Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  18:05 22.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



 

Rusiya Suriya "bataqlığına" düşüb

  Sayta qoyulub: 17:26 15.02.2012 (63 dəfə oxunub )

Suriya diktatoru Bəşər Əsədin 11 aydır davam etdirdiyi qətliamı dayandırmaq üçün BMT Təhlükəsizlik Şurasının növbəti cəhdi də uğursuzluqla nəticələndi. Ötən ilin oktyabrında məhz Rusiya və Çinin veto qoyması səbəbindən Təhlükəsizlik Şurasında Suriyada qanlı qırğına son qoyacaq müvafiq qətnamə qəbul olunmamışdı. Halbuki Təhlükəsizlik Şurasının 15 üzvündən 9-u layihənin qəbuluna səs vermişdi.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Parisin dərdi nə?

  Sayta qoyulub: 15:08 09.02.2012 (327 dəfə oxunub )

Fransa parlamentinin 77 üzvü "erməni soyqırımı"nı inkara görə cəza qanununu nəzərdə tutan sənədin ölkənin Konstitusiyası ilə ziddiyyət təşkil etməsini nəzərə alaraq qanunvericilik aktının ləğvi üçün Konstitusiya Şurasına müraciət edib.
Nəzərinizə çatdıraq ki, bu qanunun Fransa parlamentinin aşağı və yuxarı palatalarında qəbulu Türkiyə-Fransa münasibətlərində ciddi gərginlik yaradıb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Millətin vicdanı

  Sayta qoyulub: 15:47 22.01.2012 (148 dəfə oxunub )

Ötən əsrin ortalarından başlayaraq Şərqi Avropada və Sovetlər Birliyinə daxil olan bəzi respublikalarda kommunist totalitarizminə qarşı yaranan disident hərəkatı 80-ci illərin əvvəllərindən kütləvi xalq hərəkatlarına çevrilməyə başladı.
Kommunist diktaturasına qarşı baş qaldırmış kütləvi hərəkatların hər birinin güclü liderləri olub. Bu liderlər əsasən keçmiş disidentlər idi.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Putinin qorxunc röyası - Aleksey Navalnı

  Sayta qoyulub: 16:50 15.01.2012 (127 dəfə oxunub )

Rusiyada avtoritarizmə qarşı başlanan etiraz dalğasının hərəkətverici qüvvəsinə çevrilən 34 yaşlı bloger Aleksey Navalnıdan bəhs edən Avropanın aparıcı nəşrlərindən biri hələ bir il əvvəl onu "Putinin qorxunc röyası" adlandırıb. Dünyanın ən böyük dövlətlərindən biri üzərində özünün qeyri-rəsmi imperatorluğunu qurmuş, cəmiyyəti süst kütləyə çevirmiş bir avtoritar lider üçün bir blogerin qorxulu olacağına o zaman inanmaq çətin idi. Amma müsəlman dünyasının ən böyük ölkələrindən biri olan Misirdə general Hüsnü Mübarəkin 32 illik diktaturasına son qoyan inqilabın hazırlanmasında və idarə olunmasında blogerlərin xüsusi rolu məlum olduqdan sonra, Navalnının və yaxud başqasının bir gün Putin üçün qorxunc röyaya çevriləcəyi günün uzaqda olmadığı gözlənilən idi.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Sanksiyalar İrana xalq üsyanı vəd edir

  Sayta qoyulub: 16:24 08.01.2012 (120 dəfə oxunub )

İranla Qərb dünyası, xüsusilə də ABŞ arasında münasibətlər son günlər daha da kəskinləşib. Hətta bəzi ekspertlər Tehranla Vaşinqton arasındakı münasibətləri son 20 ilin ən gərgin dövrü adlandırırlar. İranın nüvə tədqiqatlarını davam etdirməkdə israrlı olması, MAQATE-nin ötən ilin sonlarında açıqlanan hesabatında bu təhqiqatların dinc məqsədlər daşımadığını bildirməsi gərginliyin əsas səbəblərindən biridir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

2012 inqilabi dəyişikliklər ilidir

  Sayta qoyulub: 17:20 25.12.2011 (199 dəfə oxunub )

