“Azercell» Azər Həsrətə cavab verdi: «Qara PR kampaniyası aparır!»

img

08-04-2014 [16:24]




"Azercell Telekom” MMC-nin mətbuat xidməti Mətbuat Şurasının üzvü Azər Həsrətin bir neçə gün əvvəl irəli sürdüyü ittihamlara cavab verib.

 

Qurumdan mia.az-a daxil olan cavab məktubunu olduğu kimi təqdim edirik: 

«Mia.az saytının rəhbəri Zaur Əhmədə, surəti: Azər Həsrətə,

 Hörmətli cənablar!

Bu məktubu, 1 aprel 2014-cü il tarixində mia.az saytında (http://www.mia.az/w103222/M%C9%99tbuat_%C5%9Euras%C4%B1n%C4%B1n_%C3%BCzv%C3%BCnd%C9%99n_ba%C5%9F_redaktorlara_%22AZERCELL%22%C9%99_qar%C5%9F%C4%B1_%C3%A7a%C4%9F%C4%B1r%C4%B1%C5%9F/) "Mətbuat Şurasının üzvündən baş redaktorlara "AZERCELL"ə qarşı çağırış” adlı məqalə ilə əlaqədar "Azercell Telekom” MMC-nin rəsmi mövqeyi kimi qəbul edib, olduğu kimi dərc etməyi xahiş edirik.  

Məqalədə Mətbuat Şurasının İdarə heyətinin üzvü Azər Həsrət "Azercell Telekom” MMC-nin əleyhinə çıxış edərək, vətəndaşları şirkətin xidmətlərindən imtina etməyə çağırır. Cənab Azər Həsrətin və ya hər hansı digər abunəçinin müraciətinə baxılmaması, cavablanmamağı, o cümlədən nömrənin balansından göstərilməmiş xidmətə görə məbləğ silinməsi ilə bağlı irad və qeydlər həqiqətə uyğun deyil və əgər belə hala yol verilməsi faktları mövcuddursa aidiyyəti üzrə baxılması, araşdırılaraq cavablandırılması və müvafiq tədbirlər görülməsi üçün "Azercell Telekom” MMC-yə təqdim etməyinizi xahiş edirik.

Göstərilənlərlə yanaşı bildiririk ki, bu tip çıxışlar cənab Azər Həsrət tərəfindən artıq mətbuatda bir neçə dəfə səsləndirildiyi ilə qarşılaşmışıq. Cənab Azər Həsrət mütəmadi olaraq KİV-də "Azercell Telekom” MMC-nin əleyhinə qərəzli çıxışlar edir, şirkətimizə qarşı qara PR kampaniyası aparır. Biz cənab Həsrətin dilə gətirdiyi fikirləri "Azercell Telekom” MMC-nin 17 illik fəaliyyətinə qəsdən kölgə salmağa uğursuz cəhd kimi qiymətləndiririk. "Azercell Telekom” MMC ölkədə fəaliyyət göstərdiyi müddət  ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına 1 milyard manat sərmayə yatırmışdır. "Azercell Telekom” MMC ölkənin qeyri-neft sektorunun ən böyük sərmayədarı və ən iri vergi ödəyicisidir. Bu günə kimi 2013-cü ildə Azercell dövlət büdcəsinə təqribən 111 milyon manat, 17 il ərzində isə 1 milyard manat vəsait ödəyib. Bütün bu illər ərzində "Azercell Telekom” MMC ən qabaqcıl texnologiyanı tətbiq etməklə, ən yüksək keyfiyyəti saxlamaqla yanaşı abunəçilərinə rahat və sərfəli xidmətlər təqdim edib. Bu gün ölkənin 4,5 milyon nəfər əhalisinin məhz "Azercell Telekom” MMC-yə etimad göstərməsi faktı cənab Azər Həsrətin fikirlərinin nə qədər qərəzli və haqsız olduğunu bir daha göstərir. Cənab Azər Həsrətin mobil rabitə sektorunda aparıcı şirkəti mütəmadi hədəfə almasının nədən irəli gəldiyini media ictimaiyyətinin və oxucuların öz öhdəsinə buraxırıq.

Bununla yanaşı, cənab Azər Həsrətin əsassız ittihamlar irəli sürərək "Azercell Telekom” MMC-nin nüfuzuna xələl gətirmə cəhdini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən məhkəməyə müraciət etmək hüququnu özümüzdə saxladığımızı diqqətinizə çatdırırıq. 

 Hörmətlə,

"Azercell Telekom” MMC-nin mətbuat xidməti».

/span span lang="AZ-LATIN" style="font-size:16.0pt;mso-ansi-language:AZ-LATIN"

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR