Komitənin xidmət rəisinə məxsus bir neçə obyektin fotosu yayıldı - FOTOLAR

img

08-04-2014 [12:37]



Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, məmurlar korrupsiya əməllərinə qurşanaraq öz sərvətlərini artırmaqda və sadə vətəndaşların dövlətin ədalət prisiplərinə olan ümidlərini puça çıxarmaqda davam edirlər. Qəribədir ki, rayonların adi idarə müdirləri belə 100 minlik maşınlarda gəzir, dəyəri yarım milyon manatdan artıq olan villarda yaşayır və ildə bir neçə dəfə xaricdə və ölkəmizdə bahalı İstirahət Mərkəzlərində istirahət edirlər.

İşin ilginc tərəfi isə odur ki, bu məmurlar 200-300 manat ətrafında dövlətdən maaş alırlar. O zaman ortaya təbii olaraq sual çıxır ki, bu məmurlar bahalı maşınları necə alır, villaları, biznes obyektlərini necə inşa edir, necə dəbdəbəli həyat yaşayırlar. Axı normalda onların aldıqları maaş heç gündəlik yeməklərini belə zorla ödəyir. Sual təbii olduğu kimi cavabı da təbiidir. Həmin məməurların hamısı rüşvət alaraq və dövlət vəsaitlərini mənimsəyərək bu sərvətləri əldə edirlər.

PİA.AZ-a daxil olan məlumata əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov və qardaşı Beyləqan rayon Dövlət Reyestri Xidmətinin Ərazi Qeydiyyat şöbəsinin müdiri Zaman İmanov vəzifə səlahiyyətlərindən istifadə edərək böyük sərvət sahibi olublar. Bu barədə Beyləqandan daxil olan məlumatda bildirilir ki, Zaman İmanov qardaşı Məhəmməd İmanova arxayın olaraq Beyləqanda və digər aran Qarabağ rayonlarında fəaliyyət göstərən Dövlət Reyestri Xidmətlərini öz nəzarətində saxlayır və əhalidən alınan rüşvət hesabına özü və qardaşı Beyləqanda, ətraf rayonlarda və həmçinin Bakıda mülklərə biznes sahələrinə sahib olublar.

Daxil olan məlumatda göstərilir ki, Zaman İmanov faktiki olaraq Beyləqan rayonun Dövlət Reyster Xidmətinin rəisidir. Yəni Ərazi Xidmətinin rəisi R.Əliyev formal olaraq bu vəzifəni daşıyır. Belə ki, Beyləqan rayonunda Dövlət reyster xidmətinin bütün işlərini vətəndaşlara, sahibkarlara lazımı xidmət sənədlərini məhz Zaman İmanov verir. Hətta idarə rəisinin möhrünün belə şöbə müdirində olduğu bildirilir.
Daxil olan məlumata əsasən  Zaman İmanov qardaşı Məhəmməd İmanovun vəzifəsindən istifadə edərək Beyləqan rayonu Dövlət reyster xidmətinin yanında dəbdəbəli 2 ev inşa etdirir. Şöbə müdiri villa tipli bu evlərə 150 min manata yaxın xərc çəkdiyi qeyd olunur. Həmçinin rayonun Daşburun qəsəbəsi istiqamətindən girişində, məşhur Xan qızı arxının üstündə  Zaman İmanova məxsus dəbdəbəli restoran mövcuddur. Bildirilir ki, hazırda restoranın kotecləridə tikilməkdədəir.
Bildirilir ki, Beyləqan rayon Dövlət Reyestri Xidmətinin Ərazi Qeydiyyat şöbəsinin müdiri Zaman İmanov son model, qiyməti 100 min manatdan artıq olan 10 TL 755 seriyalı "Lexsus” və 99 BC 310 seriyalı son model "Mersedes” ( qiyməti 50 min manatdan başlayır) avtomobilləri ilə işə gəlib gedir.  Bundan başqa şöbə müdirinin Bakı Şəhərində Nizami rayonu ərazisində «Vosmoy  kilometr» deyilən yerdə 2,  Nərimanov rayonunda  1 mənzili, Qaraçuxur qəsəbəsində isə dəbdəbəli nın olduğu qeyd olunur.
Həmçinin Zaman İmanovun Beyləqan rayonun «Sarı Su» deyilən ərazisində həmçinin Aşıxlı kəndində yüz hektarlarla torpaq sahələri, yüzlərlə mal qarası olan bir neçə iri təsərrüfatının olduğu bildirilir. Qeyd olunur ki, Zaman İmanovun təsərrüfatlarının bir hissəsi qardaşı Dövlət Reystr Xidmətinin rəisi Məhəmməd İmanova məxsusudur.
Məlumata görə Zaman İmanovun qardaşı, Dövlət Resyter xidmətinin rəisi Məhəmməd İmanovun mal mülkü daha çoxdur. Belə ki, xidmət rəisinin milyonlarla manat dəyərində villaları, şəhərin mərkəzində çoxlu sayda mənzilləri, Quba, Şamaxı, Qax rayonlarında malikənaları və paytaxtın müxtəlif yerlərində mağazaları olduğu bildirilir.
Qeyd edək ki, Məhəmməd İmanovun obyektləri, əldə etdiyi milyonlarla bağlı araşdırmamız davam edir və növbəti yazımızda oxucularımıza təqdim edəcəyik.
Qarşıtərəfin mövqeyini dərc etməyə hazırıq…
pia.az
Zaman İmanovun restoranı
Zaman İvanovun yeni tikdirdiyi evlər

Digər xəbərlər
SON XƏBƏRLƏR