Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



GÜNDƏM : Dövlət Neft Akademiyasında aparılan əməliyyat başa çatıb (yenilənib)

  Sayta qoyulub: 11:01 30.04.2009 (1949 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Neft Akademiyasında aparılan əməliyyat başa çatıb (yenilənib)

Hadisə nəticəsində 13 nəfərin öldüyü, 10 nəfərin isə yaralandığı bildirilir
Bu gün Bakıda Azərbaycan Dövlət Neft Akademiyasının binasına silahlı basqın olub. ANS press-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, atışma nəticəsində hələ ki, yeddi nəfər həlak olub, 14-15 nəfərin isə xəsarət aldığı məlumdur. İlkin məlumata görə, hadisə iki silahlı şəxs tərəfindən törədilib. Onlardan biri isə daha sonra özünü güllələyib. Silahlı şəxslərin birinci mərtəbədən yuxarı mərtəbələrə qədər atəş aça-aça qalxdıqları deyilir. Xəsarət alanların sayı arta bilər.

Bakı şəhər təxirə salınmaz və tibbi yardım stansiyasından verilən məlumata görə, hadisə ilə bağlı xəstəxayana 8-ə yaxın yaralı daxil olub. Amma xəstəxanaya yaralı şəxslərin gətirilməsi prosesi davam edir. Hazırda hadisə yerində polis və xüsusi təyinatlı dəstələr əməliyyat keçirirlər.

Əldə etdiyimiz digər məlumatlara görə, hazırda sinif otaqlarının birində maskalı şəxs tələbələrdən bir neçəsini girov saxlayır. Bu hadisənin tələbələr tərəfindən törədildiyi bildirilir.

Dövlət Neft Akademiyasında aparılan əməliyyat başa çatıb (yenilənib)


Daxili işlər nazirinin müavini Vilayət Eyvazov isə hadisə yerində olan jurnalistlərə bildirib ki, artıq hadisəni törədən şəxs zərərsizləşdirilib. Həmin şəxsin kim olduğu isə açıqlanmayıb. Hadisəni iki və yaxud üç şəxsin törətdiyi güman edilir.

Hadisə yerinə baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubov da gəlib. Hazırda Neft Akademiyasının binasının ətrafında olan hər kəs ərazidən uzaqlaşdırılıb. Ərazidə əməliyyat aparıldığından heç kəs binaya yaxın buraxılmır.

Sonda özünü öldürən silahlı basqınçının Azərbaycan əsilli Gürcüstan vətəndaşı olduğu söylənilir


Dövlət Neft Akademiyasında aparılan əməliyyat başa çatıb (yenilənib)


Dövlət Neft Akademiyasında aparılan əməliyyat artıq başa çatıb. Verilən məlumata görə, xüsusi təyinatlı polis dəstələri artıq ərazidən uzaqlaşıb. İlkin məlumata görə, hadisəni törədən bir nəfər xarici vətəndaş özünü güllələyib. Ərazidə yanğınsönürən maşınlar qalıb. Respublika Klini Xəstəxanasından ANSPRESS-ə verilən məlumata görə, hadisə nəticəsində 10 nəfər həlak olub. 4 saylı Əfəndiyev adına Xəstəxanadan verilən məlumata görə, faktla bağlı xəstəxanaya 5 nəfər gətirilib. Onlardan 2-si ölüb. Hər iki şəxs Ayaz Bağırov və Savalan Cabbarov 4-cü kurs tələbələri olublar. 3 nəfər yaralı isə ağır vəziyyətdə reanimasiyadır. Onlardan biri suriyalı Naoya Dean, digərləri Zemfira Hüseynli və Rəhman Axundovdur. Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinə isə indiyə qədər 13 meyitin gətirildiyi bildirilir.

Hazırda hadisə yerində xeyli insan toplaşıb. Polisin ərazini təmizləmək istəyinə baxmayaraq, heç Kim oranı tərk etmək istəmir. Narahat olan valideynlər, tələbələrin yaxınları hüquq-mühafizə orqanlarından bilgi almaq istəyirlərö Ancaq hələki heç kimə ətraflı məlumat verilmir.

Dövlət Neft Akademiyasında aparılan əməliyyat başa çatıb (yenilənib)

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#GÜNDƏM bölümünün son 20 xəbəri:



#GÜNDƏM bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829