Ukrayna: inqilabla vətəndaş müharibəsi arasında

img

01-02-2014 [16:21]


Avropa Birliyi ilə Assosiasiya Razılaşması layihəsi üzərində aparılan işi dayandırmaq qərarına qarşı başla-dılan etiraz aksiyasını nəzərə almayan Yanukoviç iqtidarı yanvarın 16-da Ukraynanın bir sıra qanunlarına düzəlişlər etməklə, insan hüquq və azadlıqlarını məhdudlaşdırdı. Bununla da, Ukrayna hökuməti tutduğu mövqedən geri çəkilmək niyyətində olmadığını bir daha göstərdi.

Ötən ilin noyabr ayından başlayan dinc aksiyalara yüzminlərlə insanın qoşulması və zaman-zaman eti-razçılara qarşı hökumət tərəfindən zorakılıqların törədilməsində məqsəd dinc etiraz aksiyasını radikal-laşdırmaq idi. Yanvarın 16-da insan hüquq və azadlıqlarını məhdudlaşdırmağa yönəlmiş qanunların par-lamentdə reqlament nəzərə alınmadan qəbulu da bu məqsədə xidmət edirdi. Bu isə aksiya iştirakçıları-nın səbrini daşıran son damla oldu. Məhz bundan sonra aksiyalar qarşıdurma həddinə çatdı. Artıq ilk qan da tökülüb və ən azı iki nəfər öldürülüb. Bu "ssenari"nin arxasında isə Kremlin siyasi texnoloqlarının dayanması şübhəsizdir.
Ukraynadakı prosesin qanlı qarşıdurmaya doğru inkişafı Qərb dünyasını ayağa qaldırıb. Qərb paytaxtlarından səslənən qəzəbli bəyanatlar, Vaşinqtonun ilk sanksiyaları Yanukoviç hökumətini müəyyən qədər qorxudub və hökumət tərəfdarlarının hələlik zorakılıqdan çəkinməsi də bununla bağlıdır.
Qərblə yaxınlaşmadan imtina etdikdən sonra sürətlə Rusiyaya doğru qaçan rəsmi Kiyev indi iki od ara-sında qalıb. Yanukoviç hökumətinə istədiyi 15 milyard dolların 3 milyardını dekabr ayında rəsmi Kiyevin istifadəsinə verən, daha 2 milyard dollarını qarşıdakı həftə ərzində verməyi planlaşdıran Kreml, Yanukoviçdən hakimiyyətini möhkəmləndirməyi tələb edir. Moskvada yaxşı anlayırlar ki, indi Rusiyanın bütün planlarının taleyi Kiyevdə həll olunur. Yanukoviçin hakimiyyəti itirməsi isə Rusiya üçün fəlakət demək-dir.
Uzun müddət Avroatlantik stukturlara inteqrasiya tərəfdarı kimi görünməklə ölkə əhalisi və müxalifətinin özünə qarşı dözümlü davranmasına nail olan Yanukoviç hakimiyyəti, hətta qatı əleyhdarlarının da güzəştli mövqe tutmasına nail olmuşdu. Ötən ilin payızında "Udar" Partiyasının lideri Vitali Kliçko Yanu-koviçin Avroatlantik strukturlara inteqrasiya siyasətini davam etdirəcəyi halda, qarşıdakı iki il ərzində müxalifətin dövlət başçısına qarşı çıxış etməyəcəyini də bildirmişdi.
Həbsdə olan sabiq Baş nazir Yuliya Timaşenko isə qeyd edirdi ki, Yanukoviç Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalayarsa, o, həbsxanada qalmağa da razıdır. Timaşenko, hətta onun azadlığını şərt kimi irəli sürənləri güzəştə getməyə də çağırmışdı.
Qısaca olaraq, Yanukoviç, Avroatlantik strukturlara inteqrasiyanın tərəfdarı olduğunu uzun müddət us-talıqla göstərməyi bacarmışdı. O, bununla həm Qərbin, həm də Qərbyönmülü ölkə müxalifətinin gü-zəştli mövqe tutması hesabına güclü hakimiyyətə sahib şəxs kimi görünürdü. Lakin Avroatlantik struk-turlara inteqrasiyadan imtina edib Rusiya ilə yaxınlaşma yolu tutduqdan sonra keçmiş müttəfiqlərini itirdi və onların simasında güclü əleyhdar qazandı. Buna görə də indi onun hakimiyyətdə nə qədər qalması Rusiyanın dəstəyinə və dövlət aparatının onu nə zamana qədər qoruya biləcəyinə bağlıdır. Bu isə ölkəni vətəndaş müharibəsinə sürükləyə bilər.

Vətəndaş müharibəsi təhlükəsi

Etiraz aksiyalarının başlandığı ilk günlərdə böyük əksəriyyət vətəndaş müharibəsi ehtimalını qətiyyətlə rədd edir və Qərbin Avropanın ortasında buna yol verməyəcəyini düşünürdü. Ancaq, artıq heç kimdə əvvəlki nikbinlik qalmayıb. Hadisələr qızışdıqca Ukraynanın əslində, iki fərqli cəmiyyətdən ibarət olduğu daha aydın görünür. Ölkənin Qərb və Mərkəzi hissəsi hakimiyyətin zorakılığını pislədiyi halda, Cənub və Şərqdə önəmli bir hissə bu zorakılıqları dəstəkləyir. Digər tərəfdən, hakimiyyətdə də hələlik "qırğılar"ın əsas söz sahibi olduğu hiss edilir. Ukrayna parlamentindəki çoxluğun antidemokratik qadağaları qısa zamanda qəbul etməsi, dövlət başçısının bu antidemokratik qanunları dərhal imzalaması və ən nəhayət, Prezident Administasiyasının rəhbəri Segey Levoçkinin istefası da bu fikirləri təsdiqləyir.
Ukrayna mətbuatının məlumatına görə, Levoçkin məhz dövlət başçısı antidemokratik qanunları imzala-dıqdan sonra istefa verib və bu hadisə iqtidardakı "qırğılar"ın təşəbbüsü ələ alması kimi dəyərləndirilir.
Müxalifətlə danışıqlar aparmaq üçün yaradılan komissiyanın "qırğılar"ın təmsilçilərindən ibarət olması və dövlət başçısının müxalifətin üç lideri ilə aparılan danşıqlarda iqtidarın güzəştə getməməsi, eləcə də Andrey Klyuyevin Prezident Administarsiyasının rəhbəri təyin edilməsi də göstərir ki, Yanukoviç iqtidarı tutduğu yoldan çəkilmək nəyyətində deyil.
Müxalifətin də geri çəkilmək niyyətində olmaması, dövlət sturukturlarına paralel idarəetmə orqanları yaratmağa başlaması və yerli hakimiyyət orqanlarını tutmaq qərarı verməsi Ukraynada vətəndaş müha-ribəsi ehtimalını daha da artırır. Ukraynada baş verənlərin təhlili belə qənaətə gəlməyə əsas verir ki, Qərb fəal şəkildə müdaxilə etməsə, bu ölkədə vətəndaş müharibəsi qaçılmaz olacaqdır.

Qərb qəti qərarlar verməyi planlaşdırır

Ukraynada dinc etirazçılara qarşı zorakılıqları pisləyən Qərb dövlətləri bununla Yanukoviç iqtidarını dayandırmağın mümkünsüzlüyünə əmin olduqdan sonra sözdən işə keçib. Son bir neçə gündə ABŞ-ın vit-se-prezidenti Co Bayden, Almaniyanın kansleri Angela Merkel, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, Avropa Komissiyasının prezidenti Joze Manuel Barroza Yanukoviçə zəng edərək onu zorakılıqları dayandırmağa və müxalifətlə anlaşmağa çağırıblar. Bu telefon danışıqları zamanı Yanukoviçə ciddi xə-bərdarlıqların olduğu da ehtimal edilir.
Bundan başqa, Avropa Birliyinin yüksək çinli məmurları Ukraynaya ard-arda səfərlər planlaşdırırlar. Bu-nunla yanaşı, Qərb özünün ən təsirli "silahı"na - sanksiyalara da əl atmağa başlayıb. Artıq Vaşinqton bəzi Ukrayna rəsmilərinin ABŞ-a vizalarını ləğv edib.
Ukrayna mediasının məlumatına görə, artıq hakim Regionlar Partiyasının bəzi deputatlarının ABŞ-a səfər etməsinə yasaq qoyulub. Tezliklə hökumət rəsmilərinin də arzuolunmazlar siyahısına düşəcəyi istis-na edilmir. Kiyevdə isə anlayırlar ki, bu, başlanğıcdır, tezliklə Avropa Birliyi də oxşar addımlar atacaq.
Zorakılıqlar artarsa, Ukrayna rəsmilərinin Qərbdəki biznesi, bank hesabları və mülkiyyətləri də təhlükə altına düşəcək. Rəsmi Kiyevi ən çox qorxudan amillərdən biri də Yanukoviçi dəstəkləyən oliqarxların Qərbin qəzəbinə tuş gəlmək ehtimalının yüksək olmasıdır. Artıq belə məlumatlar yayılır ki, Yanukoviçi dəstəkləyən oliqarxların Qərbdəki biznes, bank hesabları və mülkiyyətləri ilə bağlı araşdırma aparılır. Əgər Qərb həmin oliqarxlara qarşı sanksiyalara əl atsa, onların Yanukoviçdən üz çevirəcəkləri birmənalı-dır. Belə olduqda, Yanukoviçi hakimiyyətdə Rusiyanın milyardları da saxlaya bilməyəcək.
Parlamentdəki çoxluğun da dövlət başçısından daha çox bu oliqarxlara bağlı olduğunu nəzərə aldıqda, Yanukoviç iqtidarının taleyinin kənar faktorlardan asılılığı məlum olur. İndi bütün proseslər Qərbin qətiy-yətli və kəsərli addımlarından asılıdır. Çünki Suriya məsələsində olduğu kimi, Ukrayna məsələsində də qətiyyətsiz mövqe bu ölkəni də vətəndaş müharibəsinə sürükləyə bilər. Heç şübhəsiz ki, Qərbdə də bunun fərqindədirlər. Qərbin həssas davranması və sözdən işə keçməsi də bunu təsdiqləyir.

