BŞİH: Metro ticarətçilərinin əksəriyyətinin alternativ obyektləri olub

img

15-04-2014 [12:32]


"Metro ticarətçilərinin böyük əksəriyyətinin "Sədərək” və "Binə” Ticarət mərkəzlərində alternativ obyektləri olub”. Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov bildirib.
 
Onun sözlərinə görə, metroda fəaliyyət göstərmiş ticarət obyektləri sahiblərinin 10 faizi qurumun təklif etdiyi yerlərdə işlə təmin olunub, ancaq 90 faizi obyektlə əlaqədar müraciət etməyib: "Yəni bu faktın özü də göstərir ki, sahibkarların metropolitenin piyada keçidlərində olan yerləri son sığınacaq yerləri deyil. Sahibkarların "Binə” və "Sədərək” ticarət mərkəzlərində yerləri olduğundan, onlar bizə müraciət etmədilər. Yalnız 10 faiz, daha imkansız, yeri olmayanlar müraciət edib və biz də onları yerlə təmin etmişik. Bundan sonra da müraciət edən olarsa, onları yerləşdirə bilərik”.
 
Ə.Bağırov qeyd edib ki, "Metro” ticarət mərkəzində fəaliyyət göstərən sahibkarların bir qismi öz xətti ilə bura gəlib və onların sözügedən ticarət mərkəzində yerləşdirilməsi BŞİH-in səlahiyyətində deyil.


Digər xəbərlər
SON XƏBƏRLƏR