Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



GÜNDƏM : Ramil Usubov xeyli sayda polis rəisini tutduqları vəzifədən kənarlaşdırdı

  Sayta qoyulub: 17:14 27.04.2009 (2917 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

    Ramil Usubov xeyli sayda polis rəisini tutduqları vəzifədən kənarlaşdırdı

Daxili İşlər Nazirliyi tərəfindən Salyan rayon Polis Şöbəsində xidməti yoxlama aparılıb və şöbənin bir qrup əməkdaşının fəaliyyətində qanun pozuntuları aşkarlanıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinin Salyan rayonu üzrü xüsusi müxbiri məlumat verib.

Verilən məlumata görə, bu gün Daxili İşlər Nazirliyində aparılan yoxlamaların nəticələri müzakirə edilib. Nəticədə Salyan rayon polis şöbəsinin iki rəis müavini, narkotiklərə qarşı mübarizə şöbəsinin həm rəisi, həm digər əməkdaşları, cinayət axtarış şöbəsinin rəisi və bir əməkdaşı, post patrul xidmətinin rəisi, pasport masa bölməsinin rəisi, istintaq bölməsinin baş müstəntiqi, dövlət yol polisi bölməsinin rəisi, iki sahə müəvəkkili sərəncama göndəriliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov da Müstəqil İnformasiya Agentliyinin əməkdaşı ilə söhbətində məlumatı təsdiqləyib: «Bildiyiniz kimi, Daxili İşlər Nazirliyi mütəmadi olaraq, planlı yoxlamalar həyata keçirir. Bu yaxınlarda da Salyan raoyn Polsi Şöbəsində belə bir yoxlama aparılıb və xidməti fəaliyyətdə bir sıra nöqsanlar aşkarlanıb. Nəticədə xidməti fəaliyyətində bəzi nöqsanlara yol verdiyinə görə, polis şöbəsinin bir sıra əməkdaşları tutduqları vəzifədən azad olunaraq, DİN-in sərəncamına götürülüblər. Bu da o deməkdir ki, həmin əməkdaşlar yaxın vaxtlarda hansısa işlə təmin ediləcəklər».

E.Zahidov onu da bildirib ki, Salyan rayon Polis Şöbəsindəki yoxlama bu yaxınlarda vəzifədən kənarlaşdırılan rəisin vaxtında başlayıb, sadəcə, nəticələri indi elan olunur.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#GÜNDƏM bölümünün son 20 xəbəri:



#GÜNDƏM bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829