ABŞ Ukraynaya 1 milyard dollar kredit verir

img

04-04-2014 [09:51]


ABŞ prezidenti Barack Obama Konpresin hər iki palata liderləri ilə görüşüb. Görüş aprelin 3-də Ağ Evdə baş verib. Görüşdə məqsəd Konqres üzvləri ilə Ukraynadakı böhranı yoluna qoymaq üçün Obama admnistrasiyası tərəfindən qəbul olunan qərarları müzakirə etmək olub.

Ağ Evin açıqlamasına görə, prezident konqres üzvlərini əmin edib ki, Birləşmiş Ştatlar Ukraynanı, onun ərazi bütövlüyünü dəstəkləmək və Rusiyanı bu ərazidən təcrid etmək yönündə beynəlxalq qüvvəni birləşdirməkdə davam edir.

Görüşdə həmçinin, ötən həftə Brüsseldə keçirilən nüvə təhlükəsizliyi ilə bağlı sammit və prezident Obamanın Səudiyyə Ərəbistana səfəri kimi məsələlər də müzakirə olunub.

Prezident Obama konqressmenlərlə görüşündən bir neçə saat öncə Ukraynaya 1 milyard dollar kredit verilməsi barədə fərmana imza atıb. Bu fərmanda həm də bir sıra Rusiya vətəndaşına sanksiya tətbiqi də yer alıb. Həmin siyahıya Amerika tərəfinin fikrincə Ukraynada suverenliyin pozulmasında əli olan, Rusiyada korrupsiyaya bulaşmış və insan haqlarını pozan şəxslərin adları salınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR