|
Bu günü olmayan keçmiş |
 |
 |
 |
 |
Sayta qoyulub: 15:40 22.01.2012 (722 dəfə oxunub )
Yeni ili Dubayda qarşılayan adamları başa düşə bilmirəm. Orda yaşayanlar, işləyənlər nəzərdə tutulmur. Məcburdurlar. Söhbət yeni ili qarşılamaq üçün Dubaya uçanlardan gedir. Üstəlik, bu adamlar Dubaydakı tikililərdən, parıltıdan, zənginlikdən danışanda mat qalıram. Çünki həmin adamların arasında dünyagörüşü, savadı, təfəkkürü ilə başqalarından seçilənlər də olur. Yəni, adi adamların Dubaydakı parıltıya, zənginliyə heyran qalması normaldır. Onlara gəzmək, ucuz mal almaq, ala bilmədiklərinə bir az tamaşa etmək lazımdır.
|
|
|
 |
|
Uzağı görən şairlər |
 |
 |
 |
 |
Sayta qoyulub: 13:37 22.03.2011 (1018 dəfə oxunub )
Düz iki həftədir "Xural" qəzetində Bəydadaş Cəfərli adlı şairin (o, həm də Azərbaycan vətəndaşıdır) şeirləri dərc olunur. Bəydadaş müəllim öz şeirlərində Hüsnü Mübarəki, Qəddafini səmimi qəlbdən yıxıb-sürüyüb. Hüsnü Mübarəkin, Qəddafinin ünvanına çox sərt misralar yazıb. Hətta onları təhqir belə edibdir. Şair öz şeirlərində qeyd edib ki, ay Qəddafi, ey Hüsnü Mübarək, sizin əliniz xalqın qanına batıb, fironlara qalmayan dünya sizə də qalmayacaq, bəsdir var-dövlət yığdınız, bəsdir xalqa zülm etdiniz... Şeirlərdə şairin hikkəsi, qəzəbi, nifrəti, əsəbi vulkan kimi püskürüb.
|
|
|
 |
|
Müsəlman təqvimi |
 |
 |
 |
 |
Sayta qoyulub: 17:38 07.03.2011 (981 dəfə oxunub )
Nə məsələdirsə, Azərbaycanda hacıların, məşədilərin sayı artdıqca, zülmün, istismarın, rüşvətxorluğun, ədalətsizliyin meydanı genişlənir. Bu onu göstərir ki, cənnət sevdası, cəhənnəm qorxusu heç bir xalqı ağ günə çıxarmayıb. Heç də təsadüfi deyil ki, ziyarətə gedənlərin çoxu polis zabitləri, prokurorluq və məhkəmə işçiləridir. Yaxşı işdir vallah, ömür boyu işgəncə ver, şər at, zülm et, sonra da bir qoyun kəs, günahların silinsin. Həccə get, ol təmiz adam.
|
|
|
 |
|
|