Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Verdizadə : Onları kim soyundurur?

  Sayta qoyulub: 17:17 02.05.2010 (1101 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

"Eurovision" adlanan beynəlxalq musiqi yarışmasının heç bir mədəni-siyasi əhəmiyyət kəsb etmədiyini, nəhayət, avropalılar da anlamağa başlayıblar. Ötən həftə Avropanın 9 ölkəsi bir neçə gün sonra baş tutacaq bu yarışmaya qatılmayacağını rəsmi şəkildə bəyan etdi.
Azərbaycanı "Eurovision"da bu il gənc müğənni Səfurə Əlizadə təmsil edəcək. Səfurənin ən böyük arzusu sələfi Aysel Teymurzadənin uğurunu təkrarlamaqdır. Düzdür, musiqidən az-çox başı çıxan adamlar bu uğuru onun deyil, duet ortağı olan İran əsilli müğənni Araşın ayağına yazdılar. Amma bu amil Azərbaycan tərəfinin əldə edilən uğuru təbliğat predmetinə çevirməsinə mane olmadı.
Yeri gəldiyi üçün növbəti dəfə təkrarlamaq istəyirəm: "Eurovision"un Azərbaycan təmsilçilərinin ötən il əldə etdiyi uğur məni zərrə qədər də fərəhləndirmədi. Bu beynəlxalq yarışmada ölkəmizi gözlərindən cinə oxşayan əcnəbi bir sənət adamının təmsil etdiyini görəndə öz pərəstişkarlarına üstdən aşağı baxan yekəboyun, eqoist müğənnilərimizin yerinə xəcalət çəkdim. Siz Allah, deyin görək, Aysellə Araşın birgə ifa etdiyi mahnının Azərbaycan musiqisinə nə dəxli var? Azərbaycan təmsilçilərinin "Eurovision"da üçüncü yeri tutması milli musiqimizin inkişafına hansı töhfələr verdi? Tutaq ki, sabah Səfurə birinci yeri tutdu. Bu uğurdan Azərbaycanın musiqi sənətinə pay düşəcəkmi? Əlbəttə, yox. Oxuduğu mahnının sözlərini bəlkə heç Səfurə özü də başa düşmür. Axı, mən niyə sözü də, musiqisi də əcnəbilərə aid olan bir mahnının uğur qazanmasına sevinməliyəm? Dövlət mükafatı, fəxri ad, orden-medal tələb edən bəstəkarlarımız, bir toya 15 min manata gedən müğənnilərimiz harda yatıblar? Niyə mənim ölkəm beynəlxalq arenada əcnəbilərin yaradıcılığının məhsulu olan musiqi parçaları ilə təmsil olunmalıdır?
Hələ bu hamısı deyil. Hansısa "ağıllı" Səfurəyə tez-tələsik klip çəkib. Bu klipin ideya quruluşu və məzmunu barədə heç nə demək istəmirəm. Amma mənə elə gəlir ki, klipdəki hovuzu Xəzər dənizi və yaxud Göy göllə əvəz etmək olardı. Heç olmasa, bu yolla ölkəmizi, onun zəngin təbii resurslarını tanıda bilərdik.
Səfurə Əlizadə finala vəsiqə qazanan kimi internetdə onun şəkilləri yayıldı. Bu şəkillərin əksəriyyətində Səfurə yarıçılpaq idi. Ötən il Aysel də eyni aqibəti yaşamışdı. Hansısa "gizli əl" "Eurovision" təmsilçilərimizi soyundurmaqla məşğuldur. Ötən il finalçılar arasında açıq-saçıq geyinən iki-üç nəfərdən biri Aysel idi. Deyəsən, bu il Səfurə onu ötüb keçəcək.
Hələ də mənə aydın deyil: 17-18 yaşlı Azərbaycan qızlarını soyundurub avropalıların qabağına çıxarmaq kimin ağlına gəlib? Cənablar, əgər siz bu səfeh hərəkətinizlə avropalıları təəcübləndirəcəyinizi düşünürsünüzsə, çox böyük səhvə yol verirsiniz. Avropa bu mərhələni ötən əsrin yetmişinci illərində keçib. Özünüz cəhənnəm, heç olmasa, Azərbaycanı biabır etməyin...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829