|
Ağsaqqal (monohekayə) |
 |
 |
 |
 |
Sayta qoyulub: 14:07 01.05.2009 (726 dəfə oxunub )
Ağsaqqal olmaq da çətin işdir. Gərək gənclərə nümunə olasan. Lazımdır ki, hamıya ağıllı məsləhət verəsən, düzgün yol göstərəsən... Heç özümün də xəbərim olmadan məni ağsaqqal seçiblər. Bəli, bəli, xeyr, xeyr, özüm-özümü ağsaqqal təyin etməmişəm ki, məni bu vəzifəyə başqaları seçib. Bilirsiz ki, bizdə seçim məsələsi elə-belə, asan iş deyil. Yox, söhbət təkcə ağsaqqal seçkisindən getmir. Elə hər məsələdə bu, belənçikdir. Əgər səni seçirlərsə, deməli, bu, məsləhətdir.
|
|
|
 |
|
|