2010-cu ildə qarşıdan gələn 2011-ci ilin bəşər tarixinə öz damğasını vuracağını kimsə gözləmirdi. 2010-cu ilin sıradan bir il olacağı, çox sakit keçəcəyi ilə bağlı gözləntilər var idi. Bunun belə olmasını şərtləndirən amillər də çox idi. Dünyanın güc mərkəzləri arasında ümumi razılıq və qarşılıqlı əməkdaşlığın mövcud olması, dünyanı sarsıtmış maliyyə böhranının başa çatması və iqtisadiyyatda canlamanın yaranması silsilə inqilabları istisna edirdi. Amma 2011-ci ilin ilk günlərindən hadisələr gözlənilənlərin əksinə baş verdi.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Demokratiya üçün Nobel mükafatı

  Sayta qoyulub: 17:00 18.12.2011 (154 dəfə oxunub )

Artıq ikinci ildir Nobel sülh mükafatı hüquq müdafiəçilərinə verilir. Ötən il bu mükafat kommunist rejiminin hökm sürdüyü Çində insan hüquqları uğrunda mübarizə aparan ədəbiyyatşünas alim Lyu Ksyaboya (Liu Xiaobo) nəsib oldu. Laureatları müəyyən edən komitənin təqdimatında deyilirdi ki, Ksyabo bu mükafata Çində uzun müddət insan hüquqları uğrunda dinc mübarizə apardığı üçün layiq görülüb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Suriyanın bölünmək təhlükəsi

  Sayta qoyulub: 15:29 11.12.2011 (131 dəfə oxunub )

Suriya diktatoru Bəşər Əsədin istefaya getməkdən imtina etməsi hər gün orta hesabla 30-40 suriyalının ölümünə səbəb olur. Son məlumatlara görə, xalq etirazları başlayandan bəri Suriya təhlükəsizlik qüvvələri 5 mindən artıq insanın həyatına son qoyub. Lakin Suriya diktatoru Bəşər Əsəd bu qədər insan ölmünə görə məsuliyyət daşımadığını, insanların öldürülməsinə əmr vermədiyini iddia edir. Bu isə onun məsuliyyəti üzərindən atmaq cəhdindən başqa bir şey deyil. Görünür, qanlı diktator onu da Qəddafinin taleyinin gözlədiyi hiss edir və bundan çox qorxur.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Avtoritarizm və demokratiya davası

  Sayta qoyulub: 16:23 04.12.2011 (143 dəfə oxunub )

Azərbaycandakı avtoritar rejimi, onun nəticəsi olan korrupsiyanı, hüquqi nihilzmi, məmur özbaşınalığını bir çox qələm dostlarımız "mentalitet" və "müsəlmançılıqla" əlaqələndirirlər. Xüsusilə də Qərb və rus ədəbiyyatının təsiri altında olan bir çox qələm sahibləri üçün bütün ictimai bəlaların kökündə müsəlmançılıq durur.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

İslamın və demokratiyanın müdafiəçisi

  Sayta qoyulub: 16:27 27.11.2011 (179 dəfə oxunub )

Tunis, Misir və Liviyada inqilabları coşqu ilə alqışlayan dünya ictimaiyyətinin, xüsusilə də Avropa dövlətlərinin son günlər mövqeyində bir qədər geriləmə müşahidə olunur.
Doğrudur, bəziləri bunu Avropada yaşanan iqtisa

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Qərbin təhdidləri

  Sayta qoyulub: 16:38 20.11.2011 (155 dəfə oxunub )

İran mövzusu bir neçə illik fasilədən sonra yenidən aktuallaşaraq beynəlxalq ictimaiyyətin əsas müzakirəsinə çevrilib. Bu, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) 8 illik araşdırmasından sonra açıqladığı hesabatda Tehran rejiminin nüvə bombası əldə etmək üçün fəal işlər görməsini təsdiqləməsi ilə bağlıdır. Ancaq bu hesabat olmayacağı təqdirdə də, İran mövzusunun yenidən aktuallaşacağı gözlənilən idi.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Postsovet liderlərinin seçim problemi

  Sayta qoyulub: 15:33 15.11.2011 (136 dəfə oxunub )

