azər Zeynalov — Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini
Xələf Xələfov — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Musa Pənahov — Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
İlham Quliyev — Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Ədalət Vəliyev — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Cavanşir Axundov — Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Səfər Mehdiyev — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Fərhad Tağızadə — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Ehtiram Rəhimov — Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini
Vadim Xubanov — Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini
Etibar Pirverdiyev — "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Arif Əsgərov — "Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Rauf Vəliyev — "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Xoşbəxt Yusifzadə — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Məmmədsadıq Quliyev — Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR