Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Verdizadə : Qatil olmayın!

  Sayta qoyulub: 12:22 30.05.2010 (612 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

"Reytinq"in gənc və perspektivli müxbirinin 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə hazırladığı materialı nəzərdən keçirəndə əməlli-başlı sarsıldım. Əminəm ki, qəzetimizin bugünkü sayında işıq üzü görən həmin yazını oxuyanda siz də mənim kimi dərin fikirlərə qərq olacaqsınız.
Hövsələsiz oxucularımız üçün dərhal izahat vermək istəyirəm: Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov müxbirimizlə söhbət zamanı deyib ki, son illər Azərbaycanda doğulan qız uşaqlarının sayı xeyli azalıb. Yusif bəydən gətirəcəyimiz sitat isə daha dəhşətlidir: "Qız uşaqları ana bətnində öldürülür".
Azərbaycanlılar niyə övladlarının oğlan olmasını istəyirlər? Mənim ağlıma gələn ilk versiya məşhur atalar sözü ilə bağlıdır. Atalarımızın adına yazılan həmin folklor nümunəsi, deyəsən, belədir: oğul düşmən çəpəridir. Amma mən bilmirəm ki, atalarımız düşmən deyəndə qapıbir qonşularını nəzərdə tutublar, yoxsa yadelli işğalçıları. Çox güman ki, bu məsəldə söhbət qonşudan gedir. Yoxsa, oğulu kənd yerlərində qonşular arasında çəkilən çəpərə deyil, vətəni qorumaq üçün inşa olunan istehkamlara bənzədərdilər...
Açığını deyim ki, azərbaycanlı valideynlərin oğlan uşağına sahib olmaq üçün bəzən bir neçə ay çəkən əzab-əziyyətə tab gətirmələrini heç cür anlaya bilmirəm. Siz Allah, geridəqalmışlığın dərəcəsinə baxın ki, bəzi bölgələrimizdə oğlu olmayan ata-ananı sonsuz hesab edirlər. Deyin görək, boyunu sevdiyiniz, boğazınızdan kəsib əyin-baş aldığınız, min bir əziyyətlə böyütdüyünüz oğlanlarınız sizə hansı gün ağlayıblar? Bu gün Azərbaycanın əksər kəndlərində qocalardan, qadınlardan və uşaqlardan başqa heç kim qalmayıb. Niyə boya-başa çatdırmaq üçün ömrünüzü şam kimi əritdiyinz oğlanlarınız xəstə olanda sizə bir içim su vermir? Onlar haradadır? Gəlin açıq danışaq: bu gün Rusiyanın çöllərinə səpələnən azərbaycanlı oğlanların heç də hamısı ailəsini dolandırmaq, qoca ata-anasına əl tutmaq üçün el-obasından didərgin düşməyib. Onların çoxu ata-anasının ölü və ya diri olmasından belə xəbərsizdirlər. Onların qazancını müxtəlif qorxunc virusların daşıyıcısı olan əxlaqsız qadınlar yeyir. Belə oğula "düşmən çəpəri" demək olarmı?
Ötən il Qax rayonunun İlisu kəndinə qonaq getmişdim. Qonşuluqdakı ikimərtəbəli, bağlı-bağatlı, hər cür şəraiti olan evdə qoca ər-arvad yaşayırdı. Jurnalist marağı güc gəldiyi üçün onlarla yaxından tanış oldum. Evin sahibi dedi ki, iki övlad atasıdır. Qızı 10 il əvvəl Bakıya gəlin köçüb. Oğlu isə hərbi xidmətini başa vurduqdan sonra Rusiyaya pənah aparıb. Həmin vaxtdan 8 il ötsə də, qoca ata-anasına baş çəkmək üçün bir dəfə də geri qayıtmayıb. Əvvəllər bir-iki dəfə zəng vurub, hal-əhval tutsa da, sonradan buna da lüzum görməyib. Maddi cəhətdən sıxıntı içərisində yaşayan ata-ana çətinliklə də olsa, övladlarının telefonunu əldə edib, onunla əlaqə saxlaya biliblər. Söhbət əsnasında qocalara məlum olub ki, oğlanları iki uşaq anası olan ortayaşlı bir rus qadını ilə ailə həyatı qurub. Qadının övladları ali məktəbdə oxuyur. Bu əhvalatı mənə nəql edən yaşlı ana dedi ki, oğlundan pul istəyəndə onun cavabı belə olub: "Pul üçün bir də mənə ağız açmayın. Mən, iki tələbə oxuduram".
Belə fərsiz övladlara sahib olmaq üçün gələcəyin körpə fidanlarını ana bətnində qətlə yetirməyə dəyərmi?!

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829