Şəmsəddin Hacıyev işdən niyə çıxarılıb? - Ilginc səbəb

img

11-04-2014 [12:52]



Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin Iqtisad Universitetinin rektoru vəzifəsindən çıxarılmasının səbəbləri barədə redaksiyamıza ilginc məlumat daxil olub. Məlumatda deyilir ki, Şəmsəddin Hacıyevin işdən çıxarılmasının kökündə vaxtilə rektorun müşaviri olmuş, qocaman professor Bədirxan Musayevlə aralarındakı ziddiyyətlər dayanır.

Qeyd edək ki, Şəmsəddin Hacıyev Bədirxan Musayevi işdən çıxardıqdan sonra professor onun haqqında mətbuata ilginc açıqlamalar vermişdi. Lakin sən demə, Bədirxan Musayev Şəmsəddin Hacıyevi mətbuatda ifşa etməklə kifayətlənməyibmiş. Gürcüstan əsilli Bədirxan Musayev Azərbaycanda olan 700-ə yaxın həmyerlisinin imzası ilə Gürcüstan prezidenti Georgi Marqvelaşviliyə müraciət göndərib. Həmin müraciət Bədirxan Musayevin Şəmsəddin Hacıyev tərəfindən təzyiqlərə məruz qalmasından bəhs edirmiş. Gürcüstan prezidenti qocaman professorun müraciətinə operativ reaksiya verib. Daha doğrusu, o, bu barədə Azərbaycanın dövlət başçısı Ilham Əliyevlə danışıb və ondan məsələni yoluna qoymasını xahiş edib. Ilham Əliyev baş verənlərdən hiddətlənib və Şəmsəddin Hacıyevin işdən çıxarılması barədə sərəncam imzalayıb(azadliq.info).


Digər xəbərlər
SON XƏBƏRLƏR