28-01-2014 [16:58]
Telekanal hesabatlarında "Hizbullah” izi…
Əslində özü və hissədarı olduğu telekanalı haqqında yazılası çox məqam var. Lakin adminstrativ üsullardan və qeyri-bərabər döyüş sistemindən istifadə edən əlahəzrət və telekanal buna imkan vermir. Akademik Cəlal Əliyevin xüsusi adla "təltif” etdiyi əlahəzrət MİR illərdən bəri İranın təbliğatını yaymaqda davam edir. Doğrudur, İran telekanalları əvvəlki kimi Azərbaycanda yayımlana bilmir, lakin buna ehtiyac da yoxdur. Şəhid qardaşın qanı üzərindən oynanan oyunlarla qurulan media imperatorluğu İranın "Səhər”indən daha məharətlə eyni vəzifəni görməkdədir.
İranda dublyaj olunan filmlər vasitəsi ilə, Azərbaycan oxucusunu zəhərləyən, AncAq NədənSə, heç kimin toxunmadığı telekanal günü-gündən fars rejiminin dəyirmanına su tökür. Bir müddət öncəsinə qədər iqtidar əleyhinə işlətdiyi sərt ifadələrə görə, Azərbaycana gəlməyə qorxan, lakin xahiş-minnətlə bağışlanan E.M.-nı məsləhətçi tutan telekanal onun "dəyərli” məsləhətləri ilə, Anti-Sünni kampaniyası aparmaqdadır. Bəlkə insanlar o qədər fərqində deyil, lakin telekanalın ümumi siyasətini izlədikdə, çıxan sonuc budur. Telekanal bağlanıb-açıldıqdan sonra ciddi şəkildə İranın təsirinə düşüb və yönləndirilir. Onun vasitəsi ilə də əhli-sünnə hədəf seçilir. Baxmayaraq ki, özü haqqında ciddi ittihamlar səslənir. Məsələn, erməni ailənin uşağı sonsuz ailə tərəfindən himayəyə götürülüb və Yardımlı dağlarının səfalı dağlarında böyüdülsə də, erməniliyin xislətindən çıxmadığı deyilir. Lakin biz buna toxunmuruq. Heç inanmaq istəmirik də ki, hər həftə millətə yalan-yanlış da olsa dərs keçən birisinin damarlarından erməni qanı axır. Məsələ odur ki, İran Azərbaycana nəzarətində olan onlarla məscid, internet saytları və başqa resurslarla edə bilmədiyini bu telekanal vasitəsi ilə həyata keçirir. Müxtəlif dublyaj filmləri ilə öz ideologiyasını Həzrət Hüseyin tərəfdarlarının fikri kimi təbliğ edən molla rejimi bu kanalın efirindən məşhur etdiyi "dini avtoritetlər” vasitəsi ilə də cəmiyyəti yönləndirir.
Kanal rəhbərliyi ya bunları görməyəcək qədər savadsızdır (ki, bunu iddia etmək belə yersizdir), ya da məqsədli şəkildə bunu etməkdədir. Hələ 2008-cu ildə İsrailin önündə İranın təlimatı ilə Qüds günü keçirənlərə qatılan və onlara efirində ciddi dəstək verən kanalın prezidenti o zaman öz mövqeyini ortaya qoymuşdu. Dövlətin ifşa etdiyi "Azərbaycanda Hizbullah fəaliyyətləri”nə göz yuman, İranın Azərbaycandakı "mina”larını görməzdən gələn telekanal hər nədənsə dövlətinə qarşı çıxmağı ağlına belə gətirməyən dindarları hədəf göstərir. Sələfilər ilə bağlı Azərbaycan mətbuatının az bildiyi həqiqətlərdən biri budur ki, bu əqidə sahibləri İslam dünyasında ən müti şəxsləri sayılır. Belə ki, bir sələf aliminin dediyi kimi, "dövlət bel sütunuzu belə sındırsa, ona qarşı çıxmaq, Quranın "əmr sahiblərinə tabe olun” əmrinə qarşı çıxmaqdır”. Yəni, şiəliyin və xəvaricliyin kökündə üsyan yatırsa, sələfilik itaət ilə qurulmuşdur. Mərhum Heydər Əliyevin İranın Azərbaycana dini üstünlüyünə qarşı ölkədə sünni əqidəsinin gücləndirilməsinə izn verməsinin, və bu səbəbdən də sələfiliyin ön plana çıxmasındakı səbəb də onların zərərsiz olmaları idi. Heç şübhəsiz ki, sələfilərin dövlət üçün təhlükə təşkil edilmədiklərini keçdiyimiz zaman kəsimi də ortaya qoydu. Belə ki, məscidləri partladıldığı və zərərçəkən olduqları halda dövlətin sərt üzü ilə üzləşib, məscidləri bağlandı.
Daha sonra hicabla bağlı ciddi problem yaşandı. Lakin şiələrdən fərqli olaraq, sələfilər dini problemlərlə bağlı səslərini çıxarmayaraq, susmağa üstünlük verdilər. Bu səbəbdən də radikal şiələrlə yanaşı xəvaric və təkfirçilərin başlıca hədəfinə çevrildilər. Bu gün istər Meşə qardaşları, istərsə də, Doku Ömarovun başçılıq etdiyi Qafqaz Əmirliyi sələfiləri, xüsusilə Mədinə tələbələrini Tağuta itaət etməkdə suçlayır və onlara lənət oxuyurlar. Belə olan təqdirdə, xəvariclərlə sələfiləri eyni tərəzinin gözünə qoymaq mərdi qova-qova namərd etməyə bənzəyir. Bu isə hansı dövlətin maraqlarına xidmət edir? Azərbaycanın yoxsa Bakı kəndlərini öz plasdarmı hesab edən İranın? Suriyadan Nardarana, Maştağaya, Lənkərana və nə qədər qəribədə olsa Qubanın şiə kəndlərinə gizli şəkildə gətirilən tabutları görməyən Telekanal nədənsə, Suriyda öldürülənlərin sələfi olduğuna şəhadət gətirir.
Baxmayaraq ki, sələfilər Suriya məsələsi gündəmə gəldikdən bəri orada cihad olmadığın bildirirlər. Belə olan təqdirdə, sualı dəyişmək lazım olur: Sələfiləri qaralamaq, zorla terrorçu elan etmək hansı dövlətin maraqlarına xidmət edir? Vətənə xəyanət sadəcə silahlamı olur? Qələm bəzən silahdan daha betər xəyanət aləti olmurmu? İran bu səbəbdənmi həmin telekanalın rəhbərliyinin biznesinə dəstək olur? Yoxsa Rza Zərrabın Türkiyədə İran üçün oynadığı rolu burada da onlar oynayır və bu kimi HESABATlar da xidmətə layiq görülmənin təşəkkürüdür?..
İstənilən halda isə gerçək təhlükə telekanal və məzhəb təəssübkeşliyi dövlətə sədaqətin önünə keçmiş məmurların yardımı ilə genişlənməkdə davam edir. Vaxtilə, bir kəndə sıxışdırılmış "Hizbullah” təfəkkürü bir çox hallarda dövlətin bəlli qurumlarının dəstəyi ilə daha da inkişaf edir. İnsanların geyim tərzi ilə mübarizə adı altında imitasiya edənlər ölkə gənclərini Həsən Nasrallahların əsgərlərinə – 5-ci komandasına çevirirlər…
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"