Milli Məclisdə Oqtay Əsədovla Sabir Rüstəmxanlı arasında münaqişə

img

03-12-2013 [13:24]


Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı yanacağın qiymətinin artırılması ilə bağlı Tarif Şurasının qərarına etiraz edib. Deputat bildirib ki, enerji qiymətlərini Avropa ölkələri ilə eyniləşdirmə düz deyil. "Bəziləri deyir ki, Avropada da qiymətlər bahadır. Amma Avropa ölkələrində vətəndaşlar 14-15 dəfə çox maaş alır. Belə müqayisə düz deyil”.

Daha sonra S.Rüstəmxanlı bildirib ki, qiymət artımı ilə bağlı deputatların ezamiyyə xərcləri də artırılmalıdır.

Bu təklif spiker tərəfindən narazılıqla qarşılanıb. "Bəyəm deputat seçiləndə öhdəlik olmuşdu ki, sürücü və maşın veriləcək? Bu söhbətləri bir kənara qoyun. Bizim daha başqa müzakirə ediləcək məsələlər var”. Buna baxmayaraq, spiker O.Əsədov bildirib ki, bu məsələyə baxıla bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR