Ölünün ruhunu satın almaq

13-04-2014 [14:53]

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan TANAP-ın təməlinin nə vaxt atılacağını soruşan azərbaycanlı jurnalistə belə cavab verib: "Hazırda layihə ilə bağlı Türkiyədə "kamulaştırma" (torpaq sahələrinin döv-lət ehtiyacı üçün fiziki və hüquqi şəxslərdən satın alınması) prosesi davam edir. Layihənin tezliklə həya-ta keçirilməsini istəyirik. Təməli ilin sonuna qədər ata bilərik. Boruların döşənməsinə tez müddətdə başlanılması zəruridir".

Bəlli olduğu kimi TANAP Azərbaycanla Türkiyənin birgə layihəsidir. Bu layihənin reallaşması iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcək. Tərəflərin siyasi iradə nümayiş etdirməsinə baxmayaraq, bu günə kimi TAЌAP-ın təməlini qoymaq mümkün olmayıb. Səbəb sadədir: Türkiyə höku-məti boruların döşənəcəyi ərazilərin sahiblərini razı salmaq məcburiyyətindədir. Türkiyədə heç kimin başına qapaz vurub, torpağını əlindən almaq mümkün deyil. Qardaş ölkədə əmlakın qiymətini dövlət yox, sahibkar özü müəyyən edir. Fiziki və hüquqi şəxsləri razı salmaq zaman tələb etdiyi üçün TAЌAP ki-mi siyasi əhəmiyyət kəsb edən böyük bir layihənin reallaşması gecikir.
Ərdoğanın açıqlamaları ilə tanış olanda Bakının "Sovetski" adlanan ərazisində yaşayan insanlar gözümün qabağına gəldi. Neçə vaxtdır ki, Azərbaycan hökuməti "Sovetski" əhalisini köçürmək istəyir. Ata-baba mülklərinin qarşılığında insanlara qəpik-quruş təklif olunur. Abid Şərifovla Hacıbala Abutalıbovun təklif etdiyi məbləğ nəinki mərkəzdə, heç Suraxanı rayonunda da mənzil almağa bəs etmir. Neçə vaxtdır bir sual mənə rahatlıq vermir: niyə hansısa vətəndaşın evinə Hacıbala Abutalıbov qiymət qoymalıdır? Yoxsa, Abutalıbov "Sovetski" sakinləri ilə birlikdə ev-eşik tikib? Əgər hökumət dövlət ehtiyacı üçün hansısa vətəndaşın evini satın almaq istəyirsə, zəhmət çəkib həmin vətəndaşın da ehtiyacını ödəsin. Ќiyə bizim hökumət başa düşmür ki, dövlətin ehtiyacını ödəməzdən əvvəl vətəndaşın ehtiyacını ödəmək lazımdır?
Axı, vətəndaşın hökumətə deyil, hökumətin vətəndaşa xidmət etməli olduğunu orta məktəbin aşağı si-niflərində öyrədirlər. Abid Şərifovla Hacıbala Abutalıbovun orta məktəbdə oxuyanda "Həyat bilgisi" fənnini keçməməsi onlara vətəndaşlarla istədikləri kimi davranmaq hüququ vermir. Bir də ki, hökumət təkcə daş-divarı deyil, həmin evlərlə birlikdə minlərlə insanın keçmişini, uşaqlıq xatirələrini də satın alır. Bunun üçün 1500 manat az deyilmi?..
"Sovetski" sakinləri ayağa qalxanda yaşlı bir qadın belə demişdi: "Ərimin ruhu bu divarlara hopub".
Məqamı gəldiyi üçün Hacıbala Abutalıbovdan soruşmaq istəyirəm: dünyadan köçmüş insanların ruhunu satın almaq üçün meriya onların əzizlərinə nə qədər vəsait təklif etmək niyyətindədir?
Hacıbala müəllimin ruhlarla əlaqəsinin olduğunu eşitdiyim üçün bu sualı verdim. Yoxsa, BŞİH-nin işinə qarışmaq mənim həddim deyil...

- See more at: http://reytinqinfo.az/component/k2/item/142-%C3%B6l%C3%BCn%C3%BCn-ruhunu-sat%C4%B1n-almaq.html#sthash.jDpV6u4N.dpuf


SON XƏBƏRLƏR