Klassiklərimiz və din

img

10-03-2014 [16:48]


Klassiklərimizin dinə və din adamlarına göstərdikləri kəskin münasibət bir çox insanları çaşdırmaqdadı. Adamlar klassiklərimizlə fəxr etmək istəyirlər, amma buna baxmayaraq, klassiklərimizinədinə qarşı göstərdikləriəsərt münasibətdən inciyirlər. Məhz bu səbəbdən klassiklərimizin dini sərt tənqid etmələrinə bir neçə səbəb göstərərək vəziyyəti yumuşaltmaq istəyirlər.

Göstərilən səbəblərdən biri odur ki, Mirzə Cəlil, Cəfər Cabbarlı, Haqverdiyev, Çəmənzəminli, Sabir dini yox, xurafatı,əcəhaləti, dindən istifadə edərək avam, cahiləinsanlari aldadan, dini əlində bayraq edərək insanları istismar edən, gücün yanında olan, məzlumları eşitməyən, güclülərə dəstək verən, gözünün qarşısında baş verənləri görməmək üçün gözünü yuman, məzlumların naləsini eşitməmək üçün qulaqların tutan din xadimlərin tənqid ediblər. Əvvəllər bu fikri yaxına buraxmırdım. Getdikcə bu sözdə həqi-qət olduğunu hiss etməkdəyəm. Bəzən böyük həqiqətlər kiçik paralellərdə, kiçik detallarda açılır.
Universitet illərimi xatırlayıram. Türk müəllimlərinin yanında öz yerini şirin etmək, qiymət almaq üçün cümə namazına gedən tələbələr indi liseylərdə müəllim, türk şirkətlərində menecer-filan işləyirlər. Bir balaca azadlığı sevən, çalışqan, savadlı gənclər isə oxuduqları universitetə, oxuduqları liseylərə düşmən və qənim kəsiliblər. Bəyəm bizim türk hocalarımız cümə namazına gedən tələbələrin səmimi olmadıqlarını, qiymət almaq, iş tapmaq, Türkiyəyə gəzməyə getmək, hədiyyələr almaq üçün ibadət etdiklərini görmürdülər? Görürdülər. Yaxşı görürdülər. Bununla belə, o adamlara qiymət yazırdılar. Kursdan-kursa keçirirdilər. İş tapırdılar. Sual verən, yaltaqlanmayan, mübahisə edən tələbələrə isə maneələr yaradırdılar. Buna görə də səmimi, çalışqan, azadlıqsevən tələbələri itirirdilər. Bütün bunlar gözümün qarşısında baş verib.
Bu gün əgər həmin azadlıqsevən və özünü təsdiq etmiş gənclər türk liseylərinə, türk universitetinə qənim kəsilibsə, bunun günahı zamanında qeyri-səmimiliyə şərait yaradan türk hocalarındadı. İtirdiyiniz adamların indi buyurun, qarşısında dayanın görüm, necə dayanırsınız? İndi o qiymət yazdığınız, iş tapdı-ğınız qeyri-səmimilərdən xahiş edinəsizin liseyləri, universiteti hücumlardan qorusun görüm necə qoruyurlar. Düzdü, liseyləri, universiteti bitirib dövlət orqanlarında çalışan xeyli adamlar var, amma bunun özü belə türk liseylərini, universiteti hücumlardan qoruya bilmir. Çünki zamanında incitdikləri adamların əlində qələm var və qələmlə davaya girən ideyanın, hakimiyyətin, dinin, təriqətin yaxşı reputasiyasının olması çətin məsələdi.

Bu gün bizim fəxr etdiyimiz şəxsiyyətlərin bir çoxu zamanında yeniliyə açıq olmuş, köhnəliyə dava açmış adamlardı. Bu haqda "Biz hardan gəlirik və hara getməliyik?", "Biz klassiklərimizi niyə oxumalıyıq?" adlı yazılar yazmışam. Həvəsi olanlar tapıb oxuya bilərlər. Təzədən dastan açmağa həvsim yoxdu. Ümumiyyətlə, bu dəqiqəəheç nəyə həvəsim yoxdu. Cəfər Cabbarlı, Çəmənzəminli, Mirzə Cəlil, Haqverdiyev istedadlı, savadlı, ağıllı insanlar idilər. Bəs, bu adamlar niyə dinlə yola getmirdilər? Axı heç kim durduğu yerdə həyatını təhlükəyə atıb, çətinliklərə və mərhumiyyətlərə dözüb, din adamlarına dava açmazdı. Deməli, ortada ciddi səbəb vardı. Səbəb isə ondan ibarət idi ki, adamlar şeyxin atın öpürdülər.
