Prezidentliyə namizədi döydülər, vəziyyəti ağırdır

img

15-04-2014 [10:31]


Ukrayrnada prezidentliyə namizəd Oleq Sarayevi döyüblər.

Məlumata görə, Sarayev ağır vəziyyətdədi. Bu barədə onun saytında məlumat verilib. 

"İCTV telekanalının canlı efirindən sonra millət vəkili, Ukrayna prezidentliyinə namizədlərdən biri Oleq Sarayev binanı mühasirəyə alan aqressiv silahlı kütlənin hücumuna məruz qalıb” - deyə siyasətçinin mətbuat katibi bildirib.

"Sarayevi qəzəbli döyüşçülərin əlindən dövlət mühafizə xidmətinin əməkdaşları güclə aldılar” - deyə bəyanatda bildirilir. Hadisə zamanı siyasətçinin yanında olan deputatın köməkçisinin sözlərinə görə, Sarayev telekanalın binasını yenicə tərk etmişdi.

Məlumata görə, Sarayev təcili yardım maşınına güclə özünü çatdırıb, amma, mitinqçilər maşının hərəkətinə də mane olurdular. Bundan sonra onlar polislə Oleqi Təhlükəsizlik xidmətinə təslim etmək haqqında razılığa gəlib. Amma, Sarayevi ağ maşında naməlum istiqametdə apardılar.

İtar-Tass

Digər xəbərlər
SON XƏBƏRLƏR