İcra başçısı türmədən çıxan korrupsionerə vəzifə verdi - SƏNƏD

img

08-04-2014 [17:44]


«Mən və Akif Səlimovun yaxın dostu Musa Musayev 2009-cu ildə həbs edildik. O, icra başçısı təyin ediləndən sonra mənə dedi ki, siz ikiniz də eyni maddələrlə həbs edilmisiniz və bunun üçün də hər ikinizə vəzifə verəcəm».

Mia.az xəbər verir ki, bu sözləri Tia.az-a Laçın rayon sakini, hazırda Taxta Körpü qəsəbəsində yaşayan Fərman Cabbarov yazıb. 

F.Cabbarovun sözlərinə görə, Akif Səlimov sonradan Musa Musayevə vəzifə versə də, ona təzyiq etməyə başlayıb: «İcra başçısının dostu Musanın 64 yaşı var və hazırda dövlət qulluğuna görə hər ay 600-650 manat təqaüd alır. Bunun ardından isə onu Laçın rayon Yol İstismarı İdarəsinə müdir təyin etdi». 

Laçın sakini bildirir ki, onlara tətbiq olunmuş maddələrlə dövlət işində işləmək mümkün deyil. Daha doğrusu, həmin maddələrə əsasən cinayətə görə cəza çəkilib qurtardıqdan 3 il sonra dövlət qurumlarında işləmək imkanına malikdirlər. «Lakin Akif Səlimov bu qanunlara məhəl qoymur. Əminliklə deyirəm ki, əgər Prezident olmasa, Akif Səlimov və dostu Musa Musayev bizim kimi orta təbəqənin insanlarını Azərbaycanda yaşamağa imkan verməz, deportasiya edər».

Mia.az Musa Musayevlə bağlı maraqlı faktlar əldə edib. 2009-cu ildə rəhbərlik etdiyi qurumda korrupsiya yol verdiyi üçün tutulan və 2010-cu ilin aprel ayında məhkəmə hökmü oxunan Musa Musayevin barəsində açılmış cinayət işinin predmetini təqdim etməklə, son təyinatına münasibəti Oxucuların öhdəsinə buraxırıq:

 - Beləliklə, 22 aprek 2010-ğu ildə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsinin sabiq müdiri Musa Musayev və şöbənin daha 5 əməkdaşına hökm oxunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünə əsasən, Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsinin sabiq müdiri Musa Musayev, aparıcı mühasib Fərman Cabbarov 2 il 6 ay, şöbənin əməkdaşları Elman Məmmədov və Bahar Zamanov 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Şöbənin digər əməkdaşları Zaur Şirinov və Aqil Salmanov 1 il şərti cəza alıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə (179.3.2), vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma (311.2), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma (311.3.1), təkrar rüşvət alma (311.3.2), küllü miqdarda rüşvət alma (311.3.3), vəzifə saxtakarlığı (313) maddələri ilə ittiham olunublar.

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən Fondun Laçın rayon şöbəsinin funksional vəzifələrinin icrası vəziyyətinin araşıdırlması nəticəsində şöbənin pensiya sahəsindəki fəaliyyətində ciddi nöqsanlara yol verildiyi müəyyən olunub.

2008-ci ilin noyabr ayında müvafiq materiallar tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim olunub.

İttihama görə, Cabbarov Fərman Baloğlan oğlu 2004-cü ildən Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsində aparıcı mühasib vəzifəsində işləyərkən, şöbənin müdiri Musayev Musa Rəfi oğlu və digər şəxslərlə cinayət əlaqəsinə girərək, 2007-2008-ci illər ərzində rüşvət almaqla 95 nəfər pensiya almaq hüququ olmayan və 15 nəfər əlillik müddəti qurtarmış şəxslərə qanunsuz pensiya ödənişləri aparılması ilə bağlı rəsmi sənədlərlə bilə-bilə yalan məlumat daxil ediblər. Nəticədə Cabbarov etibar edilmiş özgə əmlakı olan cəmi 78 417 manat məbləğində pul vəsaitlərini israf etmə yolu ilə talayaraq dövlətə külli miqdarda ziyan vurub.

Müəyyən edilmişdir ki, pensiya almaq hüququ olmayan 95 şəxsin adına pensiya təyinatı aparılmadan alınan pensiya kartları üzrə 01.09.2008-ci ilədək cəmi 66 803 manat məbləğində, həmçinin 15 nəfər pensiyaçının əlillik müddəti qurtardığı halda pensiya ödənişləri davam etdirilməklə cəmi 11.613 manat qanunsuz pul ödənilib.

Pensiya təyinatı aparılmadan onların adları kompüter bazasına daxil edilib, həmin şəxslərin adlarına pensiya kartları alınması üçün sifarişlər müdiriyyətə təsdiq etdirilib, daha sonra "Kapitalbank"ın Ağcabədi rayon filialına göndərilib...

   


Digər xəbərlər
SON XƏBƏRLƏR