Mirzə Cəlil yazırdı ki, Qəzvində bir seyid iki yüz qadını siğə edib. Bir qadın imtina edib. Həmin qadına deyiblər ki, seyidin cəddi sənin ciyərini qurudacaq. Qadın qorxub və siğəyə icazə verib.
Abdulla Şaiqin Xorasan səfərini oxuyanlar o dövrdə vəziyyətin necə olduğunu anlayarlar.
Mollalar uşaqların məktəbə gətməsinə mane olurdular. Adamları elmə, təhsilə, yeniliyə səsləmək əvəzinə xalqı daha da cəhalət bataqlığına tərəf çəkirdilər. Belə bir vəziyyətdə bizim klassiklərimizin din xa-dimlərinə, dinə qarşı dava açmalarını anlamaq mümkündü. Bəzən yoldan öz məqsədləri üçün istifadə edən adamların ikiüzlülüyü və saxtakarlığı o dərəcəyə çatır ki, bunun özü sağlam adamlarda yolun və mənbənin müqəddəsliyinə qarşı şübhələr yaradır. Saxtakarlıq və ikiüzlülük o dərəcəyə çatır ki, bu saxtakarlıq bir çox səmimi adamları hörmət etdikləri yoldan uzaqlaşmağa, hətta bəzi hallarda bir vaxtlar hörmət etdikləriəyola düşmən kəsilməyə məcbur edir.
Bu gün klassiklərimizin əsərlərini oxuduqda orda gördüyümüz saxtakarları bu an başımızı qaldırıb ətrafı-mıza nəzər salsaq, ətrafımızda da görə bilərik. Ќədi, indi biz işçisini istismar edib həcc ziyarətinə gedənlər, işçisini il boyu təhqir edib ildə bir dəfə Qurban bayramında onlara bir kilo ət verərək cənnəti satın al-maq istəyənlər, min hoqqadan çıxıb mağazada halal sosiska axtaranlar haqqında yazmayaq? Axı, yaz-masaq bunun özü saxtakarlıq olar? Niyə bu adamları özünüz ifşa etmirsiniz? Siz yolun müqəddəsliyinə kölgə salan adamları özünüz ifşa etməlisiniz. Siz onları ifşa etmək əvəzinə yasda, toyda yuxarı başa keçi-rirsiniz. Onları tanıdığınız, hansı əməllərdən çıxdıqlarını bildiyiniz halda onlara hörmət göstərirsiniz. Göy-dəki Allahdan daha çox yerdəki balaca allahlardan qorxursunuz. Ona görə də, beş-altı kitab oxuyan adam sıralarınızı tərk edir. Çünki onlar görməyə və sual verməyə başlayırlar. Əgər bizim müsəlmanların sözləri ilə əməlləri çox yox, onca faiz üst-üstə düşsə, mənzərə və vəziyyət tamam dəyişər. Niyə qazandıqlarını paylaşa bilmirlər? Bütün günü axirət dünyasından danışan insanlar bir yetim üçün iki manatından keçmir. Hara yığırsınız bu var-dövləti? Bu dünyadan iki metr kəfən aparcayıq. O da hər adama qismət olmayacaq.
Niyə təhsilə, elmə, kitaba pul xərcləmirlər? Niyə tələbələrə təqaüd vermirlər? Pulları azdı? Az deyil. Bəs, Məhəmməd peyğəmbərin elmə yüksək qiymət verməsindən həvəslə danışan bu adamlar niyə peyğəmbərin sözlərinə əməl etmirlər? Nədi bu parıltı, bu yersiz təmtəraq, tank boyda maşınlar, bu villalar, bu israfçılıq? Bəyəm bilmirsiniz varlının cənnətə düşməsi dəvənin iynənin gözündən keçməsindən daha çətindi? Xüsusən, bizim kimi ölkələrdə varlanmış adamların.
O ölkələrdə ki, insanların öz istedad və bacarığını göstərməsi üçün çoxlu maneəler mövcuddur. Amma siyasi gücü qəbul etmiş adamlar üçün bu manelər mövcud deyil. Ölkədə bir nəfər də rəsmi milyonçu yoxdu. Bir adam ayağa qalxıb deyə bilməz ki, mən milyonçuyam və milyonumu da filan-filan işləri görübəqazanmışam. Desə, tutub milyonunu əlindən alarlar, qalar düzün ortasında. Ölkədə milyonu olan xeyli adam var, amma heç kim özünü milyonçu elan edə bilməz. Çünki bu milyonu hakim siyasi gücə bo-yun əyməklə qazanıbdır. Başqa cür mümkün deyil. Təkcə bu faktın özü ölkədə vəziyyətin necə olduğunu gözəl göstərməkdədi.
