Biz seçkiyə vəkilliyimizi rəsmiləşdirmək üçün qoşulmuşduq. Düz 10 ildi ki, qələmimizlə xalqımıza vəkillik edirik. Ən xırda problemdən tutmuş, ölkəni çapıb-talayan məmur-oliqarxlara qarşı mübarizə aparıb, sözümüzü çəkinmədən demişik, yazıb-pozmuşuq. Budəfəki parlament seçkilərinə start veriləndə vəkilliyimi rəsmiləşdirmək və deputat kimi xalqın yanında olmağa qərar verdim. Amma mandatı cibinə qoyub yalnız beş ildən bir xalqı yadına salanlar və onların dəstəkçiləri namizədliyimin qeydə alınmasına imkan vermədilər.