Rusiyanın baş naziri Vladimir Putinin Avrasiya İttifaqı ideyası da postsovet respublikalarının inkişafını təhdid edən ən başlıca problemə - strateji qərarsızlığa çarə olmadı.
Qərblə Şərqin arasında qalıb, sosializmin etiketlərindən imtina etsələr də, keçmişin bədnam idarəçiliyindən qurtula bilməyən postsovet respublikalarının liderləri başçılıq etdikləri dövlətin kələcəyi ilə bağlı strateji qərar verə bilmirlər. Bu isə həm Rusiyaya, həm də regionda marağı olan digər dövlətlərə, bu respublikalara və onların liderlərinə təzyiq göstərmək imkan verir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Vaşinqtonda anti-Rusiya küləyi

  Sayta qoyulub: 16:44 08.11.2011 (178 dəfə oxunub )

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilməsi qürurverici olsa da, onun ölkəmiz üçün zərəri xeyrindən çox ola bilər. Əgər bu hadisə 3-4 il əvvələ təsadüf etsəydi, ölkəmiz bundan siyasi dividentlər qazana bilərdi. Amma indi dünyada ciddi siyasi proseslər baş verir və BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan buna münasibət bildirməli olacaq. Bu isə, çoxsaylı problemləri olan ölkəyə əlavə problemlər vəd edir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Diktatorlara ölüm mesajı

  Sayta qoyulub: 17:53 31.10.2011 (160 dəfə oxunub )

Liviya diktatoru Müəmmar Qəddafinin öldürülməsi dünyada birmənalı qarşılanmadı. Xüsusilə də onun öldürülməzdən əvvəl qəzəblənmiş kütlənin zorakılığına məruz qalmasına etirazlar edildi. İlk etiraz isə Rusiyadan gəldi. Bu ölkənin xarici işlər naziri Sergey Lavrov "Qolos Rossii", "Radio Rossii" və "Exo Moskva" radiostansiyalarına müsahibəsində Liviya diktatorunun amansızlıqla qətlə yetirilməsini kəskin tənqid edərək, bunu beynəlxalq normaların pozulması kimi qiymətləndirdi. Rusiyanın xarici siyasət idarəsi başçısının sözlərinə görə, Qəddafi hərbi əsir olduğu üçün onun öldürülməsi hərbi əsirlərlə bağlı Cenevrə Konvensiyasının pozulması deməkdir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Azad Ticarət Zonası azadlıq vəd etmir

  Sayta qoyulub: 18:13 23.10.2011 (199 dəfə oxunub )

Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan 11 ölkənin baş nazirlərinin Sankt-Peterburq görüşünün nəticəsində Azad Ticarət Zonasının (ATZ) yaradılması haqqında razılaşmanın əldə edilməsi əksər müşahidəçilər üçün gözlənilməz olub. Doğrudur, bu razılaşmanı MDB-yə daxil olan 11 ölkədən yalnız 8-nin - Rusiya, Ukrayna, Moldova, Belarus, Ermənistan, Qırğızıstan, Tacikistan və Qazaxıstanın baş nazirləri imzalayıb. Azərbaycan, Türkmənistan və Özbəkistanın təmsilçiləri isə razılaşmanı imzalamayıblar.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Putin uğur yox, tərif qazandı

  Sayta qoyulub: 17:00 17.10.2011 (166 dəfə oxunub )

Yenidən Rusiyanın prezidenti olmaq istəyini açıqladıqdan sonra ilk səfərini Çinə edən baş nazir Vladimir Putinin bu görüşləri dünya mətbuatında geniş şərh olunmaqdadır. Gələcək prezidentin bu səfərini Rusiyanın üzünü Qərbdən Şərqə çevirməsi kimi dəyərləndirənlər də var. Baxmayaraq ki, iki məqam bu məsələnin əslində belə olmadığını sübut etmək üçün yetərlidir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Postsovet məkanı uğrunda yeni mübarizə

  Sayta qoyulub: 13:37 11.10.2011 (207 dəfə oxunub )

Sentyabr ayının sonu, oktyabrın ilk günlərində baş verən iki hadisə belə qənaətə gəlməyə imkan verir ki, postsovet respublikaları uğrunda Brüssellə Moskva arasında açıq mübarizə başlayır.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Üç diktatorun devrilməsinə start verilib

  Sayta qoyulub: 18:50 26.09.2011 (355 dəfə oxunub )

