Bakı Şəhər İcra Hakimiyyətinin 9 vəzifəli şəxsi cəzalandırılıb

img

15-04-2014 [14:09]


Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsində aparılmış audit yoxlamaları nəticəsində vəzifələrinin icrası zamanı nöqsanlara yol verən 9 vəzifəli şəxsi cəalandırılıb. Modern.az saytı bildirir ki, bu barədə məlumatı Hesablama Palatası 2013-cü ildəki fəaliyyəti haqqında hesabatında açıqlanıb.

Sənəddə qeyd olunub ki, auidit yoxlaması zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən edilib. Belə ki, Birlik tərəfindən yaşıllıqlara xidmət xərclərinin proqnozlaşdırılması zamanı hesablamaların fiktiki qulluq göstərilən yaşıllıq ərazisinə görə aparılmaması səbəbindən həmin xərclərin proqnoz məbləğləri artırılıb, qüvvədə olan normalara əməl olunmaması nəticəsində yaşıllıqlara xidmət xərclərinin tərkibində təsərrüfat fəaliyyətinə aid olmayan xərclər də proqnozlaşdırılıb.

Kollegiya qərarının icrası ilə bağlı Palataya təqdim edilən məlumatda aidiyyəti təsərrüfat rəhbərləri və vəzifəli şəxslərlə müzakirələr aparıldığı, onlara müvafiq tapşırıqların verildiyi, Birliyinin müəssisə və təşkilatlarında yol verilən nöqsan və çatışmazlıqlara təkrar yol verilməməsi üçün müvafiq tədbirlərin görüldüyü bildirilib.
Vəzifələrinin icrası zamanı nöqsanlara yol verən 9 vəzifəli şəxs barəsində inzibati tənbeh tədbirlərinin görüldüyü, o cümlədən, 1 şöbə rəisinin işdən azad edildiyi, 1 şöbə rəisinin aşağı vəzifəyə keçirildiyi, 3 baş iqtisadçıya və 1 mühəndisə töhmət verildiyi, 1 idarə rəisi, 1 baş müsahib və 1 baş iqtisadçıya xəbərdarləq edildiyi qeyd olunub.

O cümlədən, 12000 manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib, 277876 manat debitor borcun uçota alınıb, 309476,04 manat məbləğində kreditor borcun ləğv edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR