Deputat Ceyhun Osmanlı ilə bağlı inanılmaz ittiham - Araşdırma (FOTOLAR)

img

11-04-2014 [11:24]



Azərbaycan nurçularının başbilənlərindən və "İrəli” hərəkatının kölgədə qalmağı sevən "əməliyyat menecerləri”ndən biri olan deputat Ceyhun Osmanlı özünün son bəyanatlarının birində lovğa-lovğa, demək olar ki. Pavlik Morozov üslubunda belə deyirdi: "Vətənə xəyanət bağışlanmaz cinayətdir”.

Amma yaxşı olardı ki, türkpərəst soyadı olan (Türkiyədə Ceyhun Osmanlını tanıyanların çoxu isə təəssüf hissi ilə qeyd edirlər ki, heyf ki, onun soyadı Vyanaya qədər gedib çıxmış müzəffər türk sultanlarının adı ilə bağlıdır) bu yoldaş bunu özü də dərk etsin. Hakim partiyanın dəhlizlərində dolaşan bu "facebook lideri” Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) nəzarətində olan və xidmət borcu gərəyincə və MKİ-nin Pensilvaniyadakı qonşusu Fətullah Gülən sayəsində əməkdaşlıq etdiyi qurumlar barədə çox şeyə aydınlıq gətirə bilər.

C.Osmanlı nurçuların Azərbaycandakı rezidenti Elnur Aslanovun himayədarlığı altında son bir neçə il ərzində ABŞ qeyri-hökumət təşkilatları ilə fəal və əlbir işləyib. Bu QHT-lərin adı isə postsovet və ərəb ölkələrində yerli hakimiyyətləri yıxmaq üçün hazırlanan "rəngli inqilab ssenariləri”nin icrası fonunda tez-tez hallanıb. C.Osmanlının F.Gülənlə əməkdaşlıq etmək üçün iki kanal əldə etmişdi - Elnur Aslanov və ABŞ QHT-ləri.

C.Osmanlı "İrəli”yə bilavasitə rəhbərlik etdiyi dövrdə USAİD və İRİ-dən (ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu) maliyyə dəstəyi alaraq sosial şəbəkələrin, o cümlədən Facebook və Twitterin Azərbaycanda inkişafı və populyarlaşdırılması, həmçinin gənclərdən ibarət sosial qrupları idarə etməyin öyrənilməsi ilə məşğul olurdu. 2007-ci ildən etibarən Amerikanın pulları hesabına İnformasiya Texnologiyaları Mərkəzinin çətiri altına toplaşan gənc fəallar burada heç də proqramlaşdırmanın sirlərini, alqoritmləri və kompüter texnologiyalarını öyrənmirdilər. "Gənc islahatçı” C.Osmanlı pullarını səxavətlə xüsusi kursların yaradılmasına xərcləyirdi. Həmin xüsusi kurslar isə gənc fəallara ekstremal bloggerliyin və hosterin texnologiyasını öyrətmək üçün idi. Özü də ərəb inqilablarının ən qızğın vaxtında! Təsadüf idimi? Bu elanı oxuyun:

C.Osmanlının işi bundan sonra yağ kimi getməyə başladı. Amerikalı kuratorlar Azərbaycanda "vətəndaş cəmiyyəti və demokratik quruculuq işinin inkişaf etdirilməsini”, daha sadə dillə desək, fors-major və inqilab ərəfəsi situasiyanın yaradılması missiyasını öz yetirməsinə etibar etdilər.

Kənddən şəhərə təzəcə gəlmiş ara müğənniləri sayaq pencəyinin döş cibinə əlvan rəngli yaylıqlar taxıb bəzənən C.Osmanlı bəlkə heç özü də bilmədən alabəzək "Troya ayğırı”na çevrildi.

ABŞ-ın "rəngli inqilablar”ın təşkilində ixtisaslaşan iki əsas QHT-sinin yüksək rütbəli nümayəndələri 2009-cu ildə C.Osmanlı ilə danışıqlar aparıb. Bunlar İRİ-nin Azərbaycan üzrə direktoru Cekob Cons (Jake Jones) və ABŞ Milli Demokratiya İnstitutunun (MDİ/NDİ) başçısı Arien de Volf (Arien de Volff) idilər. Elnur Aslanovun 1news.az saytında yayılan bu məlumatları gəl bu "facebook lideri”nin yadına salaq.

Həmin görüşdə müzakirə olunan "qarşılıqlı maraq doğuran” məsələlərin nədən ibarət olduğu məlum deyil. Amma bu dəqiqdir ki, bu görüşdən sonra C.Osmanlının "səhmləri” ikiqat qiymətə minmişdi. Daha sonra C.Osmanlını ABŞ-ın Azərbaycandakı səfirliyinə, müvəqqəti işlər vəkili Donald Lu ilə məxfi görüşə göndərdilər.

C.Osmanlı D.Lu ilə 2009-cu ilin sentyabrında keçirilən görüşdə nə az, nə çox, birbaşa bəyan etdi ki: "Azərbaycan 10 ildən sonra inkişaf etmiş ölkəyə çevriləcək. Amma bu, yalnız düzgün adamların lazımi yerlərdə və postlarda olacağı halda mümkün olacaq” (!!!-müəl.).

C.Osmanlı daha sonra lap inanılmaz addım atır. O, Əliyev hakimiyyətini dəstəkləmək və gücləndirmək üçün yaradılmış "İrəli”ni faktiki olaraq amerikalı diplomatın qucağına atır. C.Osmanlı D.Luya məlumat verərək deyir ki, "İrəli” çox vacib şəbəkədir, onun üzvləri həlledici də olmasa, hər halda vacib dövlət postlarında və biznes qurumlarında təmsil olunurlar.

C.Osmanlının daha amerikalılara kimləri satdığı bəlli deyil. Lakin bu görüşdən dərhal sonra Vaşinqtona göndərilən depeşedə bildirilirdi ki, "İrəli”nin üzvləri Azərbaycan liderlərinin növbəti nəslinə çevrilmək üçün hazırda çox yaxşı mövqelər tutublar və ABŞ səfirliyi bu hərəkatla təmasları inkişaf etdirməkdə və onun inkişafını izləməkdə davam edəcək.

Buyurun, amerikalı diplomatın öz hökumətinə göndərdiyi məlumatın surətini siz də oxuyun:

Çox qəribədir, ümidverici deputat C.Osmanlı amerikalı diplomatın qulağına nə pıçıldamışdı ki, ənənəvi olaraq yerli müxalifəti dəstəkləyən amerikalılar bu görüşdən dərhal sonra fikirlərini dəyişərək özlərinin mümkün ssenarilərində C.Osmanlıya stavka etməyə başlamışdılar?

C.Osmanlı ilə D.Lunun şəxsi söhbətinin məzmunu Vaşinqtona - Dövlət Departamenti ilə MKİ-yə göndərilmişdi. Azərbaycan gəncliyinin hakimiyyət cəbhəsindən olan yeni lideri haqda arayış almış ünvanların qeyd olunduğu sənədin surəti ilə siz də tanış olun. Arayışda bunları oxuyuruq:

C.Osmanlı ilə əlaqə qurulmasına dair Vaşinqtona göndərilmiş məxfi depeşeni ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi-iqtisadi şöbəsinin başçısı Robert Garverick şəxsən özü hazırlamışdı. Skrinşota baxın:

MKİ ilə Dövlət Departamentinə göndərilmiş depeşedə xüsusi vurğulanırdı ki, "İrəli” Ceyhun Osmanlının rəhbərliyi altında ümumi dəyəri 1 milyon dollar olan iki illik layihənin həyata keçirilməsi ilə məşğuldur və bu layihənin məqsədi 50 min nəfər gənc və fəal internet istifadəçisi hazırlayıb yetişdirməkdir. Amerikalılar bunu da xüsusi təəssüf hissi ilə bildirirdilər ki, C.Osmanlı müvafiq maliyyə sənədlərini təqdim etməyib. Böyük ehtimalla burada söhbət çoxmilyonluq layihədəki yeyintidən gedir. Bu da amerikalı diplomatın depeşesindən çıxarış:

Yalnız o məlumdur ki, C.Osmanlı bu layihələri həyata keçirəndən dərhal sonra özünə lüks maşınlar - "Range Rover”, "Mercedes” və s. alıb. C.Osmanlının bu gözlənilməz və fantastik gəlirinin mənbələri isə göstərilməyib. Nə gəlir bəyannaməsində, nə də digər hesabat və sənədlərdə...

"Aslanovçular dəstəsi” üzvlərinə xas olan cəhəti - dövlət proqramlarının icrası zamanı yol verilən oğurluğu hələ bir kənara qoyaq. Bununla qoy amerikalılar məşğul olsun. Bizsə məsələnin digər tərəfinə baxaq. Bu olanlardan hansı nəticə çıxır? Belə çıxmırmı ki, C.Osmanlı öz əməlləri ilə prezidentin sərəncamına uyğun olaraq həyata keçirilən layihənin - məktəblərin kompüterləşdirilməsi dövlət proqramının üstündən faktiki olaraq qalın bir xətt çəkib? Yəni belə çıxmırmı ki, C.Osmanlı dövlət proqramında göstərilən məqsədləri həyata keçirmək, gənclər arasında kompüter-informasiya maarifçiliyi aparmaq əvəzinə bu maarifçilik layihəsini Prezident Administrasiyasının o zamankı şöbə müdiri Elnur Aslanovun patronajlığı altında açıq-aşkar liberal-inqilabi layihəyə çevirib?!

Reallıq budur ki, Azərbaycan siyasi andeqraundunun yeni liderləri prezidentin konsepsiyasının mahiyyətini təhrif edərək eybəcərləşdirmişdilər. Onlar Azərbaycan gəncliyi arasında maarifçiliklə məşğul olmaq əvəzinə elə bu gənclik arasında inqilabçı təbəqənin yaradılması konsepsiyasını həyata keçirməyə girişmişdilər. 

Bu şübhəli layihənin başa çatmasını gözləmədən elə həmin 2009-cu ildə C.Osmanlı Amerika QHT-sindən  Beynəlxalq Respublikaçılar İittifaqı (İRİ) tərəfindən hazırlanmış "Bələdiyyə-2009” layihəsinin həyata keçirilməsi üçün yeni subsidiya alır. Layihədə açıq göstərilir ki, onun məqsədi Azərbaycanın 56 şəhərində və regional mərkəzində gənclərin siyasi fəallığına dəstək verməkdir.

Bir il sonra, 2010-cu ildə "İrəli” yenə də USAİD-in maliyyə dəstəyi ilə Azərbaycanın şimal rayonlarında Gəncə, Şəki, Sumqayıt, İsmayıllı, Zaqataladan olan gənc fəalların iştirakı ilə treninqlər keçirir.

C.Osmanlı amerikalı donorlar qarşısında hesabat da verir, layihənin reallaşması ölkənin regionlarında onların idarəetmə metodologiyasını və sosial şəbəkələrdə buraxdığı izləri deməsək, tam sürətlə gedir. Bilavasitə taleyüklü 2010-cu il parlament seçkiləri ərəfəsində...

C.Osmanlınln dünyada "rəngli inqilabları” yayan amerikalı sponsorların pulları hesabına qaynayan "liberal fəaliyyəti” öz "nəticə və töhfə”lərini verir. Narazı sosial təbəqələri əhatə edən sosial şəbəkələrin populyarlığı əvvəlcə Quba hadisələrinin başlanmasında öz bədnam rolunu oynayır. İlk dəfə məhz Qubada sosial şəbəkələrin köməyi ilə təşkilatlanan narazı qüvvələrin mütəşəkkil çıxışı olur.

Yeri gəlmişkən, bu barədə həmin vaxt Elnur Aslanovun qruplaşması ilə yaxın əməkdaşlıq edən İlqar Məmmədov da öz bloqunda açıq yazırdı. İ.Məmmədov Qubadakı, daha sonra İsmayıllıdakı iğtişaşlarda sosial şəbəkələrin rolunu xüsusi qeyd edirdi.

Bax, elə burada ən paradoksal hal meydana çıxır - narazı sosial qruplar məhz C.Osmanlının amerikalılardan aldığı layihələrin pullar hesabına yaradıldı. Bundan əlavə, Aslanovun və Osmanlının ərafından bir çoxları İ.Məmmədovun məktəbində staj keçən gənc fəalların qruplarına düşür. Bu, amerikayönümlü qrupların hakimiyyətdə və müxalifətdəki fəaliyyətinin uzlaşması bağlı birinci və sonuncu hal deyildi.

C.Osmanlının Azərbaycanın bir sıra regionlarında həyata keçirdiyi proqramların nəticəsi olaraq situasiyanın destablizasiyası cəhdləri müşahidə olunmağa başlamışdı. Gərginlik yaranan şəhərlərdə Qərbdən maliyyələşən müxalifət nümayəndələri və yerli QHT-lər məskunlaşmışdı.

C.Osmanlının fəaliyyətinin nəticəsi öz bəhrəsini verir... Və elə bu gün də. Onun səyləri sayəsində Qərb strukturları Azərbaycan hakimiyyətinə effektiv təzyiq rıçaqları-regionlarda nüvə yağışından sonra əmələ gələn zəhərli göbələklər kimi artıb çoxalan savadsız bloqqerlər və hosterlər ordusu (Qərb trenerləri üçün münasib insan materialıdır, elə deyilmi?) əldə etdilər. Bunun bariz nümunəsi:

Demək olar ki, heç nəyə yaramayan, tamamilə adi adam olan, özünü ölkənin ictimai və siyasi həyatında heç nə ilə göstərə bilməyən, klub pencəyi və laklı ayaqqabılarla gəzən C.Osmanlı 2007-ci ildən başlayaraq amerikalılardan "faydalı idiot” rolunu və ya onların bütün ölkədə sosial şəbəkələrin ekstremal vəziyyətlərdə idarə edilməsi texnologiyasını populyarlaşdıran, özü də bu proqramı prezidentin bütün ölkənin kompüterləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirən adamı missiyasını üzərinə götürüb.

Bununla yanaşı Osmanlı hətta yerinə yetirdiyi missiyanı da dərk etməyib, cəlb olunduğu oyunun miqyasından bixəbər olub. Ancaq Azərbaycan hakimiyyətinin hər şeydən göründüyü kimi haqq-hesab tələb edəcəyi C.Osmanlıya bu kömək edəcəkmi?! Axı onun ağılsız fəallığının dağıdıcı nəticələri həddən artıq aydındır. Hakimiyyət indi Aslanov və Osmanlıdan miras qalmış dağıntıları təmizləməlidir...

Ancaq bundan əvvəl Osmanlı ona verilmiş missiyanın yekununda hər halda cavab verməli olacaq. Və olduqca tez!..

Virtualaz.org


Digər xəbərlər
SON XƏBƏRLƏR