Rusiya vətəndaş müharibəsində maraqlıdır

Ukraynada baş verənləri Qərblə yanaşı Rusiya da həssaslıqla izləyir. Kremldə gözəl anlayırlar ki, Putinin siyasi planlarının taleyi Ukraynada baş verən hadisələrin nəticəsindən asılıdır. Rusiyanın siyasi dairələri-nin fikrincə, Ukraynanın Moskvanın təsir dairəsindən çıxması domino effekti verəcək və Putinin qur-maq istədiyi bütün ittifaqlar fiaskoya uğrayacaq. Bundan başqa, Ukraynada faktiki olaraq başlayan inqi-labın qələbə ilə nəticələnməsi Rusiyada da etiraz hərəkatının yüksəlməsinə səbəb ola bilər. Bu isə Putin hakimiyyətinin sonu deməkdir. Buna görə də Ukraynada başlayan inqilabi prosesdən qalib çıxa bilmə-yəcəyini anlayan Rusiyanın, bu ölkədə vətəndaş müharibəsinin baş verməsində maraqlı olması müm-kündür.
Ukraynada vətəndaş müharibəsi baş verərsə, bu, Rusiyaya regiona müdaxilə etmək imkanı yaratmaqla, postsovet məkanında demokratik prosesləri də zəiflədərdi.
Ukraynada vətəndaş müharibəsinin ilk elementləri olan "tituşki"lərin, hakim dairlərin əmri ilə hərəkət edən qeyri-rəsmi silahlıların arxasındada Rusiyaya bağlı oliqarxların və məmurların dayanmasına şübhə yoxdur. Ukrayna müxalifəti və mediası iddia edir ki, muzdla hərəkət edən "tituşki"ləri Putinin Ukraynadakı bir nömrəli adamı hesab olunan oliqarx Viktor Medvedçuk idarə edir. Bunu Krım Muxtar Respublikasının deputatı Refat Çubarovun bəyanatı da təsdiqləyir. Krımlı deputat bəyan edib ki, Kiyevdə baş ve-rən təxribatların arxasında məhz Medvedçuk dayanır. Ukrayna müxalifəti isə bəyan edir ki, bu işdə Medvedçuka Rusiyanın xüsusi xidmət orqanları dəstək verirlər.
Göründüyü kimi, Ukraynada başlayan inqilabi prosesin inqilabla, yoxsa vətəndaş müharibəsi ilə nəticələnəcəyi kənar güclərdən asılıdır. Suriyada olduğu kimi, Ukraynada da Qərblə Rusiya arasında amansız nüfuz savaşı gedir. Prezident Yanukoviç son çıxışlarından birində bəyan edib ki, Ukraynada baş verənlər Qərblə Şərq arasında gedən təsir dairəsi uğrunda savaşın nəticəsidir. Bu bəyanat Qərbin postsovet məkanı uğrunda qəti hərəkətə keçməsi haqqında ötən yazılarımızda qeyd etdiyimiz fikirləri də təsdiqləyir.
Ukraynadan sonra isə növbə Cənubi Qafqaz respublikalarına çatacaq. Qərb, Ukrayna kimi, Cənubi Qafqazı da öz nüfuz dairəsində, Rusiya isə öz təsiri altında görmək istəyəcək. Bu da Cənubi Qafqazda da ye-ni siyasi vəziyyətin yaranmasına səbəb olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR