"Araz Naxçıvan" 10 futbolçunu sinağa çəkir

img

26-01-2014 [23:55]


 Birinci divizionun ikinci dövrəsinə hazırlıqları ölkə daxilində keçirən "Araz Naxçıvan"ın düşərgəsində 10 futbolçu baxışdadı.

Mia.az Korner.az-a istinadən xəbər verir ki,  Naxçıvan təmsilçisi 7 yerli, 3 əcnəbi futbolçunu sınayır. Belə ki, hazırda Ələkbər Vəliyev ("Lokomotiv"), İrfan Useynov (Bolqarıstan), Tərlan Xəlilov ("Şuşa"), Azər Məmmədov ("Turan-T"), Roman Vorobey (Ukrayna) Arif Vəliyev ("Lokomotiv"), Can Orxan ("Araz Naxçıvan" U20), Əziz Hüseynov ("Karvan), Tural Hümbətov ("Zenit"), Ruslan Zubkov (Ukrayna) komanda ilə birgə "Neftçibaza"da hazırlıq prosesi keçir.

Məlumata görə, ukraynalı futbolçular Roman Vorobey və Ruslan Zubkovla, həmçinin bolqarıstanlı hücumçu İrfan Useynovla ilkin razılıq əldə edilib. Bu futbolçularla yaxın günlərdə rəsmi müqavilə imzalanacağı bildirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR