Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Firuz Mustafa : Baş (monohekayə)

  Sayta qoyulub: 15:05 29.04.2009 (574 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Qardaşım, hər şeyi baş həll edir. Elə mən də başla işləyirəm. Yox, sinəmə döyüb deyə bilmərəm ki, mən hamıdan başlıyam. Allah eləməsin ki, belə bir axmaq xülyaya düşəm. Qətiyyən! Arxayın olun. Hələ başım yerindədir. Amma burası var ki, bu şəhərdə ən çox başla işləyən üç kişi varsa, biri elə mənəm.
Mən dəlləyəm, yəni bərbər. Aydın məsələdir ki, dəlləyin işi-gücü elə başla işləməkdir. Birinin çörəyi daşdan çıxır, birininki aşdan. Amma, qardaşım, mənim çörəyim başdan çıxır.

Hər gün əlimin altından neçə-neçə baş keçir. Hər başın da öz qiyməti...
Əlbəttə, hər kəs üçün öz başı daha qiymətlidir. Heç bu dünyada öz başından bədgüman olan adam görmüsünüz? Yəqin ki, yox. Mənə də beləsi rast gəlməyib... Təbii ki, mənim də sevdiyim və sevmədiyim başlar olur. Başla işləyəsən, özün də başın başdan fərqini görməyəsən. Bu, mümkün olmayan işdir. Soruşa bilərsiz ki, mənim ən çox xoşuma gələn baş hansıdır? Düzünü desəm-tükü az olan baş. Tük az ola, amma başın dəyəri çox ola! Bəh-bəh-bəh, bax, bu başa əsl baş deyirəm!
Amma hərdən başıma qəribə işlər də gəlir. Bu yaxınlarda əlimin altına bir baş düşmüşdü. Baş nə baş! İri, yupyumru, çil-çil... Bir sözlə, üstünə duz səp, qoy büzovun qabağına, o da yalam-yalam yalasın. Yəqin anladınız söhbət necə başdan gedir... Bəli, səhv etmirsiz: baş tamam lümbələmlüt idi. Düzdür, mən, artıq bildiyiniz kimi, tükü az olan başları çox xoşlayıram, amma ta beləsini yox. Əlimin altındakı başı bir neçə dəfə o üz-bu üzünə çevirdim: vallah-billah, bu iri, yumru, çil-çil başın heç yerli-dibli tükü yox idi. İstədim əvvəlcə bir qabaqdangəlmişlik edib eyhamla nəyi, necə və nə üçün qırxacağımla maraqlanım. Amma sonra özümə sual verdim ki, ay axmaq başın tüklü-tüksüzlüyünün sənə nə dəxli?! Madam ki, müraciət edirlər, deməli, gərək öz vəzifə borcumu yerinə yetirim... Ağa deyir sür dərəyə, sür...

Hə, nə başınızı ağrıdım, başı qəşəngcə yudum, sabunladım, ülgücü götürüb başladım sonsuz bir məhəbbətlə qırxmağa. Bəli, bəli, tüksüz başı... Tüksüz başı qırxmaq adama ayrı cür ləzzət verirmiş... Qırxım əməliyyatı başa çatandan sonra dəsmalla onu ustufca quruladım. Hə də, onu, o tüksüz başı...

