Samir Şərifov Ziya Məmmədovun maliyyə fırıldaqları haqda dosye hazırlatdırıb - İDDİA

img

08-04-2014 [10:36]



Maliyyə naziri Samir Şərifov beynəlxalq donor təşkilatlarının Dövlət Büdcəsi hesabına aparılan yeni magistral avtomobil yollarının tikintisində nəqliyyat naziri Ziya Məmmədovla «Azəryolservis»in rəhbəri, deputat Cavid Qurbanovun yol verdikləri maliyyə fırıldaqları ilə bağlı dosye hazırlatdırıb.

Mia.az «Reytinq» qəzetinə istinadən xəbər verir ki, yeni magistral yolların layihə çevrəsinə daxil olan yaşayış qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi, eyni zamanda,  ayrılan vəsaitin həddindən artıq şişirdilməsi, üstəlik, əlavə vəsaitlərin tələb olunması Maliyyə Nazirliyini hərəkətə gətirib:

«Bilirsiniz ki, 10 ildən çoxdur ölkənin yol infrastrukturunun yenidən qurulması istiqamətində köklü layihələr həyata keçirilir. Son bir ilə qədər həyata keçirilən layihələrdə qiymətlərin həddindən artıq şişirdilməsindən sonra yuxarı dairələr Maliyyə Nazirliyinin hərəkətə keçirib. Söz yox ki, Maliyyə Nazirliyi, konkret olaraq nazir Samir Şərifov nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəhbərliyi belə təftişlərdə maraqlı olublar. Odur ki, Samir Şərifov yaranmış vəziyyətdən daha fürsətcil davranaraq Ziya Məmmədovla Cavid Qurbanovun yol verdikləri milyonlarla ölçülən maliyyə fırıldaqlarını ciddi mühasibat ekspert rəyləri ilə arxivləşdirib. Ziya Məmmədovla Cavid Qurbanovun ətrafında yaşanan son gərginliklər , əslində, Maliyyə Nazirliyinin hazırladığı yuxarılara təqdim etdiyi dosye ilə əlaqədardır. İndi Ziya Məmmədovla Cavid Qurbanovdan mənimsənilən hara xərcləndiyi bilinməyən milyonların hesabı sorulur». 

Mənbə bildirir ki, son bir ildə kompensasiyalarla bağlı narazılıq edənlərin Maliyyə Nazirliyinə yönəldilməsi təsadüfü deyil:

 «Artıq maliyyə məsələlərini Maliyyə Nazirliyi öz əlində cəmləyib. Maliyyə Nazirliyi Nəqliyyat Nazirliyi ilə «Azəryolservis»in birgə komissiyasının qiymətləndirmə aktlarını ciddi qəbul etmir. Tam əksinə, onlardan sonra yeni bir komissiya göndərib, yenidən qiymətləndirmə aparırlar. Nəqliyyat Nazirliyi ilə «Azəryolservis»in qapısını döyən narazıları isə bu səbəbdən Samir Şərifovun üzərinə yönəldirlər. Maliyyə Nazirliyində, konkret Dövlət Maliyyə Nəzarəti Xidmətində isə narazıları Ziya Məmmədova qarşı açıq şəkildə təlimatlandırırlar. Bu isə tərəflər arasındakı qarşıdurmanın daha «dərinliklərə işlədiyi»ni göstərir».

 Məlumatlı şəxs deyir ki, Maliyyə Nazirliyinin rəhbər şəxsləri yaranmış vəziyyətdən istifadə edərək, öz şəxsi mənafelərini güdməkdən çəkinmirlər: «Təkcə Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun son bir ildəki maddi durumu araşdırılsa, o zaman mənim demək istədiyim aydın olacaq».

 Məlumatlı şəxsin sözlərinə görə, Ziya Məmmədov təkcə magistral yol çəkilişlərində həddən artıq sərf olunan vəsaitlərə görə «nişangah»a gətirilməyib. Onun birbaşa nəzarəti altında «Dövlət Dəmir Yol» QSC-nin tikinti departamentinin rəisi Çingiz Məmmədovun Quba, Ucar, Gəncə digər rayonlarda kurasiyalarına aid olmayan sahələrdə apardıqları tikinti işləri ciddi nəzarət altına götürülüb. Məncə, yaxın vaxtlarda bu qurumun rəhbəri Arif Əsgərovu da «dalan»a dirəyəcəklər».

,

Digər xəbərlər
SON XƏBƏRLƏR