Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



 

Mübarizəmizdəki boşluq

  Sayta qoyulub: 18:11 25.12.2011 (394 dəfə oxunub )

Bəzən dostlarımız tez-tez şikayətlənirlər. Şikayətlənirlər, çaş-baş qalırlar ki, insanlar həyatından bu qədər məmnun olmazkən, cəmiyyətdə narazılıqlar, narahatlıqlar bu qədər çoxkən onlar niyə ictimai fəallığa az maraq göstərirlər. Siyasi təəssübkeşlikləri, aktivlikləri niyə bu qədər sönükdür.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Molla Pənah Hüseyn

  Sayta qoyulub: 11:03 19.12.2011 (145 dəfə oxunub )

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Köləlik nitqləri

  Sayta qoyulub: 15:53 19.12.2010 (995 dəfə oxunub )

İnsanları yalnız keçmişi ilə qiymətləndirmək mənim kitabımda yazılmaz. Mən insanların həm də bu gününə baxaram. İnsanları ancaq keçmişi ilə dəyərləndirməli olsaq, gərək gedib Fazil Qəzənfəroğlunun ətəyində namaz qılaq.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

İnsan alveri

  Sayta qoyulub: 15:58 10.10.2010 (608 dəfə oxunub )

Sırağagün Milli Məclisdə insan alveri haqqında hesabatın dinlənilməsi olduqca mistik bir hadisə idi. Əvvəla ona görə ki, hesabatı oxuyan insan alverinə qarşı milli koordinator Vilayət Eyvazov idi. Cənab Eyvazovu ölkədə hamı "işgəncələr kralı" kimi tanıyır. İnsanlara işgəncə verməkdə, onları incitməkdə tayı-bərabəri olmayan bir adamın insan alveri haqqında yanıqlı hesabat verməsi xeyli ibrətamizdir. İnsanı ha "butılka"yla zorladın, ha başqa şeylə, mənası nədir? Hələ baxsan, birinci ikincidən daha dəhşətli, daha qorxuncdur. Təbii, əgər buna məruz qalan manyak deyilsə...

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Cəbhə ilə Müsavata acıları söyləmək zamanı

  Sayta qoyulub: 18:27 20.09.2010 (599 dəfə oxunub )

Cəbhə-Müsavat birliyini ən çox arzulayanlardan biri kimi bu cümlələri yazmaq mənə çox ağırdır. Amma nə etməli, dost acı söylər, vahid namizədlərlə bağlı siyahını gördükdən sonra bəzi həqiqətləri yazmadan keçə bilməyəcəm. Çünki mən bu birliyin birilərinin özünü müxalifətçi, hakimiyyət əleyhdarı kimi realizə etməsi imkanlarına son qoyacağını düşünmüşdüm.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Nə olacaq bu Müsavatın halı?

  Sayta qoyulub: 17:14 05.09.2010 (604 dəfə oxunub )

Müsavat Məclisinin dünənki toplantısı haqqında internet xəbərlərini oxuyunca ikili hisslər keçirdim.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Ziyalı və İran

  Sayta qoyulub: 17:00 09.08.2010 (670 dəfə oxunub )

Açığı, hər yeni günə başlayanda özümə verdiyim ilk söz ziyalı adına iddia edən, özündən "qəhrəman" obrazı düzəldib, xalqa ağsaqqallıq fikrinə düşən, amma həlledici situasiyalarda başqa budaqlarda ötməyə başlayan adamlara vaxt, əsəb və enerji sərf etməmək haqqında olur. Amma cəmi bir neçə saat sonra bu sözü unuduram. Elə üzlər görür, elə cəfəngiyyatlar eşidirsən ki, dözmək mümkünsüzləşir. Qoyun yerinə qoyulmağına etiraz etmək, üsyan bağırmaq keçir könlündən.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Dəlixana

  Sayta qoyulub: 16:46 02.08.2010 (558 dəfə oxunub )

Dünən günə iki dəhşətli yazıyla başladım. Səhər qəzetləri səhifələyərkən Azərbaycanda sosial-demokratiya ideyalarına təhqirdən başqa bir şey olmayan ASDP sədri Araz Əlizadənin "Bizim Yol"da müsahibəsinə rastladım. Dostumuz Ќatiq Cavadlı Əlizadəni "divara dirəyib" ondan ölkədəki hüquqsuzluqların, qanunsuzluqların heç olmasa bir səbəbkarının adını soruşmaq istəyir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Nökərin nökərləri

  Sayta qoyulub: 15:32 23.07.2010 (504 dəfə oxunub )

İndi olmasın, bir dəfə hansısa məclisdə Əkrəm Əylisli mənə "sağa-sola ki, bu qədər atəş açırsan, bu qədər quyruqları tapdayırsan, bir gün gözünü açıb görəcəksən, ətrafında heç kim yoxdur, hamı səndən üz çevirib",- demişdi. Sonra kiçik bir pauza vermiş və əlavə etmişdi: "Mən bunu həyatımda yaşamışam. Və bunun nə qədər dəhşətli bir şey olduğunu görmüşəm. Eyni hissləri sənin də yaşamağını istəmirəm".

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Zərdüşt Əlizadə, biz qoyun deyilik!

  Sayta qoyulub: 17:15 12.07.2010 (664 dəfə oxunub )

Zərdüşt Əlizadə mənim üçün Azərbaycanda ən ziddiyyətli insanlardan biridir. Müxalifəti onun qədər yerdən yerə vuran adama hətta hakimiyyətin içində də rast gəlməzsiniz. Amma buna görə Zərdüşt bəyi heç vaxt Fazil Qəzənfəroğlu, yaxud Qüdrət Həsənquliyevlə tərəzinin eyni gözünə qoymaq ağlımızdan keçməyib. Çünki Zərdüşt bəy müxalifəti nə qədər sərt tənqid etsə də, hakimiyyəti ondan da beşqat tənqid edə bilir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Ziyalı forumu, yoxsa dən davası?

  Sayta qoyulub: 15:35 04.07.2010 (471 dəfə oxunub )

Açığı, Azərbaycanda bir dəstə ziyalının forum adı altında keçirdiyi toplantı haqqında yazmamağı qət etmişdim. Amma demokratik düşərgəyə yaxın siyasilər və yazarlar arasında böyük çoxluğun bu mənasız toplantıya böyük ümidlərlə yanaşması, bunu az qala ağsaqqal ziyalı ordusunun mübarizəmizin sıralarına qoşulması kimi qələmə verməyə başlamasından sonra mövzuya qələm bulamağı qərara aldım.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Filosofun Fəzail Ağamalı dostu

  Sayta qoyulub: 12:56 14.06.2010 (628 dəfə oxunub )

Azərbaycanda həqiqəti birbaşa deməməyin yeni və sadə yolu peyda olub: bu, məsələləri mümkün qədər qəlizləşdirməkdir, mürəkkəbləşdirməkdir. Hərə üzünə bir müdriklik maskası taxıb öz aləmində fəlsəfə "kaçatlamaqla" məşğuldur. Qosqoca fəlsəfə elmini bu ölkədə həqiqəti birbaşa söyləməmək elminə çeviriblər. Zibilə düşürsən, məsələn, Vaqif İbrahimoğluna ölkədəki vəziyyətlə bağlı sual verirsən. Adam hər cümləsi bir abzaslıq cavab verir. Cavab da nə cavab? İnsandan girib məkandan, məkandan girib zamandan çıxır. Hər şeydən danışır, amma baxırsan ki, heç nə danışmayıb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Xomeyniyə "hə", Rəsulzadəyə "yox"

  Sayta qoyulub: 16:59 06.06.2010 (555 dəfə oxunub )

Bu günlərdə Azərbaycanda yüzfaizli İran kapitalı ilə fəaliyyət göstərəcək bankın açılacağı xəbəri verildi. Ardınca isə xəbər gəldi ki, Bakıda "İmam Xomeyninin təfəkkürü" adlı elmi konfrans keçirilir. Anlayacağınız İran öz pulları və İmam Xomeyninin təfəkkürü ilə Azərbaycana daxil olur. Oysa biz tam əksini düşünürdük. Bu ölkənin Avropa ailəsinin bir hissəsinə çevriləcəyini, demokratik dəyərlərin, çağdaş mədəniyyətin Azərbaycana da gələcəyini gözləyirdik. Buyurun qarşılayın: əvəzində İmam Xomeyni təfəkkürü təşrif buyurur.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Günəş kim üçün doğur

  Sayta qoyulub: 12:23 30.05.2010 (571 dəfə oxunub )

Əslində bu barədə ötən həftə yazacaqdım. Amma yolüstə olduğumdan çatdıra bilmədim. Təəssüf ki, elə mövzular var, onlar haqqında qələm çalmaq üçün həftə sonunu - "Reytinq"in çapa hazırlandığı günü gözləmək lazımdır. Digər qəzetlər həmin mövzuları ya zəlzələdən, ya vəlvələdən, özü üçün tabu elan edib. Bunlardan biri, bəlkə də birincisi dindir. O ki qaldı keçən həftə yazmalı olduğum məsələyə, əslində üstündən bir həftə keçsə də, yenə gec deyil. Çünki bu, o qədər əbədi və dönməz bir mövzudur ki, nəinki bir həftə, bir ay, bir il, hətta bir əsr sonra belə öz aktuallığını qoruyub saxlayır.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Aydın Talıbzadənin gücü meyxanayamı çatır?

  Sayta qoyulub: 18:30 11.05.2010 (715 dəfə oxunub )

Aydın Talıbzadə meyxanadan böyük bir yazı yazıb. Meyxananı haqlı olaraq, tənqid atəşinə tutub. Aydın bəyin intellekti dartışma mövzusu deyil. Fikirlərini böyük ölçüdə mütərəqqi saymaq olar. Amma Aydın müəllim, meyxana əleyhinə döşəmək üçün Ramiz Mehdiyevi niyə gözləyirdiniz? Gərək administrasiya rəhbəri bu haqda tənqidi tezislər irəli sürəydi, siz də bundan sonramı meyxanaya qələm bulamağa əşhədü-ehtiyac hiss edəydiniz? Bu istənilən halda "yuxarılar"ın direktivləri ilə oturub-durmaq anlamına gəlir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

"Q" hərfinin qətli

  Sayta qoyulub: 19:40 03.05.2010 (677 dəfə oxunub )

30 aprel anım aksiyasında onlardan heç birini görmədik. Adını hüquq müdafiəçisi qoymuş qrant mafiozlarını nəzərdə tuturam. Ќə aksiya vaxtı onları gördüm deyən oldu, nə də polis bölmələrində. Həbs edilən dostlarımızın içəridə döyüldükləri xəbərləri gəlir, amma biz çöldən onlara necə kömək edəcəyimizi bilmirik.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

İsa Qəmbərin bir nömrəli vəzifəsi

  Sayta qoyulub: 19:38 27.04.2010 (689 dəfə oxunub )

Məndən "İsa Qəmbərin bir nömrəli vəzifəsi nə olmalıdır?" deyə soruşsanız, cavabım əsla və əsla "hakimiyyətə gəlmək" olmayacaq. Əlbəttə, könül istərdi ki, İsa Qəmbər 2003-cü ildən prezident kürsüsündə əyləşəydi. Və bu gün də müxalifət düşərgəsi Müsavat başqanlığına deyil, Azərbaycan prezidentliyinə ən layiqli şəxsin kim olduğunu dartışaydı.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Anar Məmmədxanovluğun səbəbi rüşvətxorluqdur!

  Sayta qoyulub: 18:52 19.04.2010 (776 dəfə oxunub )

Azərbaycanda bir dəstə adam var, bunların sevimli mövzusu maarifçilikdir. Maarifçilik onlar üçün öz yaltaqlıqlarını, Şərə xidmətlərini ört-basdır etmək vasitəsidir. Araşdırsan, Qərb maarifçiləri cəhənnəm, heç Axundovu da düz-əməlli oxumayıblar. Amma elə ki, bu adamlardan ölkədəki ədalətsizliklər, korrupsiya, hüquqi nihilizm haqqında nəsə soruşursan, söhbətin başını aparıb xalqın mədəni səviyyəsinin aşağı olmasına bağlayırlar. Ardınca da mütləq əlavə edirlər: "Bizim bircə çıxış yolumuz var, maarifçilik".

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Zahid Oruc olmamağın gözəlliyi

  Sayta qoyulub: 17:23 12.04.2010 (697 dəfə oxunub )

Zahid Orucun deputat mandatının saxta elan edilməsindən təbii nə ola bilər? Heç nə. Bəs Zahid Orucun Avropa Məhkəməsinin qərarına etirazı necə, təəccüblüdürmü? Əlbəttə, yox. Türklər demiş, ne yani, "balaca Fəzail Ağamalı" çıxıb da, "Avropa Məhkəməsi haqlıdır, mən saxtalaşdırma nəticəsində parlamentə seçilmişəmmi",- söyləyəcəkdi? Bunu söyləsəydi, yaptokratların cərgəsində nə işi vardı? Bunu söyləyəcək ürəyə və beyinə sahib olan bir adam başından bəri gedib o parlamentdə oturardımı?

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Acılı qəlyan

  Sayta qoyulub: 16:46 04.04.2010 (600 dəfə oxunub )

AYB-nin çoxillik sədri, rəsmi xalq yazıçısı Anar Rzayev "Reqnum" Agentliyinə müsahibə verib. Dünən bir çox qəzetlərdə bu müsahibənin özəti vardı. Anar deyib: "Əgər yazıçının xalqına əziyyət verirlərsə, o acı çəkməyə bilməz". Ən maraqlısı odur ki, az qala bütün qəzetlər "acı çəkən" xalq yazıçısının bu sözlərini onun qəlyan çəkən yerdə lentə alınmış şəklinin müşaiyəti ilə səhifələrinə yerləşdiriblər.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Vəfa Quluzadə və Eldar Namazov

  Sayta qoyulub: 15:25 28.03.2010 (874 dəfə oxunub )

Bəzən bizi qınayırlar: "Niyə hamıdan qəhrəmanlıq tələb edirsiniz?". Oysa qəhrəmanlıq tələb edib nə deyirik? Kimdənsə belinə qumbara bağlayıb yaptokratiyanın üstünə şığımasını istəmirik ki? Əlinə yabadan, baltadan, dəhrədən götürüb inqilabçılıq etməsini istəmirik ki?

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

40 ilin düşmənçiliyi

  Sayta qoyulub: 17:27 14.03.2010 (645 dəfə oxunub )

Taleyüklü məsələlərdə "çırt" səsi çıxmayan, monarxiya, irtica söhbətlərinə münasibət bildirmək zərurəti yarananda işlərinin çoxluğundan, vaxtının azlığından gileylənib jurnalistlərə dirsək göstərən, amma ortaya karyera, vəzifə, mənsəb məsələləri gələndə şirə-pələngə dönən psevdoziyalıların düşərgəsində yeni "qardaş qırğını" başlayıb.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

QHT-lər özünü necə məhv etdi?

  Sayta qoyulub: 16:10 07.03.2010 (494 dəfə oxunub )

Azərbaycanda azad mətbuat tamamən sıradan çıxarılır, sərbəst toplaşmaq azadlığının başına yekə bir daş salınır, müxalifət ya repressiv, ya da şirnikləndirici üsullarla sıradan çıxarılır, əldə-ovucda qalmış beş-üç vicdanlı yazar sırada hüquq müdafiəçilərinin olduğunu durmadan aləmə car çəkir, amma QHT rəhbərlərinin dünya umurunda deyil. Demokratik dəyişikliklərə olub-qalan ümidlər dəfn edildikcə, bunlar durub optimist bəyanatlar verirlər, yaxşılığa doğru hansısa dəyişikliklərin olması haqqında nağıllar uydururlar.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Ramiz Rövşən hardadır?

  Sayta qoyulub: 23:28 22.02.2010 (775 dəfə oxunub )

Dostumuz Natiq Cavadlı aylardır Ramiz Rövşəndən müsahibə almaq eşqi alışıb-yanır. Ramiz bəyə də allah insaf versin, ha bu gün, ha sabah deyə, Natiqi yola verməklə məşğuldur. İTV-də hansısa mənasız verilişə dəvət alınca uça-uça gedən ünlü müxalifət ziyalısı ölkənin meydanda qalan iki-üç tənqidçi qəzetindən birinə illah ki, danışmamaq üçün günü-günə calamaqla məşğuldur.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Axundovmu, Rüstəmxanlımı?

  Sayta qoyulub: 16:37 14.02.2010 (601 dəfə oxunub )

Başından bəri soyadların dəyişdirilməsi mövzusuna girişməməyi qərara aldım. Amma biriləri heç utanıb-eləmədən, bunu YAPtokratiyanın qəhrəmanlığı, şücaəti, millət və dövlət sevgisi ilə izah etməyə başlayınca, əlbəttə susmaq mümkün deyil.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Saxta Nazim Hikmət sevgisi üzərinə qeydlər

  Sayta qoyulub: 16:40 08.11.2009 (1360 dəfə oxunub )

Türkiyədə əslən Azərbaycandan olan bir şair var, üstəlik, qardaş ölkənin adı it dəftərində olmayan hansısa qəzetinin köşə yazarıdır. Ara-sıra Bakıya da gəlib-gedir, Anar müəllimin dostu və qardaşıdır. Görüşəndə öpüşüb qucaqlaşırlar. Bir-birlərinin şəninə söylədikləri sağlıqları yığsan, Siyavuş Novruzovdan ağır gələr. Sizi çox intizarda saxlamayacam, adını bəlkə siz də eşitmisiniz, söhbət Yavuz Bülənd Bakilər deyə birindən gedir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Cemal Süreyya ilə bir bazar

  Sayta qoyulub: 16:23 01.11.2009 (723 dəfə oxunub )

Heminquey "dünyada əbədi üç şey var" deyirdi, sonra əlavə edirdi: "Qadın, şərab və şeir". İsti aylarda insanın canı şeiri və arağı heç çəkməz. Sərin bir şey istər. Şeirdən və araqdan anlayanlara niyəsini izah etmək artıqdır. Və qadın! Qadın istisnadır. Həmişə və hər yerdə. Amma onun qoynuna da soyuqdan titrəyərkən, üşüyərkən girmənin dadı başqadır. Deyəsən, lirizmin dozasını artıq elədim axı.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Sabir Rüstəmxanlı haqsızdır

  Sayta qoyulub: 14:42 25.10.2009 (937 dəfə oxunub )

İş elə gətirdi ki, AYO-nun almanax marafonu ilə bağlı tədbirində Aqil Abbas və Sabir Rüstəmxanlı ilə bərabər əyləşməli oldum. Hər ikisi son yazılarımın qəhrəmanlarıdır. Hər ikisi haqqında həftələr öncə elə "Reytinq"dəcə yazmışam. Yazmışam və yazdıqlarımın da arxasında dururam. Çünki o yazdıqlarımda haqlı olduğuma əminəm.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Qrupbazlıq haqqında

  Sayta qoyulub: 17:12 06.09.2009 (1140 dəfə oxunub )

Bu yaxınlarda Anar Rzayevin yarımsəhifəlik müsahibəsinə rastladım. Müsahibəni Türkiyədən gəlmiş hansısa xanım yazar götürmüşdü. Uzun müddətdir Anar müəllimin mənasız söhbətləri üçün qəribsədiyimdən həvəslə oxudum. Və o yarımsəhifəlik müsahibədə Anarın dilindən 12 dəfə "atam" sözü ilə qarşılaşdım. Hələ beş-altı dənə də "Rəsul Rza" adı vardı. Sonra da Anar müəllim "davanız mənimlədirsə, atamla nə işiniz var?" deyə gileylənir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Elçin Əfəndiyevdə nə baş verir?

  Sayta qoyulub: 17:11 30.08.2009 (927 dəfə oxunub )

Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev növbəti dəfə öz aləmində çağdaş ədəbi prosesin diaqnozunu qoymağa çalışıb. "Azərbaycan ədəbi prosesində nə baş verir?" - Elçin müəllimin sonuncu yazısı belə adlanır. Yazı nə yazı? Başı ilə ayağı məlum olmayan söz yığını. Saxta intellektuallığın, yalançı akademizmin olmayan istedadla sintezindən yoğrulmuş sicilləmə. Bəli, məhz sicilləmə! Çünki yazı üç hissədən, 7 qəzet səhifəsindən ibarətdir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 
« Əvvələ qayıtmaq[1] 2 Sonrakı səhifə »


Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829