Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  18:05 22.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



 

Qarışmalıyıq ki qarışmayaq!

  Sayta qoyulub: 17:29 15.02.2012 (56 dəfə oxunub )

İctimai-siyasi həyata az-çox marağı olan adamlar bir-birlərinə rast gələndə bu sualla hal-əhval tutmağa başlayırlar: "Bu proseslərin axırı necə olacaq". "Proseslər"dən söz düşüncə Rusiyada Vladimir Putinin hakimiyyətə birinci şəxs kimi qayıtmasından tutmuş Suriyada Bəşər Əsədin sayılı günləri qalmasına, 2013-cü ildə YAP-ın prezidentliyə namizədinin kim olacağına, İsa Qəmbərin Müsavat başqanlığından gedib-getməyəcəyinə qədər hər məsələnin təhlilinə varılır. Sonucda pessimistlər daha da pessimistləşir, optimistlər daha da optimistləşir. Və təbii ki, proseslərin axırının necə olacağını heç kim dəqiq bilmir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Rafiq Əliyevin ORTAya çıxması

  Sayta qoyulub: 17:50 20.01.2012 (493 dəfə oxunub )

Bu günlərdə media quruluşları tərəfindən "İlin adam"ı seçilən akademik Rafiq Əliyev "Yeni Müsavat" qəzetinə verdiyi müsahibədə üzərinə diqqət cəmlənməsi vacib olan bir söz işlətmişdi.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çoxlu inanc müfəttişi və Babəkin 54 tərəfdarı

  Sayta qoyulub: 16:26 08.01.2012 (151 dəfə oxunub )

Şəxsi simpatiya və fərdi münasibətlər baxımından yozmağa hələ tələsməyin - Rafiq Tağının İctimai Palatada anılmamasından sonra yaranan diskussiyalarda Azərbaycan adına ən uduşlu mövqeni Fazil Mustafa tutdu. ecə qəbul etdirilməsindən asılı olmayaraq islam Azərbaycanda 1300 ildən çox tarixi olan bir dindir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Görünən yerdə görünməyənlər

  Sayta qoyulub: 15:30 11.12.2011 (250 dəfə oxunub )

İran mollaları Azərbaycana qarşı ayaqlanıb. ə etmək istədikləri bəllidir. Ayətullahların islam adına qurduqları rejimin çökməsi, İran adlanan coğrafiyanın dəyişməsi, xalqların müasirləşməsi və özgürlük qazanması uzaq gələcəyin hadisəsi olmayacaq. "Zamanın ruhu" qarşısında molla rejimi "Azərbaycan" adından ABŞ-dan,

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Mütəllibovun ərkanı, Fətullayevin məkanı

  Sayta qoyulub: 16:12 15.08.2011 (570 dəfə oxunub )

Ayaz Mütəllibova heç zaman simpatiyam olmayıb. Zaman-zaman Mütəllibovun siyasi faktor kimi qabardılmasına və onun getdikcə tükənən resurslarından indiki hakimiyyətə qarşı istifadə edilməsinə etiraz etmişəm. O sadə səbəbə görə ki, Mütəllibov Azərbaycanın ilk prezidentindən daha çox, Rusiyanın Bakıdakı son valisi idi.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Ədəbiyyatda yeni tezislər

  Sayta qoyulub: 16:20 20.12.2009 (649 dəfə oxunub )

Əslində, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son məqaləsində ədəbiyyatdan bəhs etməsi və cəmiyyətdə rezonans doğuran kitabların çap edilməməsindən rahatsızlığını sərgiləməsi gözlənilməz deyildi. Azərbaycan ədəbiyyatının böhran keçirməsi və dünya çapına çıxa bilməməsi çoxdan ictimai müzakirələrin predmeti idi, sadəcə, əksər hallarda şəxsi intriqalara çevrilən və dedi-qodu səviyyəsinə enən debatlardan ciddi nəticə hasil olmurdu.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

MAZAN

  Sayta qoyulub: 15:52 15.11.2009 (872 dəfə oxunub )

Görüm, bu kompüteri çıxardanın başına qap-qara qara daş düşsün, özü də göyün yeddinci qatından. Görüm, interneti icad eləyənin yeddi arxa dönəninin boynuna o qara daşı ziyarət etmək borc yazılsın. Ki, hər il pullarını daş eləyib şeytanın quyusuna atsınlar və canlarını da ditdiliyə yedizdirsinlər.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Hacı İlqar niyə pisikdi?

  Sayta qoyulub: 19:06 09.11.2009 (626 dəfə oxunub )

Bizim işimiz gerçəkdən ağırdır. Bir tərəfdə söz və ifadə azadlığını axıracan həzm etməyən hakimiyyətlə üz-göz olur, rejimin çağdaş dünya ilə ayaqlaşmayan idarəçilik üsullarını tənqid edirik; o biri yanda güvəndiyimiz dağlara qar yağır- əlimiz xalqdan da, Qərbdən də get-gedə üzülür.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

İki saatlıq dövlətdən oçerk

  Sayta qoyulub: 14:27 25.10.2009 (663 dəfə oxunub )

Məqsədimiz para-filan qazanmaq deyil, zatən bu ölkədə xəbər pula getmir, sadəcə, vətəndaş təşəbbüslərinə informasiya dəstəyi vermək üçün SOSİAL İNFORMASİYA AGENTLİYİni təsis etdik.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Üç adamın söhbəti

  Sayta qoyulub: 17:02 11.10.2009 (796 dəfə oxunub )

Üç adamdan yazmaq istəyirəm. Üç dava adamından:
Qənimət Zahid. Siyasi dustaqdır. Hər zaman özümə yaxın bilmişəm onu. İctimai-siyasi proseslərə baxışlarımızın ən kəskin şəkildə toqquşduğu günlərdə belə, hörmətini saxlamışam, yolunu gözləmişəm.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Harada görsəm qorxuram!

  Sayta qoyulub: 16:42 06.09.2009 (1093 dəfə oxunub )

Məhkəmə "Fatimeyi-Zəhra" məscidinin sökülməsinə qərar verəndən sonra bir qrup dindar etiraz aksiyası keçirdi və o aksiyanın bu şüarı qəzetlərə başlıq oldu: "Məscid sökülsə, qan su yerinə axacaq". Sözün açığı, mənim nə o məscidi inşa edənlərə etibarım var, nə də məhkəməyə. Ona görə də bilmirəm ki, Suraxındakı "Allah evi"nin tikilməsi və sökülməsi prosesinin pərdəarxasında nə dayanıb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Kənarın aqressiyasi

  Sayta qoyulub: 16:56 30.08.2009 (614 dəfə oxunub )

Çoxdanın sözü deyil, Azərbaycanda ən prestijli mədəniyyət web-səhifəsi olan www.kultaz.com saytında gedən müzakirələrdə kimsə kənarın aqressiyasından şikayətlənmişdi və ifadə dərhal diqqətimi çəkmişdi. XX əsr Azərbaycan və Avropa ədəbiyyatının dərindən biliən tənqidçi Cavanşir Yusifli ilə həmin mövzunu atüstü müzakirə də etmişdik.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Elçinin məqalələri və Xədicə xanımın uzun kablukları

  Sayta qoyulub: 16:57 23.08.2009 (1340 dəfə oxunub )

İncilin kəlamları ilə toxtayandan, arasını ayri gözlə təzədən açdığım Yusif Səmədoğlunun Qətl günü ağzımı ayrıq qoyandan, aşıq yaradıcılığına, el bayatılarına, Molla Pənah Vaqifə qayıdıb Azərbaycan türkcəsinin enerjisini canıma çəkəndən, İsi Məlikzadənin Dədə palıdının kölgəsində bir hovr dincələndən, kiril əlifbasına tərcümə olunmuş rumın hekayələrinə nəzər salandan sonra yazıçı Elçinin yaşca məndən iki-üç yaş xırda olan bir kitabını əlimə götürdüm, nəfəsimi içimə çəkib, ön sözünü, yanılmıramsa, xalq yazıçısı Mirzə İbrahimovun yazdığı o cilddən dörd povest oxudum.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Lider İsa Qəmbər, başqan Əli Kərimli!

  Sayta qoyulub: 16:37 09.08.2009 (827 dəfə oxunub )

AXCP-də Fazil Qəzənfəroğlundan sonra Əbülfəz Elçibəylə bağlı ortaya prinsipial mövqe qoyan ikinci adam olduğum üçün qürur duymaqla bahəm ona da sevinirəm ki, liderimizin vəfatından sonra İsa Qəmbərin üzərinə düşən missiyaya birmənalı dəstək vermişəm.
Əbülfəz bəyin dünyasını dəyişməsi özümüzdən bixəbər bizi "klassiklər"ə çevirdi və 2000-ci ildə həmin AXCP-nin Müsavatı dəstəkləməsində azdan-çoxdan mənim də rolum var. Hətta o ərəfədə "İsa Qəmbərə və Müsavat Partiyasına dayanıqlı funksioner" olduğum üçün partiya sədrinin müşaviri kimi fəaliyyətim iqtidar qəzetlərinin tənqidinə də tuş gəlirdi.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Kamaləddin Heydərov mənimlə pivə içərmi?

  Sayta qoyulub: 17:05 02.08.2009 (1118 dəfə oxunub )

Yayın bu qorabişirənində bütün dünya Barak Obamanın "Ağ ev"də verdiyi pivə qonaqlığından danışır.
Yüzlərlə ölkə kralının, sultanının, əmirinin əlini sıxmaqdan ötəri sinov getdiyi ABŞ prezidenti Harvarddan bir proffesorla polis çavuşunu dünyada işləri çevirən, iqtidarları devirən, qısası, tarixə təkan verən üzü ağ olmuş sarayının arxa bağçasına çağırıb könlünü alır.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Ramil Usubova, Tariyel Ağayevə və Bərdənin icra başçısına SMS

  Sayta qoyulub: 16:50 26.07.2009 (1624 dəfə oxunub )

Əlizamin Bərdəli ANS-də "Toylar kralı-2" yarışmasında ikinci oldu. Ondan öncə Fariz Bərdəli eyni TV-nin "De, gəlsin" meyxana şousundan maşın aparmışdı. Xeylaq qabaq isə Qalib Bərdəli ən baxımlı kanal olan ATV-nin ən baxımlı "Xalq ulduzlu" mahnı müsabiqəsində hamıdan çox SMS toplayıb ellikcə üzümüzü güldürmüşdü. Televizora mümkün qədər baxmamağa çalışsam da, tərslikdən həmin gün internet problemim olduğundan final yarışını izləməkdən başqa çarəm qalmamışdı.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Timsahların qanadlanması

  Sayta qoyulub: 17:19 19.07.2009 (1075 dəfə oxunub )

Xalq Cəbhəsinin 20 yaşı tamam oldu.
Necə deyərlər, bir igidin ömrüdür iyirmi il.
Kimimiz az, kimimiz çox, amma əksəriyyətimiz o igidin ömrünü yaşamışıq Xalq Cəbhəsi ilə.
Biz Azərbaycanın ən yeni tarixinin qəhrəmanlarıyıq. Hamımız!

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Gözümüz qorxmalıdırmı?

  Sayta qoyulub: 19:38 15.07.2009 (886 dəfə oxunub )

Hikmət Hacızadənin oğlu döyüldü!- bir qəzetə, portala redaktor olsam, gənc liderlərin döyülməsi faktını isti-isti mən də bu başlıqda yayardım.
Hikmət Hacızadənin məşhurluğundan xəbərin rezonansını artırmaq üçün yararlanmaq, hadisəyə daha çox diqqət cəlb etmək usta bir jurnalist fəndidir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Müdafiə naziri - Qənirə Paşayeva!

  Sayta qoyulub: 15:08 12.07.2009 (630 dəfə oxunub )

Cənab Səfər Əbiyevin ən qısa zamanda istefa verəcəyini, Azərbaycanın müdafiə nazirinin mülki şəxs olacağını adım kimi dəqiq bilirəm. Azərbaycan ordusunun NATO standartlarına çatdırılması prosesi gedir və hamıdan yaxşı dövlət başçısı İlham Əliyevə məlumdur ki, işin sürətlənməsi Səfər Əbiyevin postuna mülki şəxsin təyin edilməsindən çox asılıdır. Bu addım atılacaq, bu həftə olmasa, gələn ay olmasa, gələn il atılacaq.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Döyüş və söyüş vərəqələri

  Sayta qoyulub: 13:37 05.07.2009 (578 dəfə oxunub )

Baş Bəyin doğum günü, Məmməd Nazimoğlunun ili, Maykl Ceksonun ölməsi, iqtidarın QHT-lərə yazığı gəlməsi, qazın ceyran belinə çıxması, Əhməd ecatın Musəvi tərəfdarlarını sıxması, Media Hüquqları İnstitutunun Dəyirmi Masası, Mədəniyyət Nazirliyinin Ayaz Salayevin filmini qayçılaması, Ali Məhkəmənin Flora Kərimovanın kassasiya şikayətini təmin etməsi, Polad Bülbüloğlunun başının dəstəsiylə Xankəndinə getməsi - hamısı bir araya düşdü.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Rasim Qaracanın səhnəyə kəfəndə çıxması

  Sayta qoyulub: 18:46 15.06.2009 (690 dəfə oxunub )

Bəri başdan deyim ki, mən Rasim Qaracadan CAVAB gözləyirdim. Amma belə "cavab" yox! Zahir Əzəmətə cavabını Rasim Qaracaya heç yaraşdırmadım və AYO-nun nekroloqu kimi qəbul etdim.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Qətiyyətli ol, Anar müəllim!

  Sayta qoyulub: 16:04 01.05.2009 (681 dəfə oxunub )

AYB-də korrupsiya qalmaqalı böyüyür. Dövlətin ədəbiyyata ayırdığı vəsaitlə AYB-nin ədəbiyyat üçün gördüyü işlər bir-birini bağlamır.
İldə 200. 640 manat vəsaitə mən "Ədəbiyyat" qəzetini həftəlik yox, gündəlik buraxar, hətta gəlir gətirər, o gəlirlə Azərbaycanın şair və yazıçılarının kitablarını nəşr edərək oxucularıma hədiyyə edərəm.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 


Astroloji proqnoz


KÖŞƏLƏR


İtə ət, vətəndaşa zillət Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Qəhrəmanın ölümü Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Rusiya Suriya "bataqlığına" düşüb Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Deputatın cibindəki reseptlər Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qarışmalıyıq ki qarışmayaq! Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829