Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Elnur Astanbəyli : "Q" hərfinin qətli

  Sayta qoyulub: 19:40 03.05.2010 (675 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

30 aprel anım aksiyasında onlardan heç birini görmədik. Adını hüquq müdafiəçisi qoymuş qrant mafiozlarını nəzərdə tuturam. Ќə aksiya vaxtı onları gördüm deyən oldu, nə də polis bölmələrində. Həbs edilən dostlarımızın içəridə döyüldükləri xəbərləri gəlir, amma biz çöldən onlara necə kömək edəcəyimizi bilmirik. Gözlərimiz polis bölmələrinin qarşısına toplaşan insanlar arasında onları axtarır, hüquq müdafiəçilərini. Amma yoxdurlar. Gəlməyiblər. Sonadək də gəlmədilər. Mən buna ad verməyə çətinlik çəkirəm. Əslində çətinlik də çəkmirəm, sadəcə nə əxlaqım yol verir, nə də qəzet səhifəsi müsaiddir buna. Yalnız bunu deyəcəm: insan hüquqlarının müdafiəsi altında aldığınız o qrant pulları burnunuzdan gəlsin, yeyin, haram xoşunuz olsun!
Düzünə qalsa, artıq mənim üçün bu ölkədə "hüquq müdafiəçisi" "pul"un, "korrupsiya"nın növbəti sinonimidir. Onlara zərrəcə inanmır və güvənmirəm. Biz artıq onları itirmişik. Artıq onlar Ramil Usubovun, Zakir Qaralovun müdafiəçiləridir. Artıq onlar üçün hüququn heç bir mənası qalmayıb. Sadə, sıravi azərbaycanlının haqqını qorumaq onlara heç nə qazandırmır. Amma məsələn, Zakir Qaralovu müdafə edirlərsə, övladlarına prokurorluq orqanlarında babat iş tapılır.
Keçən həftəyə həm də Çingiz Qənizadəylə Müzəffər Baxışın polemikası damğa vurdu. Müzəffər bəy, Zakir Qaralovun yenidən baş prokuror olmasını gül-çiçəklə qarşılayan, Qaralovun şəninə Zəlimxan Yaqubsayağı təriflər oxuyan Qənizadə haqqında ilginc bir detal açıqladı. Demə, Çingiz müəllimin oğlu prokurorluq sistemində işləyirmiş. Xoruzun quyruğu da buradan görünür. Onsuz da Qənizadəylə bağlı hər şey çoxdan aydındır. Bu adam çoxdan əzilənin deyil, əzənin müdafiəçisinə çevrilib. Ramil Usubovu öyüb, öyüb bitirə bilmir. Oysa srağagünki anım aksiyasına gəlsəydi Çingiz Qənizadə, gəlib də Azərbaycan polisinin tərbiyəsini, əxlaqını gözləriylə görsəydi! Əlbəttə, yenə heç nə dəyişməzdi, yenə cənab Qənizadə Usubovun alovlu vəkili olmağa davam edərdi. Amma həmin an şəxsən mən əlində gül tutmuş, Azərbaycan himnini oxuyan gənc qızları yerlərdə sürüyən polislərə baxan Çingiz müəllimin sifətindəki cizgiləri görmək istərdim. Belə bir polisin, belə bir polisin böyüyünün şəninə söylədiyi mədhiyyələrdən azacıq utanırmı, xəcalət çəkirmi, görmək istərdim.
Srağagün hardaydı Novella Cəfəroğlu? Elçin Behbudov hardaydı? Səadət Bənənyarlı, Səidə Qocamanlı hardaydı?
Elçin Behbudovu polis bölmələrinə gətirmək üçün illah ki, ona dəvətnaməmi göndərmək lazımdır? Aksiyadan xəbərdardır, aksiyanın zor gücünə dağıdılacağını da hər kəs kimi bilir, niyə ayaqlarına əziyyət vermək istəmir? İşgəncələri öz gözləri ilə niyə görmək istəmir? Tutulanların polis bölmələrində döyüldüyünə dair xəbərlər anbaan bütün müstəqil internet saytlarına yerləşdiyi halda, Elçin Behbudovun tükü niyə tərpənmədi?
Srağagünki aksiyada bir nəfər də olsun QHT nümayəndəsinə rast gəlmədim. Anar Məmmədli istisnadır. İstisnalar isə qaydanı dəyişmir. Dünən özüm üçün bir daha qət etdim: artıq Azərbaycanda QHT yoxdur, HT var. Onlar qeyri-hökumət təşkilatı olmaqdan imtina ediblər. Onlar əl quzularına çevrildiklərini boyunlarına alıblar. Onlar Azay Quliyevin bir parçasına çevriliblər.

Yenə pul qalib gəldi. Təəssüf...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829