Liviya diktatoru Müəmmar Qəddafinin qanlı dirənişi "Ərəb baharı"nın totalitar və avtoritar rejimlərin hökm sürdüyü ölkələr üzərində əsdirdiyi inqilab küləyinin səngiməsinə səbəb olsa da, nəhayət ki, bu despotun 42 illik hakimiyyətinə son qoyulması dəyişikliyə yeni impuls verdi. Liviya diktatorunun devrilməsi beynəlxalq ictimaiyyəti də ruhlandırdı. Artıq beynəlxalq ictimaiyyət diktatorlara qarşı daha sərt mövqe tutur. Hazırkı mərhələ isə əvvəlki mərhələdən fərqlənir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Postsovet məkanında inqilab qorxusu

  Sayta qoyulub: 19:01 19.09.2011 (248 dəfə oxunub )

Misir inqilabını Berlin divarlarının sökülməsindən də böyük hadisə adlandıran ABŞ prezidenti Barak Obamanın nə qədər haqlı olduğu indi daha aydın görünür. "Ərəb baharı" Şimali Afrika ölkələrində diktatura rejimlərinin bəlasına çevrilsə də, onun "küləyi" bütün avtoritar və totalitar rejimləri də vurmağa başlayıb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Yaxın Şərqdə yeni təhlükə

  Sayta qoyulub: 17:30 11.09.2011 (220 dəfə oxunub )

Bir zamanlar Türkiyə ilə İsrail arasında mövcud olan regional strateji əməkdaşlıq artıq tarixə çevrilməkdədir. Ən azından, bu əməkdaşlıqdan indi çox kövrək bağlar qalıb və hər ötən gün bu bağlar bir-birinin ardınca qırılır.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Qəddafinin sonu "Ərəb baharı"na yeni impuls verəcək

  Sayta qoyulub: 16:38 05.09.2011 (280 dəfə oxunub )

Liviya diktatoru Müəmmar Qəddafinin hakimiyyətini qorumaq üçün göstərdiyi qanlı dirəniş proqnozlaşdırıldığı kimi heç bir nəticə vermədi və despotun 42 illik hakimiyyəti devrildi. 42 il Liviyanı şəxsi mülkiyyəti kimi idarə edən, bu illər ərzində bütün dövlət qurumlarını oyuncaq halına gətirən qanlı diktator, indi hər an ələ keçmək və asılmaq qorxusu ilə gizlənir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Azərbaycana qarşı məkrli plan

  Sayta qoyulub: 19:56 21.08.2011 (384 dəfə oxunub )

İranla Azərbaycan arasında münasibətlər heç zaman qarşılıqlı etimada söykənməyib. Amma hər iki dövlətin rəsmləri sözdə də olsa, son vaxtlara kimi dostluq və qardaşlıqdan danışıblar. Lakin bunlar diplomatik etiket xatirinə deyilmiş sözlər olub.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Qafqazda xaos təhlükəsi

  Sayta qoyulub: 16:11 15.08.2011 (238 dəfə oxunub )

Şimali Afrika və Yaxın Şərqi öz ağuşuna alan "Ərəb baharı"nın yaratdığı idarə olunan xaos dalğası tədricən Qafqaza yaxınlaşır. Suriya ətrafında baş verən proseslər isə bu xaosun Qafqaza yaxınlaşmasını sürətləndirir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Bəşər(iyyət)in Suriya faciəsi

  Sayta qoyulub: 17:47 08.08.2011 (306 dəfə oxunub )

ABŞ-ın texniki defoltun bir addımlığına kimi gəlməsi dünya ictimaiyyətinin diqqətini Şimali Afrika və Yaxın Şərqdə baş verən hadisələrdən müəyyən qədər yayındırmışdı. Çünki dünyanın bir nömrəli dövlətinin öz öhdəliklərini yerinə yetirə bilməməsi səbəbindən texniki defolt elan edəcəyi halda bütün dünya ciddi iqtisadi sarsıntılara məruz qala bilərdi.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Baş nazirin müəmmalı taktikası

  Sayta qoyulub: 17:49 03.08.2011 (294 dəfə oxunub )

Rusiyada növbəti prezident seçkilərinin keçiriləcəyi tarix müəyyənləşdikdən sonra bu ölkənin siyasi həyatında baş verən proseslərə maraq daha da artıb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

ABŞ rəqiblərini "Ərəb baharı" ilə vurur

  Sayta qoyulub: 17:04 03.07.2011 (437 dəfə oxunub )

Şimali Afrika və Yaxın Şərqdə despotları bir-bir hakimiyyətdən salan "Ərəb baharı" regionda marağı olan böyük dövlətlərin də bəzilərini ciddi itkiyə məruz qoyub.
Əgər "Ərəb baharı" ərəfəsində Şimali Afrika və Yaxın Şərq ölkələrində dünyanın böyük dövlətlərinə qarşı yerli əhalinin hansı münasibət bəslədiyi öyrənilsəydi, heç şübhəsiz ki, region ölkələri əhalisinin əksəriyyəti ABŞ-a mənfi münasibətini göstərərdi. Bəzi ölkələrin əhalisi arasında hətta ABŞ-a qarşı dərin nifrət də müşahidə olunurdu. Şimali Afrika və Yaxın Şərqdə ABŞ-a qarşı müşahidə olunan bu münasibətin iki əsas səbəbi vardı:

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Saakaşvilinin "ikinci Sinqapur" arzusu

  Sayta qoyulub: 09:02 28.06.2011 (371 dəfə oxunub )

"Ərəb baharı" Şimali Afrika və Yaxın Şərqdəki despotik rejimləri ciddi şəkildə narahat etməklə yanaşı, dünya dövlətlərini təxminən iki cəbhəyə bölməkdədir. Bir tərəfdə "Ərəb baharı"nı dəstəkləyən ölkələr, digər tərəfdə isə bu inqilablardan qorxan dövlətlər dayanıblar. "Ərəb baharı"nın artıq qalib gəldiyi Tunis və Misirdən olan gənc aktivistlər - bloqçu, jurnalist və hüquq müdafiəçilərinin Gürcüstan səfərini də məhz eyni cəbhədə yer alan ölkələrin əməkdaşlığı və təcrübə mübadiləsi kimi qiymətləndirmək olar.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Türkiyə "Ərdoğanla yola davam!" dedi

  Sayta qoyulub: 16:56 27.06.2011 (259 dəfə oxunub )

Yaxın Şərq və Şimali Afrikada 30 illik iqtidarların bir-birinin ardınca çökdüyü, ölkələrin xaos və vətəndaş müharibəsinə cəlb olunduğu bir zamanda Türkiyədə parlament seçkilərinin necə keçəcəyi və nəticəsi böyük maraq doğururdu. Bu marağı artıran başlıca məqamlardan biri də artıq iki dəfə ard-arda hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AK Parti) üçüncü dəfə qatıldığı parlament seçkilərində hansı nəticəni qazanacağı idi.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Avropanın sonuncu diktatoru

  Sayta qoyulub: 18:02 05.06.2011 (460 dəfə oxunub )

Belarus siyasi təcrid və iqtisadi sarsıntı ilə üzləşib. Bu, Aleksandr Lukaşenkonun 15 illik hakimiyyətinin acı, ancaq məntiqi nəticəsidir. Belarusda hakimiyyəti ələ keçirən keçmiş kolxoz sədri bu illər ərzində bu keçmiş sovet respublikasını böyük bir kolxoza çevirib. İndi isə bu kolxoz dağılmağa başlayıb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Obama diktaturaya müharibə elan etdi

  Sayta qoyulub: 15:34 30.05.2011 (354 dəfə oxunub )

Mayın 19-da ABŞ prezidenti Barak Obamanın Dövlət Departamentində, diplomatlar qarşısında Vaşinqtonun xarici siyasət kursunun priotetləri haqqında saatyarımlıq çıxışı beynəlxalq siyəsətdə yeni dönəmin başlandığını rəsmiləşdirdi. Bu həm də Vaşinqtonun xarici siyasətində köklü dəyişikliklərin baş verdiyini bir daha təsdiqlədi.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 
« Əvvələ qayıtmaq[1] 2 Sonrakı səhifə »


Astroloji proqnoz


KÖŞƏLƏR


İtə ət, vətəndaşa zillət Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Qəhrəmanın ölümü Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Rusiya Suriya "bataqlığına" düşüb Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Deputatın cibindəki reseptlər Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qarışmalıyıq ki qarışmayaq! Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829