Xidməti otağına gizli kamera quraşdıran rabitəçi məmur- Özəl

img

04-04-2014 [19:31]



Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Sabunçu Telefon Qovşağının rəisi Nəriman Salmanovla bağlı Mia.az-a maraqlı məlumat daxil olub.

 Mia.az-a daxil olan məlumatda bildirilir ki, Nəriman Salmanov xidməti otağına gizli kamera quraşdırıb. Onun bu gizli kamera vasitəsiylə nələri «arxivləşdirdiyi» dəqiq bilinməsə , ortada xeyli şübhəli məqamların olması təkzibolunmazdır. Bəzi iddialara görə, qovşaq rəisi rəhbər şəxslərlə görüş danışıqlarını da lentə köçürməkdə həvəslidir.

 Məlumatla bağlı bəzi məqamları dəqiqləşdirə bilmədiyimizdən hələ ki təfərrüatlara toxunmuruq.

Mia.az xəbər verir ki, Nəriman Salmanov Əli Abbasovun nazir təyinatından sonra Gəncə telekommunikasiya Qovşağının rəsi vəzifəsindən paytaxta «transfer» olunub. O, bir neçə ay Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi işləyib. Lakin onun bu vəzifədə «ömrü» çox qısa çəkib. Nazir Əli Abbasov onu həmin vəzifədən azad edərkən bəzi xoşagəlməzliklər yaşayıb. Elə buna görə Yasamal Telefon Qovşağına rəis əvəzi göndərilən Nəriman Salmanov sözügedən vəzifədə bir müddət təsdiqlənməyib. O, Yasamaldan Sabunçu Telefon Qovşağına «transfer» olunub. Nəriman Salmanovun rabitədə möhkəmlənməsində bir neçə icra başçısının, xüsusiylə Yasamalın icra başçısı İbrahim Mehdiyevin xüsusi rolu olduğu sirr deyil. Bu və ya digər məsələlər ətrafında araşdırmalarımız olacaq.

 Tərəfi də dinləməyə hazırıq.

    sözügedən vəzifədə /span

Digər xəbərlər
SON XƏBƏRLƏR