Xırdalanda dairəsində qəza: maşın işıq dirəyini yerindən çıxartdı (VİDEO)

img

15-04-2014 [12:34]


Ötən gün Bakı Rusiya yolunun Xırdalan dairəsində dəhşətli yol qəza hadisəsi baş verib. Sumqayıt istiqamətindən Bakıya yüksək sürətlə hərəkət edən Mercedes markalı avtomobil Xırdalan məzarlığının yaxınlığında yol kənarındakı işıq dirəyinə çırpılaraq dirəyi yerindən çıxarıb. Hadisə yerində olan şahidlərin Movqe.az-a verdikləri məlumata görə, avtomobil yüksək sürətlə hərəkət etdiyindən, işıq dirəyinə çırpıldıqdan sonra dirəyi yerindən çıxardaraq bir neçə metr qabağa sürüyüb. Ən maraqlısı isə bu dəhşətli qəzadan sürücünün sağ çıxması olub. Hadisənin şahidləri sürücünün xəsarət belə almadığını söyləyiblər.




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR