“Mənə narkoman deyəni sürüyəcəm” - Mətanət İsgəndərli

img

08-04-2014 [13:44]


"Hansı əsasla mənə narkoman deyirlər?".

Mia.az xəbər verir ki, bu sözləri Axar.az-a müğənni Mətanət İsgəndərli haqqında yayılan narkoman iddiasıyla bağlı xəbərə münasibət bildirərkən deyib.

O, daha sonra belə cavab verib: "Nəyə əsasən bu sözləri danışırlar?! Onlara kim ixtiyar verib bu sözləri deməyə? Mən həmin şəxsi tapsam, saçlarından tutub sürüyəcəm. Bu, bağışlanılmaz yalandır. Məni xalq tanıyır, bilir ki, mən necə biriyəm. Kim görüb məni narkotik istifadə edərkən? Ayıb olsun sadəcə”.

Xatırladaq ki, bu gün "Aznews.az” saytında müğənninin narkoman olmasıyla bağlı xəbər yayılmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub