Müstəqil İnformasiya Agentliyi  



 
Son yenilənmə:  12:11 09.09.2010   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   




 

Bürclər üzrə 2010-cu ilin proqnozu

  Sayta qoyulub: 18:05 10.08.2010 (3659 dəfə oxunub )

QOÇ - Qoç bürcündə doğulanların həyatı bu il mühüm hadisələrlə zəngin olacaq. Başları öz işlərinə o qədər qarışacaq ki, bəzən ətrafda baş verən hadisələri də izləyə bilməyəcəklər. Cəmiyyətdə gedən proseslərdə nümunəvi lider olmaq şansları var. Siyasət aləmində isə onları məşhurluq gözləyir. Hakimiyyətə can atan "Qoç"ların yolunda ciddi maneələr olsa da, onlar bu maneəni dəf etməyi bacaracaqlar.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Şir bürcünü tanıyaq!

  Sayta qoyulub: 18:10 20.07.2010 (1311 dəfə oxunub )

Ulduzlar sistemində beşinci yeri tutan Şir bürcü təxminən iyulun 23-dən avqustun 22-nə qədər olan dövrü (31 gün) əhatə edir. Ünsürü od, planeti Günəş, düşərli günü bazar, düşərsiz günü şənbə, uğurlu rəngi qızılı, narıncı, al, qara, uğursuz rəngi ağ, uğurlu daşı yantar, topaz, rubin, oniks, brilliant, metalı qızıl, enerji verən çiçəyi xrizantema, pion, uğurlu rəqəmi 1, 5, 9, 11, müxalif bürcü Sutökən, talismanı taclı inək, şir, qartal, şanslı ölkələri Fransa, İtaliya, Çexiya, Slovakiya, Antarktida, Arktika və Siciliyadır.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Xərçəng bürcünə astroloji baxış

  Sayta qoyulub: 17:43 21.06.2010 (1447 dəfə oxunub )

Hələ qədim dünyanın adamları qızmar Yay fəslinə təsadüf edən Xərçəng bürcünün gəlişindən ehtiyat edir, özlərini buna hazırlayırdılar. Belə ki, onlar Günəşlə Ayın bir-birinə daha yaxın məsafədə olduğu bu ərəfəni Xeyirlə Şərin bərabər gücə malik olması və haqqı nahaqdan ayırmağın çətin olması kimi qiymətləndirirdilər. Orta əsrlərdə isə "Xərçəng"in hakimiyyətdə olduğu dövrü daha çox qadınlar üçün təhlükəli hesab edirdilər. İnsanlar belə qənatə gəlmişdilər ki, mistik məxluqların himayədarı olan Ay qadınları xəstələndirir, onları ailədən təcrid edir, gücdən salır, hamilə olanları öldürür.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

"Əkizlər" təklikdən qorxur

  Sayta qoyulub: 12:25 19.05.2010 (1084 dəfə oxunub )

Yola saldığımız Buğa bürcündən fərqli olaraq Əkizlər bürcünün əhatəsi istər cəmiyyətdə, istərsə də sosial həyatda gedən proseslərə o qədər də ciddi təsir etmir. Hələ qədimlərdə bu zodiakın qeyri-müəyyənliyini, prosesləri yubatmasını pisləyir, taleyüklü məsələlərin həllini sonrakı bürclərin dövrünə saxlayırdılar.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Buğa bürcünün xarakteristikası

  Sayta qoyulub: 14:43 19.04.2010 (1679 dəfə oxunub )

Qədim Babil münəccimləri Buğa bürcü altında dünyaya gələnləri varlı və öz mənafeyini hər şeydən üstün tutan adamlar adlandırırdılar. Əgər bundan əvvəl yola saldığımız Qoç bürcü cəmiyyətdə və siyasi həyatda gərginlik yaradırdısa, Buğa bürcünün Göy qübbəsinə hakim kəsildiyi dövr nisbətən sabit keçir. Münəccimlərin qənaətlərinə görə, Buğa bürcünün əhatə etdiyi məqamlarda hava mülayim və sakit keçir. Bu isə haqqında yazdığımız Zodiak işarəsinin təmkinliliyi ilə əlaqədardır. Torpağa bağlı olan Buğa bürcündə müəmmalı cəhətlər çox olduğundan hələ də onun xarakteri tamamilə aşkar olunmayıb. Müşahidələr göstərir ki, təbiətin ən gözəl çağına təsadüf edən Buğa bürcü həm də toy-nişanla zəngin keçir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Qoç bürcünün astroloji xarakteristikası

  Sayta qoyulub: 23:17 20.03.2010 (2097 dəfə oxunub )

Ulduzlar sistemində ilk yeri tutan Qoç bürcü martın 21-dən aprelin 20-nə qədər olan müddəti (31 gün) əhatə edir. Ünsürü od, planeti Mars və Gü-nəş, xoşbəxt rəqəmi 9 (9 işlənən bütün rəqəmlər), astroloji rəngi moruğu, qırmızı, sarı-qızılı və bütün parlaq rənglər, qiymətli daşları almaz, akvama-rin və ametistdir.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

"Balıqlar" bürcü

  Sayta qoyulub: 17:22 28.02.2010 (738 dəfə oxunub )

Qışdan Bahara keçid dövrünü təşkil edən Balıqlar bürcü ilk növbədə emosiyaları qıcıqlandırması ilə diqqəti cəlb edir. Belə ki, əgər özündən əvvəl gələn Sutökən bürcü cəmiyyətdə gedən proseslərə, qarşıdurma və müharibələrə sabitlik gətirirsə, haqqında yazdığımız işarə yenidən gərgin situasiyaların başlanmasına zəmin yaradır. Balıqlar bürcünün gəlişi ilk növbədə yaradıcı adamları, xüsusən də qələm əhlini həvəsləndirir. Onlar öz peşələrində müvəffəqiyyətə nail olmaq üçün fədakarlıq göstərir, qış boyu yarımçıq qalan işləri məmnuniyyətlə davam etdirirlər.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Sutökən bürcü:Məhəbbət nağıllarının qəhrəmanı

  Sayta qoyulub: 14:28 06.02.2010 (468 dəfə oxunub )

Ulduzlar sistemində 11-ci yeri tutan Sutökən bürcü təxminən yanvarın 21-dən fevralın 19-na qədər olan dövrü əhatə edir. Ünsürü hava, planeti Saturn və Uran, düşərli günü çərşənbə və şənbə, düşərsiz günü bazar, uğurlu rəngi göy-yaşıl, bənövşəyi və boz, uğursuz rəngi qara, uğurlu daşı sirkon, parıldayan sapfir, ametist və opal, metalı qalay, enerji verən çiçəyi yasəmən və nərgiz, uğurlu rəqəmi 2, 4, 8 və 9, müxalif bürcü Şir, şanslı ölkələri isə Rusiya, İtaliya, Danimarka və Kanadadır.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

"Oğlaq"la magiya zidd anlayışlardır

  Sayta qoyulub: 18:19 13.01.2010 (726 dəfə oxunub )

Oğlaq bürcü özündən əvvəl gələn "Oxatan"dan kəskin surətdə fərqlənir. Qışın gəlişinə təsadüf edən Oğlaq işarəsi başqa bölgələrdən fərqli olaraq, yaşadığımız məmləkət üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əsrlərdən bəri olunan müşahidələrə görə, məmləkətimizdə birinci qar az qala hər il bu bürcün ərəfəsinə düşür. Orta əsr münəccimləri "qışın oğlan çağı"na düşən, insanları üşüdən, onların fəaliyyətinə mane olan "Oğlaq"ı pis qələmə verir, bu işarə altında doğulanları isə soyuqqəlbli və yalnız özləri üçün yaşayan adam hesab edirdilər.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Oxatan bürcünün mühüm keyfiyyətləri

  Sayta qoyulub: 00:55 23.11.2009 (1103 dəfə oxunub )

Hələ orta əsrlərin münəccimləri təyin etmişdilər ki, bu bürc altında dünyaya gələnlər yalnız dahilərdir. Ona görə də bu işarəyə aid olan adamları yüksək mənsəb sahibləri hesab edir, onlara mühüm peşələrdə işləmək üçün şərait yaradırdılar.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Zəngin xarakterli diribaş adamlar...

  Sayta qoyulub: 18:11 26.10.2009 (724 dəfə oxunub )

Yola saldığımız Tərəzi bürcünə nisbətən, 24 oktyabrdan start götürən "Əqrəb" daha fəal və daha obyektiv keyfiyyətlərə malikdir. Onun Yer iqliminə maksimal dərəcədə təsir etmək gücü var. Təbiətdə baş verən kəskin dəyişikliklər məhz bu zodiakın payına düşür. Yadda saxlamaq lazımdır ki, heç bir bürcdə "Əqrəb"in əhatə etdiyi dövrdəki qədər yağış və külək olmur.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Məhəbbət magiyasının gözəl biliciləri

  Sayta qoyulub: 15:38 18.10.2009 (848 dəfə oxunub )

Tərəzi bürcü Zodiakın cansız əşyaya həsr edilmiş yeganə işarəsidir. Payızın gəlməsiylə bərqərar olan bu bürc iki fəslin ab-havasını özündə cəmləşdirib. Belə ki, həm yayın qızmarlığı, həm də payızın soyuq təbiəti məhz "Tərəzi"lərin qismətinə düşüb. Elə bu səbəbdən də qədim misirlilər bu bürcü "gündüzü gecə ilə, əməyi istirahətlə tarazlayan" adlandırırdılar. Babil münəccimləri isə belə hesab edirdilər ki, bu işarə altında dünyaya gələnlər qətiyyətsiz və dəyişkən adamlardır.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Bədnəzərə və məhəbbət magiyasına dözümlü bürc

  Sayta qoyulub: 18:09 30.08.2009 (1285 dəfə oxunub )

Öncə nəzərinizə çatdıraq ki, qədim babillilər bu Zodiak işarəsini qızmar yayla qızıl payız arasında dayanan mülayim dövr adlandırır, göstərilən təqvimdə dünyaya gələnləri müqəddəs adam hesab edirdilər. Əslində haqqında yazdığımız bürcün əsl adı hər bir astroloji mənbədə "Qız" yox, "İlahə" kimi göstərilir. Hətta rus dilində işlədilən "Deva" ifadəsi də qız mənasını vermir (ingiliscə isə "Vigro" yazılır).

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Ay tutulacaq

  Sayta qoyulub: 19:56 18.07.2009 (490 dəfə oxunub )

Avqustun 6-da, Bakı vaxtilə səhər saat 05:40 dəqiqədə 2009-cu ilin beşinci astronomik hadisəsi - qövsvari Ay tutulması baş verəcək. Proses Avropadan start götürərək Afrikadan keçəcək və Cənubi Amerikada yekunlaşacaq. Ümumi hesablamalara əsaslansaq, tutulmanı Azərbaycanda müşahidə etmək mümkün olmayacaq. Bir məlumatı da nəzərinizə çatdıraq ki, Ayın tutulması həmişə Ay bədirlənəndə (bütöv olanda) baş verir və avqustun 6-da, tutulmadan təxminən 16 dəqiqə sonra (saat 05:56-da) bu hal baş verəcək.

  Davamı »     
Ana səhifəyə qayıtmaq Yuxarı 

Astroloji proqnoz


SORĞULAR

KİV Fondunun jurnalistlərə ayrılan 5 milyon manata ehtiyacı olanlara ev verəcəyinə inanırsınızmı?
Qurtarıb: 16:18 03.09.2010

» Bəli
 17.11% (52)
» Xeyir
73.68% (224) 
» Maraqlanmıram
 9.21% (28)
Cəmi səslər: 304

Bütün sorğular

KÖŞƏLƏR


Subyektiv siyahı Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Nə olacaq bu Müsavatın halı? Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Hamını susdurmaq cəhdi Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Nobel sülh mükafatı - Ərdoğana verilsin! Nadir QOCABƏYLİ
Nadir
QOCABƏYLİ
Bütün yazıları

Virtual arvad Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Sentyabr 2010
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930