20-01-2014 [16:16]
Məmurlara məsləhət görürəm ki, Azərbaycan xalqının real vəziyyəti ilə tanış olmaq istəyirlərsə, həyata bahalı maşınların rəngli şüşələrinin arxasından baxmasınlar. Hakimiyyət sözçülərinin iddia etdiklərinin əksinə olaraq, Azərbaycan xalqının yaxşı yaşamadığını görmək üçün arabir ətrafa boylanmaq da kifayətdir...
Dünən Xırdalan qəsəbəsində əməkdaşımız Elşad Ümidin dəfn mərasimində iştirak edirdik. Jurnalist olduğumuzu biləndə, insanlar bizə yaxınlaşıb, gün-güzərandan, dolanışıqdan şikayət edirdilər. Ömrünün səkkizinci onilliyini xırdalayan bir ağsaqqal belə dedi: "Bakının mərkəzində evim vardı. İki il əvvəl Hacıbala Abutalıbov zor gücünə evimi sökdürdü. Verilən kompensasiya ancaq Xırdalanda ev almağa çatdı. 2011-ci ildən Xırdalan şəhərində yaşayırıq. İki ildən çoxdur ki, qaz üzünə həsrətik. Deyirlər ki, FHN binanı təhvil götürmədiyi üçün sizi mavi yanacaqla təmin edə bilmərik. Evi elektrik sobası ilə qızdırmağa çalışırıq. İki körpə nəvəm var. İşıq sönəndə uşaq da, böyük də soyuqdan donur. Getmədiyimiz idarə, döymədiyimiz qapı qalmayıb. Belə çıxır ki, 12-ci mərtəbədə ocaq qalamalıyıq..."
Bu problemlə təkcə Xırdalanda deyil, Bakının mərkəzində də tez-tez qarşılaşırıq. Adam tanıyıram ki, 5 il əvvəl ailəlikcə yeni binaya köçsə də, bu günə kimi mavi yanacaqdan istifadə edə bilmir. Hazırda Bakıdakı "göydələn"lərin əksəriyyəti qazla təmin olunmur. Kəmaləddin Heydərovun "bığının altından keçmə-yən" iş adamlarının tikdikləri binalara mavi yanacaq verilmir.
Nə qədər acınacaqlı olsa da, mənzərə belədir: regionun lider dövlətində körpələr soyuqdan dönür. Hal-buki YAP-çı deputat Mübariz Qurbanlı teleçıxışlarında Azərbaycan xalqının yaxşı yaşadığını əsaslandır-maq üçün tez-tez Bakıda tikilən "göydələn"lərin sayının çoxluğuna istinad edir. Görünür, özünün yaşa-dığı binada işıq və qaz heç vaxt kəsilmədiyi üçün başqalarının hansı əzablara qatlaşdığından xəbəri yoxdur.
İndiyə kimi 100 dəfə yazmışam, elə bilirəm ki, 101-ci dəfə yazsam, heç bir qəbahətə yol vermiş olma-ram: Bakıda inşa olunan "göydələn"lər Azərbaycan xalqının yaxşı yaşadığına dəlalət etmir. Yaxşı yaşa-maq üçün çoxlu pulla yanaşı, rahat ev, daimi qaz, su, işıq da lazımdır. Bakıda əhalinin yarısından çoxu su-dan yalnız günün müəyyən saatlarında istifadə edə bilir. İşığı tez-tez sönən, qaz üzünə həsrət qalan, əli-ni yumaq üçün gözünü saatın əqrəblərinə dikən adam necə xoşbəxt ola bilər? Bu ölkədə hətta pullu adamlar da rahat yaşaya bilmirlər. İşıqlar sönəndə yeni binalarda yaşayan tanışlarım qohum-qardaşın evinə üz tuturlar ki, soyuqdan donmasınlar. Hacıbala müəllimin Bakısında 21-ci əsrdə insanlar köçəri həyat yaşamağa məhkumdurlar.
Azərbaycan xalqının yaxşı bir atalar sözü var: neynirəm o qızıl teşti ki, içinə qan qusum. Yarıtmaz idarəçi-lik üzündən Azərbaycan xalqı uzun illərdi ki, qan qusur. Həm də qızıl yox, alüminium teştə...
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama
“1961-ci il Paris qətliamı" ilə bağlı qərar qəbul edildi - 300 insanın tarixi haqqı tanınacaqmı?
Əli Əsədov peşə təhsili üzrə yeni qərar imzalayıb
Latviya XİN rəhbəri istefa verib
“Azneft”in keçmiş rəhbəri SOCAR-da yeni vəzifəyə təyin edildi
Şərqşünas alimin azərbaycanlıların soyqırımına dair məqaləsi Tehranda çap olunub - FOTOLAR
Vilayət Eyvazov 238 nəfərlə bağlı rəislərə tapşırıq verib, 34 qazi isə polisə işə götürülüb - VİDEO
Sergen Yalçın sevgi hekayəsi ilə yenidən gündəmə gəldi - FOTO
Bolqarıstanda hökumət 3-cü dəfə də qurula bilmədi - Ölkə növbədənkənar seçkiyə gedir
Qəzzada savaşın 174-cü günü: ölənlərin sayı 32552 nəfərə çatıb