Bir də baxıb gördüm ki, baş əlimin altından sivişib çıxdı. Əvvəlcə sinəmə, sonrasa çənəmə bir kəllə... "Hanı mənim saçım?" Qəfil zərbədən və dəli nərədən şoka düşdüm. Kəkələyə-kəkələyə soruşdum ki, nə saç, canım? Və bu həyasız başa izah etməyə başladım ki, ay kəllə, bu çil-çil dərinin üstündə heç yerli-dibli saç olmayıb; axı, mən öz uzunmüddətli sənətkar təcrübəmdən çıxış edərək sonradan keçəl olanlarla anadangəlmə keçəl olanları bir-birindən yaxşı fərqləndirirəm. Bir haray-həşir qopdu ki, gəl görəsən! "Ќecə yəni bu başda saç olmayıb? Bəs sən bayaqdan bəri nə işlə məşğulsan? Baş qırxmırsan bəyəm?" Dedim ki, bəli, baş qırxıram. Soruşdu ki, bəs mənim tüküm hanı? Dedim ki, mən bayaqdan elə tüksüz başı qırxıram. Soruşdu ki, heç tüksüz başı da qırxarlar? Gördüm ki, düz sual verir. Dedim ki, yaxşı, sən canın, hay-küy salıb baş aparma, mənə sənin pulun-zadın lazım deyil, çıx get. Dedi ki, heç yerə gedən deyiləm... Mən qaldım mat-məəttəl...

O, harayasa zəng vurdu. Az sonra dəlləkxanaya gursaçlı, ucaboy iki oğlan gəldi. Gələnlər başladılar mənə-yüz ilin dəlləyinə sübut etməyə ki, bəs bu, əvvəllər tüklü baş olub. Ќə illah elədimsə, öz arqumentlərimi sübut eləyim, amma bir şey hasil olmadı. Qolumu burub apardılar polis idarəsinə. Polis məni cərimələyib azad etdi. Yox, iş bununla bitmədi... Ќeçə gündür mənim idarəmin, yəni dəlləkxanamın qarşısında piket keçirirlər. Sən demə, bu, çox nəhəng bir baş imiş: hansısa beynəlxalq təşkilata başçılıq edirmiş. Vallah, özümü işə salmışam. Bu günlərdə məhkəmə qərar verdi: mən o lümlüt başa tük əkdirməliyəm. Bəli, indi dəlləkxananı girov qoyub müştərimin başına tük əkdirməklə məşğulam. Düzü, heç bilmirəm bu "becərmə"nin nəticəsi necə olacaq...
Dünən televizoru açanda gördüm ki, ekrandan tanış bir baş boylanır. Paho, bu ki, mənim müştərimdir! Bəlkə də inanmazsız, baş lüt deyildi; qəşəng, uzun, çiyinə tökülmüş gur saç adama "gəl-gəl" deyirdi. O başın belə tezliklə tüklənməyinə inanmaq sadəlövhlük olardı. Televizora mənimlə birlikdə baxan - qonşu dəlləkxanada işləyən dostum, birdən şaqqanaq çəkib güldü. Mən onun bu hərəkətindən bir şey anlnmadım. Soruşdum ki, nə olub, niyə gülürsən? Dedi ki, tanımırsan bunu? Susdum. Dəllək dostum yenə də gülüb dedi, bunun başı yoxdur. Əsəbiləşib: "Ќecə yəni başı yoxdur?" - deyə soruşdum. O, bir xeyli güləndən sonra ciddi şəkildə dedi: "Ќeçə dəfə bizim dəlləkləri məhkəməyə-polisə verib. Hər dəfə də bizi günahkar, bunusa haqlı çıxarırlar. Axırda hamımız sözü bir yerə qoyub bir gün qəfildən yığışıb onun evinə getdik. Başın sahibi evdə başına iri bir dəsmal bağlayıb kresloya əyləşmişdi. Arvadı məsələdən agah olub bildirdi ki, bunun heç yerli-dibli başı olmayıb. Dedik ki, necə yəni başı olmayıb? Axı, bu, neçə vaxtdır bizim başımıza oyun açır. Arvad dedi ki, elə sizin də başınız yoxdur... Hə, bax beləcə, kor-peşiman qayıtdıq geri". Mən dözməyib dəllək dostumdan soruşdum ki, indi onun başındakı tük deyilsə bəs nədir elə?..
Dostum dedi ki, yəqin arvadının parikidir. Çünki evdə diqqət yetirib görüblər ki, arvadın da başı lümbələmlütdür... Lap öz ərinin başı kimi...
Mən isə hələ də çaş-baş qalmışam.
Bax, başıma belə bir iş gəlib...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829