Bizim klassiklərimizin dini və din adamlarını tənqid etmələrini təbii qəbul etmək lazımdı. Dövr və vəziyyət özü bunu tələb edirdi. Onlar çox fədakar, prinsipial insanlar idilər və qarşılarında dayanan hər bir maneəyə qarşı amansız dava açmışdılar. Kim onlara kömək edibsə, həmin adamı böyük minnətdarlıqla xatırlayıblar.
Bilənlər bilir, bilməyənlər üçün deyim ki, "Molla Nəsrəddin" jurnalının ərsəyə gəlməsində Məşədi Ələsgər adlı bir nəfər mübarək şəxsin müstəsna rolu olub. Bizim tariximzdə müstəsna rol oynayan, bizi ibti-dai qəbilələrdən uzaqlaşdırıb sivil xalqlara yaxınlaşdıran "Molla Nəsrəddin" jurnalının nəşr olunması yo-lundaəMəşədi Ələsgərin verdiyi yeddi min manat borc pul öz tarixi missiyasını göstərdi.
Diqqətlə oxuyun, Ömər Faiq Məhəmmədağa Şahtaxtlı "Şərqi-rus" qəzetində çalışırdı. Mollaların əleyhinə yazdığı yazılara görə tez-tez aralarında konfliktlər yaranırdı. Lakin onların işi bir-birindən keçdiyinə görə tərəflər dözməyə məcbur idilər. Lakin Şahtaxtlı borclandığına görə mətbəəsini satmaq qərarına gəlir. Fürsətdən istifadə edən Ömər Faiq mətbəə başqalarının əlinə keçməsin deyə, alverçi dostu Mə-şədi Ələsgər Bağırovdan 7 min manat pul alaraq Mirzə Cəlilə verir, sonuncu isə mətbəəni satın alır, adını "Qeyrət" qoyurlar.
Ќaxçıvanlı tacir Məşədi Ələsgər 1868-ci ildə doğulub, 1904-cü ildə Tiflisə köçüb. Varonsov küçəsindəki dükanında şirniyyat, kitab, dəftər, yazı ləvazimatları satıb. Onun dükanı həmçinin bir növ bizim klassiklərimizin yığışdığı klub funksiyasını həyata keçirib. Ömər Faiq, Ə.Haqverdiyev, Q.Şərifzadə, E.Sultanov, H.-Cavid, Ə.Qəmküsar yollarını buradan tez-tez salırmışlar.
Mirzə Cəlil Məşədi Ələsgər haqqında yazırdı: "Məşədi yoldaşımı hədsiz təşəkkürlə yad edirəm... O qədər ki, maarifə və maarif yolunda xərc qoymağa həvəsi vardı, az bir qeyri-məşədidə də bir belə həvəs ola bilər... "Qeyrət" mətbəəsinin möhkəmlənməyi yolunda və pansionumuzun davamı yolunda da onun xeyli xərci çıxdı və bunlar hamısı onun üçün nəticədə zərərdən başqa bir özgə şey olmadı".
Mirzə Cəlil xeyriyyəçi insana sadəcə jurnalın hər nüsxəsindən göndərməklə borcunu ödədi. Sözsüz ki, Ömər Faiq və Mirzə Cəlil sahib olduqları intellektlə mühüm işlər həyata keçirəcəkdilər. Lakin Məşədi Ələsgərin yeddi min manatı olmasaydı, "Molla Nəsrəddin" olacaqdımı? Bu suala cavab tapmaq çətindi. Zamanında maarifpərvər bir insanın verdiyi yeddi min manat pul bütöv bir xalqın gələcək taleyini dəyişdi.
"Tak çto", - mənim dindar qardaşlarım, Azərbaycan klassikləri ilə fəxr etmək hər birimizin mənəvi haqqıdı. Əgər bir balaca detallara varsaq görərik ki, hətta bizim klassiklərimiz müəyyən mənada dinə xid-mət ediblər. Bu qədər yazılandan, bu qədər ifşa olunduqdan sonra bizim din xadimlərimiz özlərini belə aparırlarsa, görün indi yazılmasaydı, onlar adamların başına nə oyunlar açardılar.
Yaxınlarda Belinskinin Qoqola yazdığı dəhşətli məktubu bir daha təkrar-təkrar oxudum. Düz dörd dəfə dalbadal. Təbii, başım xarab olmamışdı, səbəbi vardı. Allah hər bir yazı adamını belə dəhşətli məktub-dan qorusun. Hər mənada. Ən əsas da o mənada ki, kiminsə kiməsə belə məktub yazmasına heç yerli-dibli ehtiyacəyaranmasın. Arif və aqil insanları Belinskinin Qoqola yazdığı məktubu təkrar-təkrar oxumağa səsləyirəm. Siz o məktubu oxuduqdan sonra bizim klassiklərin din xadimlərin, dini kəskin tənqid etmələrinə cavab tapacaqsınız. Hələlik isə Belinskinin Qoqola yazdığı məktubdan üç abzası tirajlamağı özümə borc hesab edirəm. Buyurun, oxuyun: "...özünün möhtəşəm, bədii, dərin həqiqətlə dolu əsərləri ilə Rusiyanın özünüdərkinə səbəb olaraq, bu ölkəni güzgüdə özünə baxmağa məcbur edən böyük yazıçı barbar mülkədarları İsa və kilsə adına öz kəndlilərini daha çox çapıb-talamağı öyrədən bir kitabla peyda olur. Bumu məni heyrətə gətirməməliydi? Siz mənim həyıtıma qəsdə cəhd etsəydiniz belə, mən sizə indi bu biabırçı sətirlərinizə görə elədiyim qədər nifrət eləməzdim. Bütün bunlardan sonra siz istəyirsiz ki, kitabınızın səmimiyyətinə inansınlar? Yox, Siz doğrudan da, Şeytanın deyil, İsanın həqiqətlərinə inansaydınız, o mülkədara elə yazmazdınız. Ona yazardınız ki, tabeliyindəki kəndliləri İsa ona qardaş buyurub, qardaş isə qardaşın qulu ola bilməz, o, bu kəndlilərə azadlıq verməlidi, ən pis halda ancaq onların xidmətlərindən istifadə etməklə kifayətlənməlidi. Və bunu mümkün qədər onları istismar etmədən, insafla eləməlidi...
İsa insanlara azadlıq, bərabərlik, qardaşlıq təlimi keçdi və bu təlimi öz əzabları ilə möhürlədi, öz təliminin həqiqiliyini bununla təsdiqlədi. Və bu günə - kilsə təşkil olunub hoqqalarını başlatmayana qədər insan-ların xilası da onda idi. Kilsə isə ierarxiya yaratdı, qeyri-bərabərliyin tərəfdarı, hakimiyyətin yaltağı, in-sanlar arasındakı qardaşlığın düşməni oldu və bu günə qədər də belədir. Amma İsa təliminin mənası ötən əsrin fəlsəfi cərəyanları sayəsində açılıb. Məhz buna görə də, Avropada öz kinayəsi ilə fanatizm və cəhalət tonqallarını söndürən hansısa Volter İsanın oğlu adına sizin istər şərqli, istərsə də qərbli rahib-lərdən, arxiereylərdən, mitropolitlər və patriarxlardan daha çox layiqdir. Doğrudanmı siz bunu bilmirsiniz?
...Sadəlövh möminliyin vaxtı çoxdan keçib, hətta bizim cəmiyyətdə belə. Bu insanlar artıq başa düşürlər ki, harda dua eləməyin heç bir fərqi yoxdur. Başa düşürlər ki, Yerusəlimdə İsanı axtaranların ya ürəklə-rində heç vaxt İsa olmayıb, ya da onlar İsanı çoxdan itiriblər. Başqasının əzabını görəndə iztirab çəkmə-yə qadir olan, əzabkeşlərə baxanda dünya başına dar olan adamlardı ürəklərində İsanı gəzdirənlər və onlara Yerusəlim-zad lazım deyil".
Məsələ aydındı. Bir az gec başa düşənlər üçün vacib bir açıqlama verək. Cəhalət tonqallarını söndürən Volter İsanın oğlu adına rahiblərdən daha çox layiq olduğu kimi, cəhalət tonqallarını söndürən Cəfər Cabbarlı, Mirzə Cəlil, Çəmənzəminli, Haqverdiyev, Ömər Faiq Nemanzadə Allahın adından istifadə edərək adamları soyan, insanlara zülm edən, insanları istismar edən, pis əməllərini həyata keçirmək üçün Allahın adından istifadə edən din xadimlərindən daha çox Allah adamı idilər...


Digər xəbərlər
SON XƏBƏRLƏR