Gənc aktyor Elsevər Mehdizadə: "Həmişə arzum olub ki, rəhmətlik Həsən Məmmədovla tərəf müqabili olum"

img

26-11-2013 [18:06]


Budəfəki müsahibim, bir çox seriallardakı yaşatdığı rolları ilə fərqlənən gənc və istedadlı aktyor Elsevər Mehdizadədir.

Həmin müsahibəni təqdim edirik:

- Mümkündürsə özünüz haqda oxucularımıza qısaca məlumat verin.

Mən Mehdizadə Elsevər Camal oğlu. Bakı şəhərində anadan olmuşam. 9-cu sinifə qədər Bakı şəhəri Ramana qəsəbəsi E. Ağayev adına 198 saylı orta məktəbdə oxumuşam. 11-ci sinifi isə Qubadlı rayonu Qaralar kənd orta məktəbində bitirmişəm. Sonra Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinə qəbul olmuşam. 2012-ci ildə də universiteti bitirmişəm.

- Aktyorluq sənətinə məhəbbətiniz hardan yarandı?

Məktəb vaxtı həmişə aktyorluqla bağlı televiziya yarışmaları olanda qatılmışam. Universitet vaxtında isə, universitetin Şən və Hazırcavablar klubuna yazılmışam. Uzun müddət orda oynamışam. Sonra bir çox seriallara epizodik rola dəvət almışam. 2010-cu ildə isə "Bacanaqlar” serialına "Eldəniz” roluna dəvət aldım. "Bacanaqlar” serialında həm aktyor kimi, həmdə ssenarist kimi fəaliyyət göstərmişəm. 2012-ci ildən isə "Xəzər” tv-də çalışıram. 2012-2013 sezonu "Xəzər” tv-yə məxsus olan "Aramızda qalsın” serialında "Rakif” obrazına çəkildim. Eyni zamanda da "Aramızda qalsın” və "Qaynana” seriallırını ssenaristlərindən biri idim. Hal hazırda "Xəzər” tv-yə məxsus olan "Həyat sən nə qəribəsən” serialında "Nofəl” obrazına çəkilirəm. Eyni zaman da "Həyat sən nə qəribəsən” və "Bir ailəm var” seriallarının senaristlərindən biriyəm. İki qısametrajlı filmə dəçəkilişəm. Biri ssenari Valeh Əhmədova məxsus olan, rejissoru isə Rüfət Şahbazov olan "Ağ ölüm” Biri isə ssenarisi və rejissoru Vüqar İslamzadə olan "Zabit şərəfi” olub.

- Bəs niyə Azərbaycan Texniki Universitetini seçdiniz?

Ailəmizdə bir çoxu Azərbaycan Texniki universitetinin Nəqliyyat fakultəsini bitirib. Mənim də arzum eyni yerə qəbul olmaq idi.

- O düzdürmü ki, sizin şer yazmaq istedadınız da var?

Ümumiyyətlə həmişə şer oxumağa həvəsim var. Nəriman Həsənzadə, Nüsrət Kəsəmənli, Bəxtiyar Vahabzadə, Səməd Vurğun və gənc şair Rauf Sübhinin şerilərini oxuyuram. Bəzən istəmişəm ki, mən də fəlsəfi şer yazım. Amma heç vaxt alınmıyıb.

- İlk məhəbbətinizi necə xatırlayırsınız?

Yaxşı xatırlıyıram. Orta məktəbdə olub.(gülür)

- Hansı obrazı ifa etmək istərdiniz?

Demək olar ki, hal hazırda oynadığım "Nofəl” obrazı ürəyin istəyən obrazdı. Ən çox istədiyim isə tarixi bir serialda çəkilməkdi.

- İstər kinoda, istər teatrda hansı aktyorla tərəf-müqabil olmaq istərdiniz?

Bir çoxları ilə tərəf müqabili olmuşam. Məsələn xalq artistdi rəhmətlik Yaşar Nuri ilə, xalq artistləri Səidə Quliyeva, Firəngiz Mütəllimova, əməkdar artsitlər Xanım Qafarova, Ələkbər Əliyev və bir çoxları. Amma həmişə arzum olub ki, rəhmətlik Həsən Məmmədovla tərəf müqabili olum. Çox sevdiyim aktyordu.

- Yeni çəkildiyiniz serial haqda qısaca oxucularımıza danışın.

Çəkildiyim "Həyat sən nə qəribəsən” serialı "Xəzər” tv-yə məxsusdu. Ssenarisini başda Valeh Əhmədov olmaqla Elsevər Mehdizadə, Kənan Yusifov, Elvin Ağayev, Səbuhi Bayramov, Azər Səlimli, Könül İsayeva-Səlimli, Könül Məmmədova, Failə Nəbiyevadan ibarət olan "Qələm” ssenarist qrupu yazır. Qurluşçu rejissoru Naci Çelik Berksoy, rejissoru isə Ramin Nəbiyevdi. Serial uşaqlıqda Atası anası öldürülmüş yetim bir qızın həyatından bəhs edir. Serial həftənin 5 günü saat 21:45 "Xəzər” tv-də yayımlanır.

- Son olaraq bizə sözünüz..

Sizə təşəkkür eliyirəm ki, vaxt ayırıb mənnən müsahibə aldınız. Qələm hər zaman gözəl sözlər yazsın. Xoş müsahibələr.

960994_607570389298394_229920186_n

1414646_607570339298399_1275289500_n

1420266_607570452631721_793724744_n

1454298_607570455965054_1569684751_n

1454394_607570325965067_1920763790_n

1481147_607570382631728_584957871_n

1481975_607570385965061_1889679800_n

gunxeber

Hacibəy Hacıbəyli


Digər xəbərlər
SON XƏBƏRLƏR